Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Xalq şairi Zəlimxan Yaqub - Xatirə gecəsi (18.01.2023) в хорошем качестве

Xalq şairi Zəlimxan Yaqub - Xatirə gecəsi (18.01.2023) 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Xalq şairi Zəlimxan Yaqub - Xatirə gecəsi (18.01.2023)

Dədə Ələsgər Ocağı İctimai Birliyi təqdim edir #aşıq #ələsgər Dədə Ələsgər Ocağı İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin Təşkilatçılığı ilə xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi keçirilib. 18 yanvar 2023-cü il Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə böyük izdiham yaşanıb. Xatirə gecəsini tanınmış teleaparıcı Saleh Bağırov aparıb. Xatirə gecəsində dövlət qrumları, sayılıb-seçilən, nüfuzlu ziyalılar, elm adamları, şairin ailə üzvləri və şəhər ictimaiyyəti, Zəlimxan sevərlər iştirak edib. İlk öncə Zəlimxan Yaqubun həyat və yaradıcılığından bəhs edən video rolik izlənib. Daha sonra çıxış edən Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli bildirib ki, Zəlimxan Yaqub Dədə Ələsgər yaradıcılığına ən çox müraciət edən, onu işıqlandıran və ondan bəhrələnən Azərbaycanımızın dəyərli şairlərindəndir. Xətai Ələsgərli qeyd edib ki, Azərbaycan poeziyasında əvəzsiz xidmətləri olan yaradıcı insanları hər zaman işıqlandırmaq, onları yad etmək, gənc nəsillərə təbliğ etmək birliyimizin ən ali məqsədlərindəndir. Zəlimxan Yaqub adına düzənlədiyimiz xatirə gecəsi şairin ruhuna töhvə olsun, ruhu şad olsun. Tədbirdə, Azərbaycan Respublikasının əməkdar artisti Ağalar Bayramov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tənqidçi Əsəd Cahangir, tibb üzrə fəlsəfə doktoru, yazıçı-publisist Nağdəli Zamanov, Azərbaycan Yazıçılar Birliyinin və Aşıqlar Birliyinin üzvü, Gürcüstanın "Şərəf" medalı ilə təltif edilmiş şairi Səadət Buta, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylı, Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, şair-publisist Güllü Eldar Tomarlı, qiraətçi şair Zöhrə Xəlili Zəlimxan Yaqub haqqında xatirələrindən və şairin poeziyasının dərinliyindən, dərin məna çalarlarından danışaraq, bir-birindən gözəl əsərlərindən nümunələr səsləndriblər. Zəlimxan Yaqubun sözlərinə yazılmış mahnıları və aşıq havalarını Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova, Əməkdar mədəniyyət işçisi aşıq Zülfiyyə İbadova, aşıq Telli Borçalı, Əməkdar mədəniyyət işçisi aşıq Bəhmən Göyçəli, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru aşıq Nemət Qasımlı, Abşeron rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri müğənni Vaqif Şıxəliyev, Dədə Ələsgər Ocağı İctimai Birliyinin üzvləri aşıq Təbriz Vəliyev, aşıq Nəbi Nağıyev, aşıq Avdı Musayev, aşıq Ramin Qarayev ifa ediblər. Sonda, Xalq şairi Zəlimxan Yaqubun bacısı Lalə Yaqubova tədbirin təşkili üçün Dədə Ələsgər Ocağı İctimai Birliyinə və Beynəlxalq muğam Mərkəzinə şairin yaxınları adından öz minnətdaarlığını bildirib.

Comments