Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Aşıq Ələsgər irsinin tanıdılması konsert proqramı в хорошем качестве

Aşıq Ələsgər irsinin tanıdılması konsert proqramı 9 дней назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Aşıq Ələsgər irsinin tanıdılması konsert proqramı

QƏRBİ AZƏRBAYCANIN USTAD AŞIQLARININ YARADICILIĞINDAN BƏHS EDƏN KONSERT KEÇİRİLİB 23 avqust 2024-cü ildə Dədə Ələsgər Ocağı İctimai Birliyinin icra etdiyi “Aşıq Ələsgər irsinin tanıdılması” layihəsi çərçivəsində Nizami Kino Mərkəzində qərbi Azərbaycanın ustad aşıqlarının yaradıcılığından bəhs edən konsert keçirilib. Konsert ziyalıların, mədəniyyət adamlarının, aşıqların, QHT və media nümayəndələrinin iştirakı ilə baş tutub. İctimai Birliyin sədri Xətai Ələsgərli bildirib ki, Aşıq sənəti Azərbaycanın milli kimliyinin qorunub saxlanılmasında öz dəsti xətti olan xalq sənətidir. Dünya, aşıq sənətini Azərbaycan mədəniyyətinin bir parçası olaraq qəbul edir. Ona görə də qərbi Azərbaycanda da çox sevilən və Azərbaycanın ustad aşıqlarının əksəriyyətinin vətəni olan bu bölgənin saz-söz ustadlarının təbliğ olunması xalqımızın qərbi Azərbaycana olan münasibətinin bir ifadə formasıdır. Layihənin əsas məqsədi Azərbaycan aşıq sənətini qərbi Azərbaycan aşıqlarının timsalında xalq arasında xüsusilədə yeniyetmə və gənclər arasında təbliğ etməkdir. Azərbaycan saz-söz sənəti hal-hazırda da öz bədii təsir gücünü itirməyib, bu günün mədəni inkişaf prosesində onun da öz yeri var. Əgər ənənəvi havacat ancaq yarandığı bölgələrdə səslənirdisə və həmin bölgələr xaricində aşıq sənətini ancaq səfərə çıxmış ayrı-ayrı aşıqlar təbliğ edirdilərsə, bu gün artıq bu qapalılığa son qoyulub. Saz-söz sənəti müstəqil dövlət şəraitində vahid Azərbaycan milli mədəniyyətinin tamhüquqlu tərkib hissəsidir. Saz-söz ocağı olan tarixi-etnoqrafik bölgələrə və sənəti yaşadan ustad aşıqlara diqqət və qayğı, bədii-şifahi ənənələri qoruyub-yaşatmaq hər birimizin şərəfli borcudur. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. #DƏOİB #QHT #NGO #QhtAgentliyi #NgoAgency #QərbiAzərbaycan #AşıqƏləsgərİrsi

Comments