Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Azərbaycandakı bu sirli mağarada nə var? - Adı müzakirə doğuran RAYONLA bağlı şok faktlar в хорошем качестве

Azərbaycandakı bu sirli mağarada nə var? - Adı müzakirə doğuran RAYONLA bağlı şok faktlar 2 недели назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Azərbaycandakı bu sirli mağarada nə var? - Adı müzakirə doğuran RAYONLA bağlı şok faktlar

#azerbaycan #laçın #rayon Adı müzakirə doğuran rayonlarımızdan biri də Laçın rayonudur. Laçın rayonunun adının mənası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu rayonun adı bəzi mənalara yozulur. Laçın - Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km-dir. Laçın rayonu 1930-cu il avqustun 8-də təşkil edilib. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Modern.az mövzu ilə bağlı əslən Laçın rayonundan olan ziyalılarla əlaqə saxlayıb. Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəmanın sözlərinə görə, 1922-ci ildə Zəngəzur bolşeviklər tərəfindən iki yerə bölünüb və bir hissəsi Ermənistana verilib. “Ermənistana verilən əraziyə Sisian, Qafan, Gorus daxil idi. Zəngilan, Qubadlı və Laçını əhatə edən digər hissə Azərbaycanda qaldı. Laçın şəhərinin ərazisində yerləşən Abdallar kəndində inzibat binalar tikilməyə başlandı və bu ərazi mərkəz seçildi. Abdal "Allah yolunda olan, ibadət əhli" deməkdir. Mərkəz bura olsa da, rayona başqa ad vermək təklif olunub. Bu hadisələr baş verən zaman yazıçı Tağı Şahbazi də orada olub. O, rayonun üzərindəki dağa baxır və adını soruşur. "Laçın" adını eşitdikdən sonra isə rayona elə bu adı verməyi təklif edir. O vaxtdan da rayounn adı Laçın olaraq qalır". Müsahibimizin sözlərinə görə, Laçın sağda Kəlbəcər, solda Qubadlı ilə qol-qola, Şuşa ilə kürək-kürəyə, Zəngəzurun əsas şəhəri olan Gorus ilə üz-üzədir: “Bəhlul Behcət orada oturur və demokratik cümhuriyyət adından Zəngəzuru idarə edirdi. Bu gün Laçın Şəhər günü təntənəli qeyd edilir. Laçında bu gün atəşfəşanlıqdır, hər kəs bayram əhval-ruhiyyəsindədir. İndi burada Azərbaycanın hər yerindən insanlar var. Laçının şad gününü bu şəkildə qeyd etmək çox xoşdur”. Hüquqşünas Ərşad Hüseynov bildirib ki, Laçın şəhərinin adı ilə bağlı bir neçə mülahizə var, amma o mülahizələrin heç biri digərlərindən üstün deyil: “Mülahizələrdən biri odur ki, "Laçın" sözü qədim türk tayfasının adı ilə bağlıdır. Mən düşünürəm ki, bu mülahizə üzərində araşdırmalar aparılsa, bəlkə də dəqiqləşdirmək olar. Bu daha inandırıcı versiyadır. Eyni zamanda Laçında digər məşhur türk tayfalarının olması daha ağlabatandır. O vaxt rayona rəsmi ad veriləndə burada Tağı Şahbazi də iştirak edib. Rayonun adlandırılmasını onun təklifi ilə bağlayırlar. Amma mən düşünürəm ki, o dövrdə türkçülük etmək, bu ideologiyadan çıxış etmək çox təhlükəli idi”. Ərşad Hüseynov deyib ki, "Laçın" sözü məğrurluq, gözügəlimlilik mənasında da istifadə edilir: “Bəlkə də Tağı Şahbazi türk tayfasını nəzərdə tutaraq bu adı seçib. Əgər şəhərin relyefinə baxsaq, bu sözü canlandıran dağları da görə bilərik. Laçın həm də qartal növünün adıdır. Bir versiya da onunla bağlıdır ki, rayondakı meşələrdə Laçın quşu çox göründüyündən onun şərəfinə belə adlandırılıb. Mən bu adla bağlı ilk versiyanı daha qəbulolunan hesab edirəm”. Rayonun səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır - 3594 metr. Ağoğlan dağı, Alagöllər, Altıntaxta, Böyük İşıqlı, Cüdələr, Çalbair, Dəlidağ, Farmaçtəpə, Hocaztəpə, İşıqlı, Keşiştəpə, Kiçik İşıqlı, Qabaqtəpə, Qatırdaş, Qəhrəmanbəy təpəsi, Qırxqız dağı, Qəzılboğaz, Qəzılqaya dağı, Qızıltəpə, Qoruğundağ, Qurqundağ, Tərxanyalı, Yəhərtəpə yüksəklikləri yerləşir. Çayları Həkəri və onun qollarıdır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ qara torpaqlara malikdir. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Heyvanat aləminə qayakeçisi, çölsiçanı, cüyür, çöldonuzu, sincab, süleysin və s. aiddirlər. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim üstündür. Orta temperatur yanvarda −10 °C-dən 0 °C-yədək, iyulda 10–22 °C-dir. İllik yağıntı 600–900 mm-dir. Rayonun cəmi torpaq sahəsi 166 488 hektardır. Ondan da 75781 hektarı kənd təsərrüfatına yararlıdır.

Comments