Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Kənddə su quyusu qazarkən qızıl tapdı - Bir gündə MİLYONÇU olan 3 KƏNDLİ в хорошем качестве

Kənddə su quyusu qazarkən qızıl tapdı - Bir gündə MİLYONÇU olan 3 KƏNDLİ 3 недели назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Kənddə su quyusu qazarkən qızıl tapdı - Bir gündə MİLYONÇU olan 3 KƏNDLİ

#xezine #qizil #milyon Kənddə su quyusu qazarkən xəzinə tapdılar - Bir gündə MİLYONÇU olan 3 KƏNDLİ Hər gün dünyada yüzlərlə insan metal detektoru ilə silahlanaraq xəzinə ovuna çıxır. Hər biri də ürəyinin dərinliyində milyonluq xəzinə tapacağına inanır. Amma bu taleyin ironiyasıdır ki, böyük xəzinələr həmişə təsadüf nəticəsində tapılır. Özü də, adətən, heç kimin ağlına gəlməyən yerdən, heç kimin gözləmədiyi bir vaxtda... Azərbaycanda da xəzinə ovçuları və xəzinə olan yerlər az deyil. Azərbaycanda ən çox qızıl olan yerlərlə bağlı video da hazırlamışam. Rəy bölümünə linkini qoyacam. Bu dəfəki videoda isə təsadüfən tapılan 5 xəzinə haqqında danışacağam. ABUNƏ.... 1. “Atari” mavzoleyi. 27 sentyabr 1983-cü ildə Nyu-Meksika ştatının mətbuatı El-Pasodan nüvə poliqonuna doğru hərəkət edən 20 yük maşını haqqında məlumat verdi. Axşam isə yerli məktəblilər danışırlar ki, zibillikdə “Atari” firmasına aid video-oyunlar və katriclərdən ibarət tullantılar var. Amma kimsə uşaqları ciddiyə almır və bu məlumatı yeniyetmə şaiyəsindən başqa bir şey hesab etmirlər. Qeyd edim ki, “Atari” firmasının haqqında danışılan video-oyunları Stiven Spilberqin yadplanetlilərdən bəhs edən qorxu filminin süjetinə əsaslanaraq hazırlanıb. Amma satışa çıxandan sonra “ən pis video-oyun” statusunu qazanıb və istehsalı dayanıb. İndiyədək də “bütün dövrlərin ən pis video-oyunu” sayılmaqdadır. Baxın, oyun belədir. Məncə, bu oyunun dizaynerindən başqa heç kim anlamır ki, ekranda nə baş verir. Bununla belə, kolleksiyaçılar bu video-oyunu əl-əl axtarır və hər nüsxəsinə yüz minlərlə dollar ödəməyə hazırdır. “Atari” mavzoleyi də məhz buna görə xəzinə sayılır. Bu xəzinəni 2014-cü ildə təsadüf nəticəsində inşaat işçiləri tapıb. Onlar yeni tikiləcək bina üçün yer seçir, çoxdan təpələnən torpağı daşımağa başlayırlar. Və torpağın altından 100 mindən artıq oyun katrici tapılır. Bu gün, üstündən 30 ildən çox keçdikdən sonra 1980-ci illərdə satılmayan video-oyun onu tapanları bir gündə zəngin edir. 2. “Ceffersondan salam”. 2006-cı ildə ABŞ-ın Tenessi ştatının paytaxtı Neşvilldə xeyriyyə aksiyası məqsədilə ikinci əl əşyaların satışı keçirilir. Maykl Sparks adlı şəxs bu aksiyada köhnə bir fənər alır. Evdə fənərin işləyib-işləmədiyini yoxlayarkən onun içindən bir kağız tapır. Səhərisi kağızı götürüb əntiq əşyalar mütəxəssisinin yanına gedir. Mütəxəssis bildirir ki, bu, 1776-cı ildə Tomas Ceffersonun yazdığı ABŞ-ın istiqlaliyyət bəyannaməsinin bir nüsxəsidir. Və o, kağızı satması üçün Maykla 2 dollar yarım təklif edir. Lakin Maykl razılaşmır. Bu dəfə də kağızı xüsusi ekspertizaya təqdim edir. Ekspertlər müəyyən edir ki, bu kağız istiqlaliyyət bəyannaməsinin, sadəcə, bir nüsxəsi deyil, əslidir. Xəzinə tapdığını anlayan Maykl kağızı 2007-ci ildə Şimali Karolinada keçirilən hərracda 477650 dollara satır. 3. Milyon qiymətinə hədiyyə... Keçən əsrin 90-cı illərində İndiana ştatından olan bir presləyici 30 dollara işlənmiş mebel dəsti alır. Mebelin sahibi ona bonus kimi tozunu silməkdən bezdiyi bir köhnə şəkil hədiyyə edir. Bir müddət sonra mebelin yeni sahibi stolüstü oyun zamanı oyuna aid kartları çevirərkən maraqlı bir şeylə qarşılaşır: kartlardan birindəki şəkil ona hədiyyə edilən tabloya çox bənzəyirdi. Heyrətlənən adam kartdakı məlumatı dəqiqləşdirmək üçün tablonun adını internetdə axtarışa verir. Məlum olur ki, ondakı tablo iki damcı su kimi XIX əsrdə yaşamış rəssam Martin Johnson Heade-nin “Magnolias on Gold Velvet Cloth” əsərinə bənzəyir. Təəccüblənən presləyici şəkli əlinə alıb ekspertlərin yanına yollanır. Ekspertlər müəyyən edir ki, sahibinin bəyənməyib mebel alıcısına hədiyyə verdiyi əsər originaldır. 1999-cu ildə yeni sahibi tablonu Hyuston Təsviri-sənət muzeyinə (Museum of Fine Arts) hərracda 1 mln 200 min dollara satır. 4. İtirilmiş çəkic. 1992-ci ilin 16 noyabr səhəri Britaniyanın Suffolk qraflığında yaşayan fermer Peter Vayling üçün ötən günlərdən heç nə ilə fərqlənmirdi. Lakin tarlada işi alınmır və o, kefi pozulmuş halda naharda evinə dönür. Evə çatanda isə məlum olur ki, qayıdarkən keçdiyi kəsə yolda çəkicini də itirib. Ümidlə dostu Erik Lawes`in yanına gedir. Onu dilə tutur ki, metal detektorunu götürüb dizə çıxan otların arasında itən çəkici axtarmağa gəlsin. Dostu razılaşır. Tezliklə axtarış uğurla nəticələnir; detektor siqnal verir ki, aşağıda metal var. Fermer həmin yeri qazmağa başlayır. İtmiş çəkici axtaran dostlar məhşur Hoxne xəzinəsini tapırlar. İndiyədək tapılan Roma sikkələrinin ən böyük kolleksiyası olan bu xəzinədə 569 qızıl, 14272 gümüş, 24 bürünc sikkə vardı. Mütəxəssislərin 3 mln funt-sterlinqdən baha qiymətləndirdiyi xəzinəni dostlar Britaniya muzeyinə (London) satır və milyonçu olurlar. 5. Qiymətsiz Terrakota ordusu. 29 mart 1974-cü ildə üç kəndli artezian quyusu qazmaq üçün yaxınlıqdakı təpəyə yollanırlar. Onlar işarələdikləri yeri qazmağa başlayırlar. Əvvəlcə bir, sonra iki, üç, dörd... kəllə tapırlar. Məcbur olub su quyusunu bir az daha aralıdan qazmaq qərarına gəlirlər.

Comments