Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



“BURA VƏTƏNDİR”- İngiloylar - 26.04.2021

“BURA VƏTƏNDİR”- İngiloylar Ssenari müəllifi: Lütfi Nəzəroğlu Rejissor: Nəsimi Əliyev Qafqaz Albaniyasının etnoslarından sayılan İngiloylar- tarixən bu torpaqlada azərbaycanlılarla birgə- qardaşlıq şəraitində yaşayan çoxsaylı etnik qruplardan biridir.Azərbaycan xalqının etnogenezinin formalaşmasında özünəməxsus yeri olan bu qrupun nümayəndələri- əsasən, müsəlmanlardan, az bir qismi isə, gürcü dilinin cənub dialektində danışan xristianlardan ibarətdir. XIX əsrdən başlayaraq, belə bir fikir irəli sürülürdü ki, guya ingiloylar etnik mənsubiyyətinə görə, XVIII əsrdə islam dinini qəbul edən gürcülər olub. “İngiloy” sözü isə, “yeni və yol” söz birləşməsindən ibarət olmaqla, “yeni yol seçənlər” anlamına gəlir. Əslində isə, ingiloylar- tarixi mənbələrdə “qellər” adlandırılıb.Elə,bu etnosların Azərbaycanda yaşayan nümayəndələrinin - digər qonşu xalqlar tərəfindən qellər,qeloylar, qelovlar adlandırılması da, bu komponentin qədim qel etnonimi ilə əlaqəli olmasından xəbər verir. İngiloylar- Azərbaycan etnik tarixinin, ümumazərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, azərbaycanlılarla ortaq keçmişə, maddi və mənəvi mədəniyyətə malik olmalarını- bugün də, sevə-sevə nümayiş etdirir və bu mədəniyyətin daha da inkişaf etməsnə layiqli töhvələrini verməklə, müasir Aərbaycan cəmiyyətinə daha sıx inteqrasiya olunmalarını inamla nümayiş etdirirlər   / ictimai.tv     / ictimaitv.official   https://itv.az/ #İTV #Buravətəndir Müəllif hüquqları "Baku Cms Media" tərəfindən qorunur. [email protected] / https://www.bakucms.com #ictimaitv #video #baku #videolar #itv

Comments