Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб “BURA VƏTƏNDİR”- Təbiət gözəli..Katex в хорошем качестве

“BURA VƏTƏNDİR”- Təbiət gözəli..Katex 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



“BURA VƏTƏNDİR”- Təbiət gözəli..Katex

“BURA VƏTƏNDİR”- Təbiət gözəli..Katex Ssenari müəllifi: Lütfi Nəzəroğlu Rejissor: Nəsimi Əliyev Katex..Multikultural dəyərlərin qorunub mühafizə olunduğu və müasirliyə doğru güclü inteqrasiyanın getdiyi-Azərbaycanın tarixi məkanı.. Mənsub olduğu tarixinin zənginliyilə Baalkənin bir-çox kəndlərindən xüsusilə seçilən qədim yaşayış məskəni.. Katexin etimologiyası ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bunlardan biri- kəndin adının “Gədik” sözündən götürülməsidir.Mənası isə, “iki dağ arasında yerləşən məkan” deməkdir.Digər bir mülahizəyə görə, təxminən 1960-cı ilə qədər kəndin adına Katex yox, “Gadıx” deyildiyi göstərilir ki,bu da Katex çayının məhz bu ərazidən keçməsi ilə əlaqələndirilir. Tarixi mənbələrə nəzər yetirdikdə görürük ki, XVIII yüzillikdə Katex- əhalinin sıx yaşadığı məntəqə olub və bu ərazilərdə bir çox ictimai-siyasi proseslər, üsyan və etirazlar baş verib.Bütün bu deyilənləri- məhz, buradakı həmin dövrlərə aid, müxtəlif əlamətləri özündə əks etdirən çoxlu sayda qəbiristanlıqların olması sübuta yetirir. 1830-1863-cü illər üsyanlarının mərkəzinə çevrilən Katex, elə həmin dövrlərdə- nəqşibəndi təriqət liderlərinin yetişdiyi- böyük nüfuz sahiblərinin məkanı kimi tanınıb və rus işğalına qarşı liderlik edərək,ən ciddi mübarizə aparanlar da,məhz bu şəxslər olub. Təbiətin Katexə bəxş etdiyi gözəlliklərdən biri- məşhur Katexçay şəlaləsidir. El arasında bura Qəbizdərə şəlaləsi də deyilir. Şəlalənin yerləşdiyi məkan- Zaqatala Qoruğu ərazisində, Kilsəçayın Katexçaya qarışdığı yerə düşür. Şəlaləyə- dolanbac və uçurumlu cığırlardan ibarət 500 metrlik çətin yolu qət etməklə getmək olur və ən qəribəsi də, yolun ən çətin hissəsinin şəlalə göründükdən sonra başlamasıdır. Azərbaycanın ən məşhur və ən bol sulu şəlaləsi sayılan Katexçayın hündürlüyü 18-20 metrdir. Əhalisinin ümumi sayı təxminən 8 minə yaxın olan Katexin milli tərkibinin müxtəlifliyi- xüsusi olaraq diqqəti cəlb edir.Belə ki, kəndin daimi sakinləri- əsasən, azərbaycanlılar, avarlar,ləzgilər ruslar və qismən də, digər azlıqlardan olan rutul, ukraynalı, bolqar, saxur, kumık və gürcülərdən ibarətdir.   / ictimai.tv     / ictimaitv.official   https://itv.az/ #İTV #Buravətəndir #ictimaitv #video #televiziya #baku #videolar #itv

Comments