Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Möcüzəli Yasəmən Suyu

Yasəmən gülünün suyu içilir, yarpaqlarından maska hazırlanır Əsasən tropik və subtropik bölgələrdə yetişən yasəmənlər bəyaz, bəzən qırmızı və ya sarı rəngli ləçəklərə sahib olan xoş ətirli bitkidir. Yarpaqlarına görə iki növü var: ilboyu yaşıl yarpaqlı və qışda yarpaqlarını tökən. Onlardan ən məşhuru adi yasəməndir. Qış yasəməni adlandırılan növ isə yarpaqlarını tökməsinə baxmayaraq, ulduzşəkilli sarı-qızılı çiçəkləri ilə göz oxşayır. Həmin növ dekorativ bitki kimi parkları bəzəyir. Yasəmənlərin bəzi növləri mövsümün uyğun olmadığı bölgələrdə yalnız istixanalarda yetişdirilir, ancaq onların çoxu qış mövsümünü asanlıqla açıqda keçirə bilir. Yasəmənlər calaq üsulu ilə çoxaldılır. Ətirli yasəmənin çiçəklərindən kosmetik vasitələr istehsalında istifadə olunur. Ful adı ilə tanınan ərəb yasəmənin çiçəklərindən isə yasəmən çayı hazırlanır. Yasəmən gülünün suyu da şəfa mənbəyidir. Onun suyu saçlara parlaqlıq verir, onları günəş şüasından qoruyur. Enliyarpaq yasəmənin yarpaqları dəri xəstəliklərində, ağız yaraları və diş ağrısı zamanı faydalı təsir göstərir. Çiçəklərinin suyu ilə yorğun gözlərin yuyulmasında istifadə edilir. Yasəmən ətri əsəbləri sakitləşdirir. Yasəmən gülünün cövhərindən bir çox üz və saç maskalarında da istifadə olunur. Yasəmən gülü 100 dərdə dərmandır Yasəmən çiçəkləyəndə onları toplayıb, çiçəklərini ayırıb, bankaya yığaraq qurutsaq, bütün il boyu super bir dərmanınız olacaq. Onun cövhərini evdə hazırlaya bilərsiz. Yasəmənin güllərini təmizləyib, şüşə bankalara yığın. Bir banka gülü ayrıca saxlayın, bir banka gülün üzərinə araq əlavə edib, 10 gün qaranlıq yerdə otaq temperaturunda saxlayın. Axşam 20 ml cövhəri 1 stəkan çaya qatıb qarışdırmaq, kiçik qurtumlarla içmək lazımdır. Artrit, artroz, onurğa, bel ağrılarında güllərin üzərinə yarım litr qaynar su alıb, 3 sutka saxlayın. Sonra süzün, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir. Kurs müalicə 1 ay. -Revmatizm, duz yığılması, şpor, ağrılar, ostexondrozda quru güllərin üzərinə 1:1 nisbətdə 40% spirt əlavə edib, 8 gün qaranlıq yerdə saxlayın. Gündə 2 dəfə 30 damcı qəbul edilir və ağrı olan nahiyəyə kompress olunur. -Qrip, soyuqdəymədə 20 damcı yarım stəkan suda həll edib gündə 2 dəfəyə o suyu qəbul edib bitirmək lazımdır. Diz, oynaq, sümük ağrılarında da yasəmən çiçəklərinin spirtdə cövhəri 1 xörək qaşığı, yeməkdən əvvəl gündə 3 dəfə qəbul edilir. -Xalq təbabətində yasəmən gülləri cövhəri qulaqlarda küy, öskürək, mədə ağrısı, qarın işləməsi, vərəm, epilepsiyada, böyrək problemlərində də faydalıdır. -Kişilərdə impotensiya zamanı quru güllərin üzərinə 1 stəkan qaynar su töküb, dəmləyib, gündə yarım stəkan olmaqla 3 dəfə içilir. -Ayaqlarda damar problemi, varikozda spirtdə məhlulu ilə ayaqlara kompress olunur. -Olmaz qanaxması olanlara, böyrək çatışmazlığında, qəbizlikdə

Comments