У нас вы можете посмотреть бесплатно Çinlilər Qaraciyəri və Damarları bu yolla Təmizləyirlər или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
#BirBax #qaraciyər #damar "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz: (+994) 55-554-58-83 Kişmiş insan orqanizmi üçün çox faydalıdır. Bunu bilirik. Lakin Kişmişli suyun adi kişmişdən qat-qat faydalı olduğunu bilirdiz? Bu su içilən anda qana sovrulur və tərkibindəki faydalı birləşmələr orqanizmdə inanılmaz nəticələrə gətirib çıxarır. Lakin hər şeyin çoxu zərər olduğu kimi kişmişli sudan da qədərində içmək lazımdır. Bəs bu şəfalı suyun miqdarı nə qədər olmalıdır? Onu kimlər içə bilməz? Bu gün bir bax kanalında bunu biləcəksiniz.. Dəyərli izləyicilər... Kişmişli suyu hazırlamaq üçün, ən əvvəl, tünd rəngli, təbii kişmiş seçilməlidir. Çünki üzümün rənginin tündlüyü tərkibindəki faydalı elementlərin çoxluğundan xəbər verir. Kişmişin üzərindən təmiz su axıdın, çöplərini və çiyidlərini təmizləyin. 1 litr soyuq suya 1 xörək qaşığı kişmiş əlavə edin. Qarışımı 1 saat gözlədin. Sonra suyu süzün. Kişmişləri termosa tökün və üstünə 1 litr qaynar su əlavə edin. Termosun ağzını bərk-bərk bağlayın və 1 saat da belə gözlədin. Nəhayət, 1 saatdan sonra kişmişli su içmək üçün hazırdır! Suyu içəndən sonra kişmişi atmayın; onu da yeyin. Kişmişli suyu yeməkdən 30 dəq əvvəl, yəni, acqarına içmək lazımdır. Prosedur bir neçə gün eyni vaxtda olmaqla təkrarlanmalıdır. Kişmişli suyu müalicə məqsədilə içənlər isə 1-2 həftə ard-arda proseduru davam etdirə bilər. Kişmişli suyun faydaları bunlardır: -daxili orqanların fəaliyyətini yaxılaşdırır: -sidikqovucudur; -immuniteti möhkəmlədir; -orqanizmi toksinlərdən və zərərli maddələrdən təmizləyir; Kişmişli suyu həm profilaktika, həm də müalicə məqsədilə içmək olar. Kişmişli suyun qəbul edilməsi Kişmişli su zəngin vitamin və mineral qaynağıdır. Kişmişin tərkibindəki bioflavonoidlər və antioksidantlar ürəyi qoruyur, qaraciyərin fəaliyyətini dəstəkləyir, sərbəst radikalların hərəkətlərinin qarşısını alır. Kişmişli su qaynağı olan kişmişdən geri qalmır: -orqanizmə bakteriyalarla mübarizə aparmaqda dəstək olur; -immun sistemindəki zəiflikləri tapır və aradan qaldırır; -sidik yollarını təmizləyir; -böyrəyin filtrləmə gücünü artırır; Kişmişin tərkibindəki B qrupu vitaminləri sinir sisteminin fəaliyyətinin normallaşmasına xidmət edir. Stressi, nəinki, yox edir, insanı stressə düşməyə qoymur. Çərəzin tərkibindəki kalium isə qaraciyərin işini yaxşılaşdırır və toksinlərin orqanizmdən xaric olunmasını təmin edir. Qanı təmizləyən, ürək-damar xəstəliklərinin müalicəsində effektiv olan, beyinin funksiyasını artıran kişmiş hemoqlobin artımında da əvəzsizdir. Dırnaqlar, saçlar və dişlər də kişmişim faydalarından öz paylarını götürürlər; çərəz onların da möhkəmliyini qoruyur. Qocalmanı ləngitmək və ürək-damar sisteminin normal işləməsini təmin etmək üçün kişmişli su deyərdim ən təbii vasitədir. Kişmişli su mədə üçün stabilləşdirici rolunu oynayır. Belə ki, tərkibindəki liflər və antioksidantlar sayəsində kişmiş mədə əzələlərinin sağlamlığını qoruyur və mədəni təmizləyir. Bundan əlavə, bağırsaqların düzgün işləməsinə, dərinin təmiz və sağlam olmasına, üz dərisinin təravətlənməsinə xidmət edir. Kişmişli su içmək dişlərin zədələnməsinə mane olur. Bu da çərəzin tərkibindəki 3 güclü maddədən asılıdır. Bu birləşmələr bakteriyalarla mübarizə aparır, dişlərin tökülməsinə və ya diş minasının zədələnməsinə imkan vermir. Səhər yeməyi yeyə bilməyən, yaxud səhərlər süfrəyə oturmağa hövsələsi çatmayan insanlar üçün kişmişli su əla vasitədir. Tərkibindəki liflər sayəsində doyurucu xarakterə malik olan kişmişli su idman etməyi sevənlərin də köməyinə çatır. Belə ki, qarışım əsl enerji mənbəyidir və idman zamanı insanı tez yorulmağa qoymur. Kişmişli su pəhriz proqramlarının da bir hissəsidir. Həm də, təkcə arıqlamaq üçün tutulan pəhrizlərin deyil, müalicəvi pəhrizlərin də tərkibinə daxildir. Qaraciyərin təmizlənməsi. Prosedura başlamazdan 1 həftə əvvəl spirtli içkilərin, qızardılmış yeməklərin, süd məhsullarının və xəmir yeməklərinin qəbulu dayandırılmalıdır. Heyvan mənşəli zülalın qəbulunun da bacardıqca azaldılması tövsiyə edilir. Rasiona ləpəlilərin və quru meyvənin daxil edilməsi, gün ərzində mütləq şəkildə 2 litrdən çox suyun içilməsi növbəti addımdır. Zərərləri və əks təsirləri. Bəzi hallarda kişmiş yemək, yaxud kişmişli su içmək məsləhət görülmür. -qastrit zamanı; -mədə xorası zamanı; -enterokolit zamanı; Həmçinin, həddən artıq kök olanlar, diabet xəstələri də kişmişli su ilə ehtiyatlı olmalıdırlar. Çünki kişmişin tərkibində yüksək miqdarda şəkər var. Kəskin formalı vərəm xəstəliyindən əziyyət çəkənlər isə kişmişdən, qəti şəkildə, uzaq durmalıdırlar. Səbəb də odur ki, çərəz xəstəliyin inkişafına təkan verir. Kişmişə qarşı allergiyası olan insanlar da var. Belə olan halda, həkim məsləhətiylə, uzağı, 2-3 dənə kişmiş yemək olar. Kişmişin çiyidləri də bəzən arzuolunmaz nəticələrə səbəb ola bilir. Onlar apendisit üçün əlverişli şərait yaradır. Bundan əlavə, çiyidlər diş emalını da zədələyir.