Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub | Saxlanılanlar var в хорошем качестве

Qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub | Saxlanılanlar var 10 часов назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub | Saxlanılanlar var

Qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub | Saxlanılanlar var Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı əməliyyat keçirib. Araşdırmalarla dəstə halında təşkilatlanmış bir qrup şəxsin qanunsuz fəaliyyətlə məşğul olmasına dair ilkin sübutlar əldə edildikdən sonra dəstə ətrafında 3 ay davam edən əhatəli əməliyyat-texniki tədbirlər keçirilib. Müəyyən edilib ki, dəstəyə başçılıq edən 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadə 1974-cü il təvəllüdlü Eldəniz İsmayılov da daxil olmaqla 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər. Onlar gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açıb və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. Qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun göstərişləri əsasında fəaliyyət göstəriblər. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislərə, mənzillərə, saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2 000 000 manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb. Aparılmış araşdırmalarla şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20 000 000 manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib. Şəbəkənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulması sxemlərindən istifadə etdiyi də məlum olub. Onlara bu huquqazidd fəaliyyətdə dəstənin cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini kriptovalyutaya çevirərək xarici ölkələrə göndərməsini təşkil edən 1988-ci il təvəllüdlü Rövşən Məmmədov müəyyən edilərək saxlanılıb. Faktla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq şəbəkəyə başçılıq edən 9 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Xarici ölkələrdə gizlənən dəstə üzvlərinin ölkəyə gətirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində isə hüquqi prosedurlar başlanılıb. Dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber   / baku.tv     / bakutvofficial   https://www.baku.tv ARZUNUN VAXTI ➧    • ARZUNUN VAXTI   QAPQARA ➧    • QAPQARA   AYDIN TARİX ➧    • AYDIN TARİX   ORALARDA NECƏDİR? ➧    • Oralarda necədir?   O VAXTLAR ➧    • O VAXTLAR   SONUNCU ŞAHİD ➧    • SONUNCU ŞAHİD   BAKU ANALİTİK ➧    • BAKU ANALİTİK   BAKU MED ➧    • BAKU MED   RƏSMİLƏR ➧    • RƏSMİLƏR   BAKU AKTUAL ➧    • BAKU AKTUAL   RETRO BAKU ➧    • RETRO BAKU   ARAŞDIRMA ➧    • ARAŞDIRMA   44 GÜN ƏSGƏR RƏŞADLA ➧    • 44 GÜN ƏSGƏR RƏŞADLA   QARABAĞ XRONİKASI ➧    • QARABAĞ XRONİKASI   QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧    • QƏRBİ AZƏRBAYCAN XRONİKASI   Qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub | Saxlanılanlar var 2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #qumar #kibercinayət #şəbəkə #onlaynqumar #elmidarismayılzadə #eldənizismayılov #bankkartları #cinayətişi #məhkəmə

Comments