Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Hamiləlik neçə günə məlum olur?

#Qadın #Sağlamlıq #hamiləlik Hamiləlik neçə gündə məlum olur? Qadınların bilməli olduğu ən birinci qayda budur: sırf hamiləlik məqsədilə cinsi əlaqəyə girilə bilər. Amma bu, o demək deyil ki, həmin cinsi əlaqədən sonra mütləq hamilə qalmaq mümkündür. 1 ay ərzində qadının hamilə qalma şansı 20-25%-dir. Hamilə qalmaq üçün yumurtalığın aktiv olduğu dövrdə cinsi əlaqəyə girilməldiir. Və nəticə təkcə qadının yumurtalığından asılı deyil. Bu dövrdə kişinin spermatozoidləri də canlı və hərəkətli olmalıdır. Dolayısı ilə, hamilə qalmaq üçün lazımdır: 1. Sağlam yumurtalama dönəmi; 2. Bu dönəmdə canlı spermatozoidlərlə qaşılaşma şansı; Sperma ilə yumurta uşaqlıq borusunda birləşir. Bundan sonra hüceyrələr yavaş-yavaş bölünərək artır. Döllənmiş yumurta bölünərkən uşaqlıq borusunun içiylə uşaqlığa doğru irəliləyir. Bu dönəmdə hamiləlik testləri heç nəyi göstərmir. Təxminən, 4-5 gün sonra döllənmiş yumurta embrion olaraq uşaqlıqda öz yerini alır. Məhz bundan sonra Beta HCG hormonu ifraz olunmağa başlayır ki, hamiləlik testi də, əslində, orqanizmdə bu hormonun varlığını göstərir. Ən dəqiq nəticəni isə, yumurtanın mayalanmasından 15 gün sonra almaq olar. Deməli, qısaca desək, məhz hamiləlik məqsədiylə girilən cinsi əlaqələrdən 5 gün sonra hamilə olub-olmadığınızı bilmək şansınız yoxdur. Ona görə də, aybaşı gecikən kimi həmən testə cummayın. 5 gün, ən ideal nəticə üçün isə 1 həftə daha səbir edin. Testlə yoxlamaq üçün ən gözəl vaxt məhz bu vaxt olur. Bəzən olur ki, ilk 3 gündə test edirlər. “Hamiləyəm” hissinə qapılırlar. Amma 3 gün sonra aybaşı gəlir. Bu zaman da hamiləliyin düşüklə nəticələndiyini düşünür, depressiyaya qapılırlar. Bəs, əslində nə baş verir? Uşaqlıq borusunda döllənmiş yumurtanın inkişafı davam etmir, yaxud, yalançı hamiləlik olur. Bunlar da təhlükəli vəziyyət deyil. Çünki həmən ardından aybaşı gəlir və orqanizm özünü təmizləyir. Başqa sözlə, tez-tələsik edilən hamiləlik testləri qadınlara mənəvi ziyan vurmaqdan başqa bir işə yaramır. Ona görə də, qadınlar səbirli olmağı, nigaranlıq keçirməməyi öyrənməlidirlər. Bir də, əgər hamiləlik varsa, həmən USM-ə qaçmaq adəti var hazırda. Bu da gərəksizdir. Ən tezi, 6-7 həftəlik hamiləlikdə USM-ə getməyiniz məsləhətdir. Bu zaman bir müayinə ilə dölün inkişafının necə irəliləməsini, uşaqlığa necə yerləşməsini görmək olur. Yanlış yanaşmalardan biri də hamiləliyin cinsi əlaqə zamanından hesablanmasıdır. Amma həkimlər hamiləliyi son aybaşının ilk günündən hesablayır. Odur ki, hamiləliyin ilk həftələrini təlaşlı, nigaran, narahat keçirməkdənsə, bir az səbirli olun və özünüzü rahatladın... “Demədi Demə Qadın” kanalı qadınların mütəlif mövzularda maarifləndirilməsi üçün nəzərdə tutulub. Bu kanalda yalnız qadınlar üçün faydalı ola biləcək, gələcəkdə onların işinə yarayacaq maraqlı məlumatlar yer alacaq. Qadın kanalımız Demədi Demə MMC-nin nəznində fəaliyyət göstərir. Kanalımızla bağlı hər hansı bir iradınız, təklifiniz varsa [email protected] ünvanına yaza bilərsiniz. Reklam üçün əlaqə: 055 362 49 69

Comments