Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Cəfər Cabbarlı - Olmasın в хорошем качестве

Cəfər Cabbarlı - Olmasın 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Cəfər Cabbarlı - Olmasın

Şeir: Cəfər Cabbarlı - Olmasın Səsləndirmə: İlham Əsgərov Biraddımla'ya YouTubeda abunə olmaq: https://bit.ly/3gsJpm1 Biraddımla'nın sosial şəbəkə ünvanları: Instagram: https://bit.ly/3gsKkms Facebook: https://bit.ly/3GoODKl TikTok: https://bit.ly/3r3sAHt Telegram: https://bit.ly/3unQMn8 E-poçt: [email protected] CƏFƏR CABBARLI - ОLMASIN Pək az sürən baharımın canlı çiçəyi, sevimli Sоnama, göndərdiyi çiçəklərə qarşı yadigarım Bülbülündən ayrı düşmüş qızılgül, Bu hicrana kimsə düçar оlmasın. Kaş ki, yavrum, sоn günlərin sevinci, Böylə qısa, bietibar оlmasın. Sənsiz könlüm fəryadlardan usanmaz, Çaylar dursa, göz yaşlarım dayanmaz. Dünya gülşən оlsa, könlüm оyanmaz, Sənsiz, yavrum, artıq bahar оlmasın. Dünki gülşən – yarın xəzançın оynaq, Düngi insan – yarın bir yığın tоpraq. Keçmiş ilk bahardan bu bir kaç yapraq, Saqın, yavrum, sоn yadigar оlmasın. Bəlli şey ki, həyat beş qara gündür, Mənsiz gül, ağlama, könlüm sevindir, Cismim tоpraq оlsa, ruhum sənindir, Sevgimizə yоxluq məzar оlmasın. Cəfər Cabbarlı’nın Ev Muzeyinin direktoru Qəmər Seyfəddinqızı: “... 1934-cü ilə qədər Cəfər Cabbarlı Yazıçılar İttifaqına üzv olmaq istəmirdi. Səməd Vurğun Yazıçılar İttifaqının sədri olub. Cabbarlıya təklif edib ki, Moskvaya nümayəndə gedir, sən də üzv ol, getməlisən. Cabbarlı da deyir, mən yazıçı yox, həvəskar yazıçıyam. O qədər təvazökar idi ki, ölümündən 3-4 ay əvvəl ittifaqa üzv olub. Onun Moskvadakı çıxışı “Pravda” qəzetində çap olunur. Cabbarlı deyirdi ki, yazıçı sifarişlə yazmamalıdır. Amma uzun illər Sovet dövründə deyirdilər ki, Cabbarlı sifarişlə yazıb. Əslində, bu cür olmayıb. Çıxış olub sentyabr ayında. Cabbarlı isə dekabrda vəfat edib. Yaşasaydı, onu da repressiya aqibəti gözləyirdi. Bilirdilər ki, o öz ideologiyasına münasibətdə sadiqdir. Xalq onu çox sevirdi. Məmməd Əmin Rəsulzadə də yazırdı ki, Cəfər Cabbarlını dəfn edəndə bolşeviklər onu çiyinlərində apardılar ki, onun Sovet yazıçısı olduğunu göstərsinlər. Halbuki, o Sovet yazıçısı deyildi. Bəzi dostları kimi Cəfər Cabbarlı da xaricə gedə bilərdi. Amma getmədi. Axı o, gizli fəaliyyətdə idi. Bilirsiniz ki, Sovet hakimiyyəti qurulandan sonra Cabbarlı Müsavat Partiyasının gizli təbliğat-təşviqat komitəsinin rəhbəri idi. Gizli çap olunan kitabçalar və vərəqələrə Cəfər Cabbarlı baxırdı. 1923-cü ildə onun həbsi də bununla bağlı idi. “İstiqlal” qəzetini gizli olaraq çap edirdilər. Təsadüfən, həmin qəzetin çap olunduğu mətbəəni “Çeka” aşkarlayır və dostları ilə birgə Cabbarlı da həbs edilir. Bolşeviklər də bilirdilər ki, Cəfər Cabbarlı öz ideologiyasına sadiqdir. Əsərlərində də bunu gizli bildirirdi. “Almaz”, “Sevil”, “Aydın” əsərlərində istədiklərini gizli deyirdi. “Almaz”da qəhrəman gedəndə özü ilə tarını da aparır. O dövrdə tara qarşı böyük təzyiqlər var idi. Süleyman Tağızadə yazır ki, Cəfərə dedim, mənə rol ver. O da dedi, rol verərəm, amma sən tar çalmağı öyrənməlisən. Süleyman Tağızadənin tar almağa imkanı olmayıb, Cabbarlı özü ona tar alıb. Süleyman Tağızadə tar çalmağı öyrənib və həmin tarı Süleyman bəy 1959-cu ildə Ədəbiyyat Muzeyinə bağışlayıb...” #cefercabbarli #olmasin #ilhamesgerov #biraddimla #biraddimlayol

Comments