У нас вы можете посмотреть бесплатно FutbolPress TV: "0:8 - Bir klubun faciəsi" или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Xəzər - Lənkəran - Makkabi Hayfa 0:8 Xezer Lenkeran - Makkabi Hayfa Khazar Lenkoran - Maccabi Haifa ************** "Xəzər Lənkəran" tarixinin ən acınacaqlı günlərindən birini, bəlkə də daha betərini yaşadı. Hərçənd ki, "ağ-yaşıllar" matça pis başlamamışdı. Di gəl, Zuheyr qarşısında heç bir maneə olmasa da, topu düz qapı çatına ünvanladı. Bundan bir neçə dəqiqə sonra qonaqlar hesabı açdı. Bu da ümidlə stadiona tələsən azarkeşləri nagüman eləmədi. Ancaq ikinci və üçüncü qol fırtına effekti yaratdı: istefa şüarının ilk qığılcımları göründü, azarkeşlər stadionu tərk elməyə başladı, yerdə qalanlar isə rəqib futbolçuları alqışlamaqla məşğul idi. Vurulan 4-cü qol VİP lojaya doğru etiraz dalğası yaratdı. Azarkeşlər "yuxarılar"dan oyunu saxlamağı tələb edirdi. Polisin müdaxiləsi isə kiçik söz atışmasına səbəb oldu. Toşakın isə nəyisə dəyişmək fikri yox idi. Buna hirslənən azarkeşlər "Rednik, Rednik!" sədaları ilə keçmiş məşqçilərini imdada səsləməyə başladı. Bundan ruhlanan futbolçular isə nadir və baxımsız hücumlardan birini təşkil elədi. Azarkeşlərin alqış səsini eşidib stadiona boylandıq. Yox, qol vuran meydan sahibi deyil, yenə qonaqlar idi. XL azarkeşi 5-ci qolu "bayram edirdi". Yaşlı futbol həvəskarı Toşakı yuxudan oyatmaq üçün üzünü ona tərəf tutub "Rednik, Rednik" qışqırırdı. Toşak oyanmasa da, bu azarkeşin səsinə bütün stadion səs verdi. "Xəzər Lənkəran" isə artıq 6-cı qolu buraxmışdı. İkinci hissə yenicə başlamışdı ki, bir azarkeşin ürəyinin getdiyini eşitdik. Diqqətlərin stadiondan yayındığını görən "Xəzər Lənkəran" isə şou göstərməyə davam edirdi. Azarkeşə öncə tərəfdarlar, daha sonra isə həkimlər yardım göstərdi. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldı. Stadion isə oturacaq-oturacaq, sektor-sektor tərk edilirdi. Artıq əsgər və polislər daha diqqətlə davranır, tribunalara qədər girmişdilər. İstefa şüarları isə kəsilmirdi. Polisin azarkeşləri sakit olmağa çağırması da buna mane olmurdu. Yolumuzu stadionun çıxışından saldıq. "Fırtınalar meydanı"nı tərk edən azarkəşlər bura toplaşıb etiraz eləməyə davam edirdilər. Polis isə qapını bağlayaraq çıxışı və girişi əngəlləməyə çalışırdı. Azarkeşlər bizi çağırır daha yaxından çəkməyimizi istəyirdilər. Polislə mübahisəmiz düşsə də, azarkeşlərin bu istəyini reallaşdırdıq. "Kimin istefasını istəyirsiniz" sualımız isə fikir ayrılığına səbəb oldu. Toşak da deyən tapıldı, rəhbərlik də. Azarkeş təzyiqi polisi qapını açmağa məcbur elədi. Yenidən stadiona doluşan azarkeşlər isə müxtəlif şüarlar səsləndirərək etiraz edirdi. Bu görüntüləri lentə almağa çalışdığımız anda bir zabit bizə yaxınlaşıb əsgəri çəkməməyimizi istədi. Necə deyərlər, keçi can hayında, qəssab piy axtarır. Hesab isə artıq 0:8 idi və matç yalnız VİP salondan rahatlıqla izlənirdi. Qalan hər yer qaynayır, hər kəs hansısa formada etirazını bildirirdi. Beləliklə, matçın sonunu bildirən final fiti səsləndi. Bu fitin növbəti faciənin sonu, yoxsa başlanğıcı olmasını isə zaman göstərəcək.