У нас вы можете посмотреть бесплатно Hamiləlik testləri - hansı testə güvənək? или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Facebook: / uzm.dr.resad. . İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan Tel: +994 51 717 55 15 Hamiləlik testi nə deməkdir? Uşağın təməlinin qoyulmasının artıq ilk günündən hamilə qadının qanında XQÇ (xorionik qonadotropin) səviyyəsi yüksəlir. Bir neçə həftə sonra isə qanda XQÇ səviyyəsi o qədər yüksəlir ki, həmin hormon artıq sidiklə ifraz edilməyə başlayır. Hamiləlik testləri sidikdə XQÇ miqdarını müəyyən edir və əgər o yüksəkdirsə test müsbət cavablı olur və qadına artıq onun hamilə olduğunu xəbər verir. Hamiləlik üzrə testlər necə olurlar? Hamiləliyin müəyyən edilməsi üzrə bir neçə test növü vardır ki, onlar bir birindən xarici görünüşü, dizaynı, istifadədə rahatlığı və qiyməti ilə fərqlənirlər. Test-xətt – bu hamiləlik üçün olan ən ucuz qiymətli testdir ki, o öz keyfiyyətinə görə yerdə qalan test növlərinə heç də uduzmur. Belə testlərin əsas çatışmamazlığı – istifadədə narahat olmalıdır: hamiləliyin müəyyən edilməsi üçün sidiyi təmiz qaba yığmaq və sonra test-xətti sidiyin içinə salmaq lazımdır. Hamiləliyin yoxlanması üçün olan şırnaqlı test bahadır, lakin istifadədə rahatdır. Hamiləliyi müəyyən etmək üçün sidiyi qaba yığmağa gərək yoxdur: testin qəbuledici ucuna bir qədər sidik ifraz etmək yetərlidir və siz bir neçə dəqiqə sonra nəticəni öyrənə bilərsiniz. Hamiləliyin planşet testi e şəraitində nadir hallarda istifadə edilir ki, bu da istifadəsinin mürəkkəb proseduralı olması ilə əlaqədardır. Hamiləliyin müəyyən edilməsi üçün sidiyi xüsusi çənə yığmaq, sonra pipet vasitəsi ilə bir neçə damcı sidiyi planşetin üzərindəki xüsusi dəliyə (və ya pəncərəyə) damcılatmaq lazımdır. Hamiləliyin rəqəmsal testi – bu testlərin yeni nəslidir ki, istər həkimlər, istərsə də gələcək analar arasında geniş məşhurluq qazanmışdır. Sidiklə əlaqədan sonra həmin test təkcə hamiləliyin olub olmamasını deyil, həm də onun həftələrlə müddətini də təyin edir. Bəzi testlər sidiklə təmasdan bir dəqiqə, bəziləri 3, bəziləri 5 dəqiqə və s. sonra hamiləliyi qiymətləndirməyə imkan verirlər. Bu haqda məlumatlar hər bir konkret test üçün təlimatlarda göstərilir. Tədqiqatlar göstərir ki, “5 dəqiqəlik” testlər elə “1 dəqiqəlik” testlər qədər səmərəlidirlər. Ən effektiv test hansıdır? Hamililik üçün testi seçən zaman həmişə onun qabının üzərində göstərilən həssaslığına diqqət yetirin. Hamiləliyin müəyyən edilməsi üzrə əksər müasir testlər əgər XQÇ səviyyəsi heç olmazsa 25 mİU/ml olduqda müsbət nəticə göstərirlər. Belə XQÇ səviyyəsi sidikdə menstruasiya gecikməsinin artıq birinci həftəsindən müşahidə edilə bilər. Hamiləlik üzrə testi necə düzgün etmək olar? Paradoksal olaraq səslənə bilər, lakin sizin testinin neçəyə olması deyil, sizin ondan necə istifadə etməyiniz daha mühümdür. Hətta ən ucuz hamiləlik testi, əgər ondan düzgün istifadə edirsinizsə, doğru olan nəticəni göstərəcəkdir.