Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Gabriel García Márquez - Tarixə damğa vuran fikirləri в хорошем качестве

Gabriel García Márquez - Tarixə damğa vuran fikirləri 3 месяца назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Gabriel García Márquez - Tarixə damğa vuran fikirləri

#Qabriel Xose de la Konkordiya "Qabo" Qarsiya #Markes — Kolumbiyalı romançı, jurnalist, ssenarist, qısa-hekayə yazıçısı, Neyştadt Beynəlxalq Ədəbiyyat Mükafatı (1972) və Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1982). Kolumbiya yazıçısı Qabriel Xose Qarsia Markes Karib dənizi sahilindəki Arakataka şəhərində doğulmuşdu. Ailədəki on altı uşaqdan ən böyüyü idi. Yerli poçt şöbəsində teleqrafçı işləyən atası maddi çətinliklərlə üzləşdiyindən Qabriel ana babasının və nənəsinin himayəsində böyümüşdü. Xüsusən nənəsinin danışdığı nağıl, əfsanə və əsatirlər gələcəkdə yazıçının işinə yaramış, bir çox əsərləri üçün əla xammala çevrilmişdi. İstefaya çıxmış polkovnik olan babası da vətəndaş müharibəsi və gənclik həyatı haqqındakı maraqlı xatirələri ilə nəvəsinin bədii təxəyyülünün formaşalaşmasında mühüm rol oynamışdı. Gənc Markes 1947-ci ildə Boqot unversitetinin hüquq fakültəsində oxumağa başlamışdı. Sonra Kartagena universitetinə dəyişilmişdi. Lakin nəticədə yenə də diplom ala bilməmişdi. Amma bu aradan dörddə bir əsr keçəndən sonra yazıçının Nyu-Yorkun məşhur Kolumbiya universitetinin fəxri doktoru seçilməsinə mane olmamışdı. Boqotada çıxan "Espektador" ("Müşahidəçi") qəzeti onun "Üçüncü imtina" hekayəsini 1947-ci ildə çap etmişdi. Sonrakı illərdə həmin qəzetdə yazıçının 20-yə qədər hekayəsi çıxmışdı. Şəxsi etirafına görə Markesin yazıçı kimi təsirləndiyi müəllif Frans Kafka olmuşdu. Onun digər sevimli sənətkarları sırasına Ernest Heminquey, Ceyms Coys, Uilyam Folkner və Virciniya Vulf daxil idi. Nəhayət, 1954-cü ildə Markes "Espektador"da müxbir kimi daimi işə götürülmüş və Avropaya göndərilmişdi. Avropa limanlarına yan alan Kolumbiya hərbi gəmilərinin narkotik qaçaqmalçılığı ilə məşğul olmaları haqqındakı silsilə məqalələri gənc jurnalistin həm özünə, həm də əməkdaşı olduğu qəzetə baha başa gəlmişdi. "Espektador" bağlanmış, Markes işsiz qalmışdı. Bu dövrdə Markesin sadəcə jurnalist və ədəbiyyat həvəskarı deyil, yazıçı olduğunu göstərən "Yanmış yarpaq" (1955) povesti çap edilmişdi. Bir neçə il Avropada ispandilli qəzetlərin ştatdankənar müxbiri və Kubanın Prensa Latina dövlət agentliyinin əməkdaşı kimi çalışdıqdan sonra yazıçı 1961-ci ildə Mexikoya köçmüşdü. "Polkovnikə heç kim məktub yazmır" (1961) povesti və "Böyük Ananın dəfni" (1962) hekayələr məcmuəsi burada nəşr olunmuşdu. Lakin Markesə həm ədəbi, həm də kommersiya uğuru gətirən əsəri 1967-ci ildə çap etdirdiyi "Yüz ilin tənhalığı" romanı olmuşdu. Pablo Neruda bu romanın meydana çıxmasını Servantesin "Don Kixot"undan sonra ispandilli ədəbiyyatın ikinci mühüm hadisəsi hesab etmişdi. Peru yazıçısı Varqos Losa isə onu "ədəbi zəlzələ"yə bənzətmişdi. Əsərdəki yazıçı təxəyyülünün məhsulu olan Makondo kəndi və Buendia ailəsi bütün Latın Amerikasının təcəssümü idi. "Patriarxın payızı" (1975) adlandırdığı ikinci romanında isə Qarsia Markes Latın Amerikası diktatorlarının ümumiləşdirilmiş obrazını yaratmışdı. "Elan olunmuş qətlin xronikası"nda (1981) yazıçı bir daha sözə sahiblik qüdrətini, orijinal və mürəkkəb süjet qurmaq məharətini nümayiş etdirmişdi. Amerika tənqidçisi Uilyam Makferson haqlı olaraq Markes yaradıcılığını magiya, metafor və mifin fantastik şəkildə çulğalaşdığı ədəbiyyat cəngəlliyinə bənzətmişdi. Məhz reallıqla irreallığın bu qəribə sintezinə görə tənqidçilər Markesin özünəməxsus ədəbi üslubunu magik realizm kimi qiymətləndirmişlər. "Patriarxın payızı"nı Markes "hakimiyyətin tənhalığı haqqında poema" adlandırırdı. Əsərin prorotipi kimi bəzən Venesuela diktatoru Markos Peres Jimenesin adı çəkilsə də, müəllif əsasən Karib hövzəsi üçün səciyyəvi olan diktator-ların sintetik, məcmu surətini yaratdığını bildirmişdi. Romanın çapından sonra Markes Mexikoya köçmüş və Çili diktatoru Pinoçetə etiraz əlaməti olaraq onun hakimiyyəti dövründə heç bir əsər yazmayacağını bildirmişdi. 1982-ci ildə Qabriel Qarsia Markes "fantaziya və reallığın bir-biri ilə qarışığından ibarət olan və bütöv bir regionun həyatını, münaqişələrini əks etdirən əsərlərinə görə" Latın Amerikası ədəbiyyatının ilk Nobel laureatı olmuşdu. Şübhəsiz, mükafat Kolumbiya yazıçısına həmin dövrə qədərki bütün yaradıcılığı üçün verilsə də, burada "Yüz ilin tənhalığ"ı romanın xüsusi çəkisi olmuşdu.

Comments