У нас вы можете посмотреть бесплатно Elm və Din / Ramazan Əsgərli-Tural Cəfərov или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Diskurs tv-nin bu buraxılışında subyektiv predmeti olan iki sahədən elm və dindən söhbət açılır. Elm və dinin mahiyyəti araşdırılaraq elmə və dinə ayrı-ayrılıqda tərif verilir. Elmin tarixinə nəzər salınır və o gerçəkliyi dərk etmək və təsvir etməyin bir yolu kimi açıqlanır. Din də öz növbəsində gerçəkliyi təsvir etməyin və dərk etməyin bir cəhdi kimi müəyyənləşdirilir. Belə ki, bəşəriyyətin özünü dərk etməklə bağlı özünün təkamül yolu mövcuddur. Düşüncə tərzi kimi mifik düşüncə modeli bu təkamül prosesinin bir hissəsi kimi təsvir edilir. Beləliklə, elm və dinin gerçekliyi dərk etmə və təsvir etmə metodologiyaları arasındakı fərqlər araşdırılır. Daha sonra Elmi və Dini müəyyən edən aspektlər üzərində müzakirələr aparılır. Təkamül konsepsiyasından bəhs edilir. Elm dəyişiklik üzərində inkişaf edir. Din isə dəyişiklikdən qorxur , daha ənənəvi və ehkamçılıq üzərindədir. Nisbilik anlayışına toxunulur. Daha sonra marifçiliyə nəzər salınır və marifçiliyin dini konteksti tamamilə inkar edərək insanların mənəvi tərəfini boş qoymasını, dini təkamül və digər nüanslar araşdırılır. Eyni zamanda dini təkamülün inkar edilməsinin dini həqiqətin nisbiliyinin qəbul edilməməsinin bəşəriyyətə verdiyi ziyanlardan bəhs edilir.