Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Əla surəsinin düzgün oxunuşu | Quran əzbərləyirik #31 | Bəxtiyar Turabov в хорошем качестве

Əla surəsinin düzgün oxunuşu | Quran əzbərləyirik #31 | Bəxtiyar Turabov 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Əla surəsinin düzgün oxunuşu | Quran əzbərləyirik #31 | Bəxtiyar Turabov

Qur'anın 87-ci surəsi olan "Əl-Ə'ləə", "Ən Uca" surəsi. 19 ayədir. Məkkədə nazil olmuşdur. Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Ən Uca Rəbbinin adına təriflər de! 2. O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi; 3. O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi, 4. O Rəbbin ki, otlağı cücərdib, 5. sonra da qaralmış samana çevirdi. 6. Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq. 7. Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır. 8. Səni ən asan olana müvəffəq edərik. 9. Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat! 10. Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. 11. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. 12. O kimsə ki, Cəhənnəmə atılacaq, 13. O orada nə ölə, nə də yaşaya bilməyəcəkdir. 14. Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır. 15. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır. 16. Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz; 17. Axirət isə daha xeyirli və daha sürəklidir. 18. Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir – 19. İbrahimin və Musanın səhifələrində. بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى (1) الَّذِي خَلَقَ فَسَوَّى (2) وَالَّذِي قَدَّرَ فَهَدَى (3) وَالَّذِي أَخْرَجَ الْمَرْعَى (4) فَجَعَلَهُ غُثَاءً أَحْوَى (5) سَنُقْرِئُكَ فَلَا تَنْسَى (6) إِلَّا مَا شَاءَ اللَّهُ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَى (7) وَنُيَسِّرُكَ لِلْيُسْرَى (8) فَذَكِّرْ إِنْ نَفَعَتِ الذِّكْرَى (9) سَيَذَّكَّرُ مَنْ يَخْشَى (10) وَيَتَجَنَّبُهَا الْأَشْقَى (11) الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَى (12) ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَى (13) قَدْ أَفْلَحَ مَنْ تَزَكَّى (14) وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى (15) بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا (16) وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَى (17) إِنَّ هَذَا لَفِي الصُّحُفِ الْأُولَى (18) صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَى (19) 🔴 Qeyd edək ki, transkripsiyadakı cüt saitlər, uzatma kimi oxunacaq (Məsələn : "ə'ləə" kəlməsindəki cüt "ə" kimi) 🔴 🔘 Səbbih ismə Rabbikəl- ə'ləə. Əlləzii xaləqa fəsəvvəə. Vəlləzii qaddəra fəhədəə. Vəlləzii əxracəl- mər'əə. Fəcə'ələhuu ğusəə'ən əhvəə. Sənuqri'ukə fələə tənsəə. İlləə məə şəə'əllaahu innəhuu yə'ləmul-cəhra və məə yəxfəə. Və nuyəssirukə lil-yusraa. Fəzəkkir in nəfə'ətiz-zikraa. Səyəzzəkkəru məy yəxşəə. Və yətəcənnəbuhəl-əşqaa. Əlləzii yəslən-nəəral-kubraa. Summə ləə yəmuutu fiihə və ləə yəhyəə. Qad əfləhə mən təzəkkəə. Və zəkəra-smə Rabbihii fəsalləə. Bəl tu'siruunəl-həyəətəd-dunyəə. Vəl-əəxiratu xayruv və əbqaa. İnnə həəzə ləfis-suhufil-uuləə. Suhufi İbraahiimə və Muusəə. "səbbih" kəlməsindəki "h" hərfi, boğaz hərfidir. "ə'ləə" kəlməsindəki " ə' " hərfi, boğaz hərfi olan "ayn" hərfinin sukunlanmasıdır (üzərində dayanılmasıdır). "əlləzii" və "vəlləzii" kəlmələrindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "mər'əə" kəlməsindəki vurğulu uzun " 'əə " hərfi, boğaz hərfi olan "ayn" hərfinin uzatmasıdır. "fəcə'ələhuu" kəlməsindəki vurğulu " 'ə " hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "ğusəə'ən" kəlməsindəki "s" hərfi, pəltək "sə" hərfidir. "əhvəə" kəlməsindəki "h" hərfi, boğaz hərfidir. "yə'ləmul" kəlməsindəki vurğulu " ə' " hərfi, boğaz hərfi olan "ayn" hərfinin sukunlanmasıdır (üzərində dayanılmasıdır). "Fəzəkkir" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "nəfə'ətiz-zikraa" kəlməsindəki vurğulu " 'ə " hərfi, boğaz hərfi olan "ayn" hərfi, "z" hərfləri isə, pəltək "zəl" hərfidir. "səyəzzəkkəru" və "əlləzii" kəlmələrindəki "z" hərfləri, pəltək "zəl" hərfidir. "yəslən" kəlməsindəki "s" hərfi, qalın "sad" hərfidir. "summə" kəlməsindəki "s" hərfi, pəltək "sə" hərfidir. "yəhyəə" və "əfləhə" kəlmələrindəki "h" hərfi, boğaz hərfidir. "zəkəra" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "fəsalləə" kəlməsindəki "s" hərfi, qalın "sad" hərfidir. "tu'siruunə" kəlməsindəki "s" hərfi, pəltək "sə" hərfidir. "həyəətəd" kəlməsindəki "h" hərfi, boğaz hərfidir. "həəzə" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "ləfis-suhufil" və "suhufi" kəlmələrindəki "s" hərfləri, qalın "sad" hərfi, "h" hərfi isə, boğaz hərfidir. QURAN ƏZBƏRLƏYİRİK:    • QURAN ƏZBƏRLƏYİRİK   http://quran-tv.com/ #BəxtiyarTurabov #QuranƏzbərləyirik

Comments