У нас вы можете посмотреть бесплатно Rəfael Dadaşovu tərk etdi, evlilik verilişinə çıxdı, evli kişi ilə 7 il eşq yaşadı или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Sənətlə deyil, şou ilə, qalmaqalla gözə dəyənlərin dövründə, təəssüf ki, onu da sənətilə tanımadılar. Biri var, Vaqif Mustafazadənin “Sevil” qrupunda oxuyan, filmlərdə baş rollarda oynayan, sonda evlilik proqramına çıxmağı , evli kişi ilə eşq yaşaması ilə gündəmə gələn Sədaqət Dadaşova... Dadaşova Sədaqət Süleyman qızı 1952-ci ildə Bakıda sənətçilər ailəsində anadan olub. Onlar ailədə dörd bacı olublar. Anası məşhur qarmon ifaçısı Qızxanım Dadaşova olub. Atası Süleyman Dadaşov tanınmış piano ifaçısı, əmisi Xalq artisti Məlik Dadaşov isə aktyor olub. Sədaqətin on beş yaşı olanda anası avtomobil qəzasına düşərək həlak olur. Aktyorluq sənətinə uşaqlıqdan maraq duyan Sədaqət səhnəyə müğənni kimi çıxıb. O, “Sevil” instrumental ansamblının solisti olub. Sədaqətin ifasında “Ay Dostlarım, gəlin” mahnısı daha çox populyarlıq qazanıb. Sənədlərini İncəsənət İnstitutuna verən Sədaqət ora qəbul olunur. İnstitut illərində əmisi oğlu Rafaellə bir-birlərini sevirlər. Ancaq onların ailə qurmasına nə Sədaqətin atası Süleyman kişi, nə də əmisi Məlik Dadaşov razı olur. Səbəb isə həm Rafael Dadaşovun, həm də Sədaqətin həddindən artıq ərköyün və inadkar olması olur. Ancaq onlar heç kimi dinləməyib ailə qururlar. Bu evlilikdən onların Emil, Leyla və Səidə adlı övladları doğulur. Həmin ərəfədə aktrisa Rafael Dadaşovla birgə “Polkovnik Şaber”, “Səni axtarıram” tamaşasına çəkilir. 1987-ci ildə ekranlaşdırılan “Yaşıl eynəkli adam” televiziya tamaşasında isə aktrisa Yaşar Nuri ilə tərəf müqabili olur. Ona ən böyük uğuru da həmin tamaşadakı Kazımın arvadı rolu və “Kazım, bay-bay istəmirsən?” replikası gətirir. Bu tamaşadan sonra aktrisa ekranlardan və səhnədən uzaqlaşır. Sinxron: • Видео 5:45 – 6:25 Bir müddət keçəndən sonra Sədaqət xanımla Rafael bəy arasında söz-söhbət yaranır. Bir-biri ilə yola getməyən cütlüyün ailə münasibəti hamını narahat edir. Daha sonra isə Sədaqət Dadaşova həyat yoldaşından ayrılır. Sədaqət xanım başqa bəylə ailə həyatı qurur. Cütlük boşandıqdan sonra Rafael Dadaşov övladlarının tərbiyəsi və baxımı ilə özü məşğul olur, ikinci dəfə isə heç vaxt ailə qurmur. Həqiqi sevgi insanın həyatında bir dəfə olur. Mənim də bir sevgim olub, sonuna qədər də bu sevgiyə sadiq qalmışam” sözlərini deyir. Aktyorun yaxın dostu müğənni Nazim Pişiyari Xalq artisti Rafael Dadaşov müsahibələrinin birində xatırlayır: “Bir dəfə ona sual verdim ki, bu qədər iztirablı məhəbbət şeirləri yazırsız. Yəqin ki, ünvansız olmaz. Kimə ünvanlanır? Cavab verdi ki, Sədaqət xanıma. Dünyasını dəyişənə kimi o xanımı sevdi”. Sədaqət Dadaşova 64 yaşında Türkiyənin məşhur evlilik proqramı olan “Zuhal Topalla izdivaç”proqramına Oqtay adlı bəy üçün namizəd olaraq qatılır. Oqtay bəylə razılığa gələ bilməyən aktrisa verilişdə qalaraq iştirakını davam etdirir. Daha sonra verilişə zəng edən Asif adlı kişi Sədaqətlə 27 il bundan əvvəl eşq yaşadığını bildirir: