Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Bakıda “moyka” açmağın ən asan yolu: Bunu edin, həyatınız dəyişsin - Cib Dostu в хорошем качестве

Bakıda “moyka” açmağın ən asan yolu: Bunu edin, həyatınız dəyişsin - Cib Dostu 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Bakıda “moyka” açmağın ən asan yolu: Bunu edin, həyatınız dəyişsin - Cib Dostu

#APATV #cibdostu #moyka #avtoyuma #yuyulma #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Bakıda “moyka” açmağın ən asan yolu: Bunu edin, həyatınız dəyişsin - Cib Dostu Bu gün az büdcə ilə biznes qurmaq deyəndə, insanın ağlına ilk gələn şeylərdən biri də avtomobil yuma məntəqələridir. Bəs bu biznes növü nə qədər gəlir gətirir? İşimizi qurmaq üçün bizə nə qədər vəsait lazımdır? “Cib dostu” bütün suaallarınıza cavab tapmağa kömək edəcək. Bu biznes növünə başlamaq üçün bizə hansı sənədlər lazımdır? Sualımıza cavab tapmaq üçün KOB İnkişaf Mərkəzinin biznesə dəstək üzrə mütəxəssisi Arzu İbrahimovanı dinləyək. Bunu da mütləq vurğulamalıyıq ki, avtoyuma məntəqələri qeyri-əhali qrupu abonentlərinə daxildir. Buna görə də onlara suyun bir kub metri 2 manatdan satılır. Uzun illərdir bu biznes növü ilə məşğul olan Rasim Şirəlizadə deyir ki, ərazidən, müştəri sıxlığından, keyfiyyət və təmirindən asılı olaraq avtoyuma məntəqələrinin alış-satış qiyməti 30 mindən 300 minədək, kirayə qiymətləri isə 500 manatdan 5 min manatadək yüksələ bilir. Onun sözlərinə görə, bu sahədə çox qazanmaq istəyən şəxs mütləq keyfiyyətli xidmətə diqqət etməlidir. Əks təqdirdə qazandığı müştəriləri də tezliklə itirəcək. Məsələn, bəzən müştərilər avtomobillərinin yuyulma prosesi zamanı boyanın cızılması, tökülməsi, boya və şüşə üzərində ləkələrin qalmasından şikayətlənirlər. Bəzən də avtomobillərin arxa görüntü kameraları, radar sistemləri, işıqları suyun təzyiqindən zədələnir. Bəs uğurlu bir avtoyuma məntəqəsində yuma prosesindən başqa hansı xidmətlər göstərməlidir? Rasim Şirəlizadə onu da bildirdi ki, fəsillə əlaqədar olaraq qiymətlərdə fərq olmur. Sadəcə yağışlı havalarda daha çox avtomobilin salonunun təmizliyi ön plana çıxır. Bəs avtomobilin daxili hissələrini təmizləyərkən nəyə diqqət etmək lazımdır, sonra müştəri qaçmasın? Avtomobilin yuyulmasında qiyməti onun növü tənzimləyir. Məsələn, “Sedan” tipli avtomobillərdə sadə yuyulma salonu və çölü daxil olmaqla, 10 manat, “Jeep” tipli avtomobillərdə isə 15 manatdır. Əlavə xidmətlər qiyməti artıra bilər. Bir sözlə... Avtoyuma məntəqəsi açmaq fikrindəsinizsə, mütləq məsuliyyətli, həvəsli və təmizkar bir işçiyə ehtiyacınız var. Diqqətli və təmiz xidmət sizə uğur gətirəcək. Keyfiyyətli kimyəvi vasitələrdən istifadə avtomobilə zərər verməz. Bununla yanaşı, avtoyuma məntəqəsinin yerləşdiyi ərazi də xüsusi önəm kəsb edir. İnsanların sıx yaşadığı ərazilərdə açılan məntəqələr daha çox gəlir gətirir. Digər başlıca şərt isə məntəqənin məşhurluq qazanmasıdır. Bunun üçün reklam işlərinə xüsusi diqqət ayırmalısınız. Bu dediklərimizi nəzərə alıb avtoyuma məntəqəsi açsanız, mütləq uğur qazanacaqsınız. Aylıq gəliriniz isə 6-7 min manatadək qalxa bilər. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

Comments