У нас вы можете посмотреть бесплатно GÜRCÜSTANDA İSTİRAHƏT ETMƏK İSTƏYƏNLƏR MÜTLƏQ İZLƏSİNLƏR или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Gürcüstan gözəl təbiətə, yaşıl meşələrə, mavi dəniz sahillərinə malikdir. Bu saydıqlarımız da Gürcüstanı turistlər üçün cəlbedici bir məkana çevirib. Azərbaycan vətəndaşlarının da son zamanlar səyahət üçün üz tutduğu ölkələrdən biri də məhz elə bu ölkədir. Bəs Gürcüstanda səyahətə az pul xərcləməklə maksimum necə istirahət etmək olar? Bakıdan Tbilisiyə avtobusla getmək istəsəz 15 manat ödəməli olacaqsınız. İstəsəniz 25 manat ödəməklə hər gün saat 20:40-da qatarla da gedə bilərsiniz. Lakin bu plaskart üçün biletin qiymətidir, SV üçün bilet 60 manat, kupe üçün isə 35 manat təşkil edir. Qatarın Tiflisə çatma vaxtı isə 08.55-dir. Gürcüstan paytaxtında istirahət etmək istəyirsinizsə 5 ulduzlu otellərdə standart otaqlar 200-500 manat, 4 ulduzlu otellərdə isə 100-200 manat xərciniz çıxacaq. Lakin ulduz təsnifatı az olan otellərdə bir qədər ucuz qiymətə qonaqlamaq olar. 3 ulduzlu standart otaqda qonaqlamaq 50-100 manat olacaq. Tbilisidə daha çox şəhər gəzintisinə və pula qənaət etməyə üstünlük verənlər hostellərdə də gecələyə bilərlər. Orada bir nəfərin gecələməsi 10-20 manat arasında dəyişir. Əyləncəyə gəldikdə isə şəhərin mərkəzindəki publar və barlarda qiymətlər heç də ucuz deyil. Səsli-küykü gecə klublarından uzaq olmaq istəyənlər isə şəhərin üstündən keçən kanatdan istifadə edə bilər. Gürcüstanın Qara dəniz sahillərində istirahət etmək haqqında fikirləşirsinizsə, Tbilisidən avtobusla 5-6 saat məsafədə olan Acarıstan Muxtar Respublikası tərəfə üz tuta bilərsiniz. Respublikanın paytaxtı Batumidə də gəzməli görməli yerlər kifayət qədərdir. Onların arasında Batumi botanika bağı, delfinariya, Zoopark üstünlük təşkil edir. Tarixi məkanlardan isə Nicholas Ortodoks kilsəsi, Acarıstan dövlət muzeyi, Roma dövründən qalma Apsaros qalası, XX əsrdə tikilmiş köhnə poçt binası diqqəti cəlb edir. Qara dəniz sahilindəki Batumi dövlət parkında kifayət qədər ürək, delfin və maraqlı heykəltaraşlıq nümunələrinə rast gəlmək mümkündür. Bunlardan ən maraqlısı da Əli və Nino abidəsidir. Poladdan hazırlanmış bu abidənin hündürlüyü 7 metrdir. Heykəllər 8-10 dəqiqə intervalla hərəkətə gəlir və "öpüşərək" bir-birlərinə qovuşub vahid fiqura çevrilirlər. Burada da otellərin qiyməti paytaxdakı kimidir. Xüsusi evlərdə günlük kirayələr isə daha çoxluq təşkil edir. Bele evlərdə 2 nəfərlik otaqlar 30-50 manat, 4 nəfərlik otaqlar isə 50-100 manat arasında dəyişir. Təbii ki bu qiymətlər, məkanın yerindən və otaqların şəraitindən asılıdır. Ailəvi müalicəvi istirahət etmək, qum vannası qəbul etmək istəyirsinizsə Urekiyə getməli olacaqsınız. Bir tərəfi göz oxşayan yaşıllıqlar, o biri tərəfi çox uzun, geniş zəbt olunmamış təmiz sahil hamının üzünə açıqdır. Qara dənizin qara rəngli qumunda maqnit çox olduğuna görə müalicəvi əhəmiyyət daşıyır. Əyləncəli, çılğın istirahət keçirmək istəyirsinizsə Kabuletiyə yollana bilərsiniz. Dənizdə əylənmək üçün əlavə şəraitlər də yaradılıb. Kater və ya gəmi ilə gəzintinin, paraşutla uçmağın qiyməti də hər cibə uyğundur. Əsasən gənclərin axışdıqları gecə klubları və diskotekalar dəbdəbə və lüks baxımından paytaxtda olan əyləncə mərkəzlərini belə geridə qoymağa başlayıb. Yaxınlıqda yerləşən Cicinatela atraksion parkı isə sizə daha əyləncəli anlar yaşamağınıza şərait yaradacaq. Kobuleti və Urekidə geyim əşyaları, yemək-içmək, meyvə-tərəvəz bir az bahadır. Ucuz olan isə kirayə evlər, butik otellərdir. Onların sayı həddən artıq çoxdur və hər addımbaşı müvafiq elanlara rast gəlmək olar. Qiymətlər isə otaqlara görə 30-70 manat arasında dəyişir. Bəzi xəstəliklərin müalicəsi üçün isə Borjomini seçə bilərsiniz. Kurort şəhər öz məşhur Borjomi mineral suyu ilə tanınır. Otellərdə 2 nəfər üçün qiymətlər 150-300 manat arasında dəyişir. Bu qiymətə oteldə qalma, gün ərzində 3 dəfə qidalanma, müalicə və hovuz daxildir. Lakin siz şəxsi evlərdə günlük kirayə qalaraq müalicə üçün sanatoriyaya özünüz də gedə bilərsiniz. Bu sizə iki nəfər üçün təxminən 80 manata başa gələcək. Qidalanmaya gəlincə, şəhər restoranlarında biri 50 qəpik olmaqla gürcü xəngəli yemək olar. 7 manata isə qızıl balıq sifariş etmək mümkündür. 15 manata acaruli, 10 manata isə ostriy adlı yeməkdən bir porsiya yeyə bilərsiniz. Xaçapuri həvəskarları isə növündən asılı olaraq 5-15 manat ödəməklə bu təamdan dada bilərlər. Qidalanmada və qonaqlamada qənaət etsəniz 10 günlük tətil üçün bir nəfərə 500 lari yəni 300 manat bəs edir. Təbii ki, hədiyyələr və əlavə xərclər etsəniz bu məbləğ arta da bilər... Hamıya xoş istirahətlər.... Bunun üçün isə sağlamlıq və pul arzu edirik.