Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Kök hüceyrə müalicəsi nədir? в хорошем качестве

Kök hüceyrə müalicəsi nədir? 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Kök hüceyrə müalicəsi nədir?

İnsan orqanizması, orqan və toxumaları hüceyrələrdən təşkil olmuşdur. Bəzi hüceyrələör özlərini yeniləyə bilirlər, başqa hüceyrələrə çevrilə bilirlər. Kök hüceyrələr adlanan bu hüceyrələr bölünüb çoxala bilirlər. Bir hüceyrədən yüzminlərlə, hətta milyonlarla hüceyrələr əmələ gəlir, kök hüceyrələr özlərini yeniləmək üçün çoxalırlar. Kök hüceyrələr tam differensasiya olmamış hüceyrələr olub digər toxumalara çevrilə bilir. Yaş artdıqca bədənizmizdə olan qan hüceyrələrin miqdarı azalır. Məsələn, yeni doğan bir körpədə hər 10 min hüceyrədən biri kök hüceyrəsidirsə, 65 yaşında birində 1mln hüceyrədən yalnız biri kök hüceyrədir. Yaş artması ilə azalan kök hüceyrələr nəticəsində zədələnəön orqan, toxumalar kifayət qədər bərpa oluna bilmir. Buna görə də kök hüceyrə müalicəsi müxtəlif xəstəliklərin müalicəsində, zədələnmiş toxumanın bərpasında geniş istifadə edilir. Kök hüceyrə müalicəsi xərçəngin bəzi növlərinin müalicəsində, anadan gəlmə qan xəstəliklərinin, bir çox nevroloji xəstəliklərinin müalicəsi ilə yanaşı oynaq xəstəliklərinin müalicəsində də uğurla tətbiq edilir. Bundan əlavə kök hüceyrə müalicəsi plastik cərrahiyədə də geniş istifadə edilir. Kök hüceyrələr orqanizmanızın bütün hüceyrələrinə çevrilə bilən ANA hüceyrələr bədənimizin hər nahiyəsində var. Beləliklə zədələnən, xəstələnən bütün toxuma və orqanın bərpasında, sağalmasında rol oynayır. Kök hüceyrələrin müxtəlif növləri vardır. Ana bətnində dölün ilk inkişafında da kök hüceyrələr mühüm yer tuturlar. Bu hüceyrələr emrionik kök hüceyrələr adlanır, bundan fərqli olaraq orqanizmimizdə somatik kök hüceyrələr də mövcuddurlar.Toxumaya uyğun və ya yetkin kök hüceyrə kimi tanınan somatik hüceyrələrlə yanaşı İPS hüceyrələri kimi tanınan pluripotent kök hüceyrələr də yer alır. Son dövrlərdə texnologiyanın və tibbin inkişafı ilə əlaqədar olaraq yağ toxumasından və ya sümüki iliyindən alınana kök hüceyrələrin başqa insana transferi sayəsində bir çox fərqli xəstəliklərin müalicəsi mümkün olmuşdur. Kök Hüceyrə Müalicəsi nədir? Kök hüceyrə köçürülməsi nədir? İnsan orqanizmasının bütün strukturlarının kökünü formalaşdıran, özünü yeniləyə bilən, çoxala bilən kök hüceyrələr bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Kök hüceyrə müalicəsi- insanın özündən alınan, və ya ona uyğun və ya yarım uyğun donordan alınan kök hüceyrələr xəstəyə transfer edilərək zədələnmiş orqan, toxumanın yenilənməsi, bərpa edilməsi ilə gedən müalicə metodudur.

Comments