Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Qadının qarnında tənzif unutdu, cəza almadı - APA TV

#APATV #mingeçevir #hekim #cerrah #Ginekoloq #Cinayət #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün Qadının qarnında tənzif unutdu, cəza almadı - APA TV Mingəçevir Şəhər Məhkəməsində Mingəçevir Şəhər Xəstəxananın Doğum-Ginekologiya şöbəsinin həkimi, mama-ginekoloq Leyla Cəfərova barəsindəki cinayət işinə baxılıb. "Qafqazinfo" məlumat yayıb ki, qeysəriyyə əməliyyatı vaxtı qadının qarın boşluğunda tənzifi unudan həkim Cinayət Məcəlləsinin 314-cü (Səhlənkarlıq) maddəsi ilə təqsirləndirilib. Araşdırmalar zamanı tənzifin 7 ay müddətində 25 yaşlı Aysel Qurbanovanın qarnında qalması məlum olub. Nəticədə onun bağırsağı deşilib. Bildirilib ki, 25 yaşlı A.Qurbanova 2021-ci ilin sentyabrında qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Doğuşdan 3 gün sonra xəstəxanadan evə buraxılan ananın qarın nahiyəsində bir müddət sonra kəskin ağrılar başlayıb. Bir neçə ay davam edən ağrılardan sonra Aysel Qurbanova yaxınları tərəfindən yenidən ginekoloq L.Cəfərovanın yanına gətirilb. A.Qurbanova ifadəsində bildirib ki, həkim ona soyuqdəymə diaqnozu ilə müalicə yazıb. Lakin onun ağrıları daha da artıb. Bundan sonra Bakıdakı klinikalardan birinə gətirilən qadının qarın boşluğunda yad cismin olması müəyyən edilib və o, təcili əməliyyata götürülüb. Burada əməliyyat edilən gənc ananın qarın boşluğundan tənzif götürülüb, lakin daha sonra qadının bağırsağının deşilməsi məlum olub və o, 1 il ərzində 3-cü dəfə əməliyyat edilməli olub. Nəticədə Respublika Klinik Xəstəxanasında bağırsağından əməliyyat olunan qadının bağırsağının çürümüş hissəsi götürülüb. A.Qurbanovanın şikayətindan sonra onun qarın boşluğunda tənzifi unudan, uzun müddət sağlamlığının pozulmasına və bağırsağının deşilməsinə səbəb olan ginekoloq barəsində cinayət işi açılıb. Məhkəmədə L.Cəfərova özünü təqsirli bilib və zərərçəkmiş şəxsin sağalması üçün əlindən gələni etdiyini bildirib. O, A.Qurbanovanı şəxsi maşını ilə Bakıya müayinələrə apardığını, maddi dəstək verdiyini deyib. A.Qurbanova da həkimlə barışdığını, artıq ona qarşı şikayət və ya tələbinin olmadığını bildirib. Mingəçevir şəhər Məhkəməsində keçirilən prosesin yekununda Leyla Cəfərova barəsindəki cinayət işi üzrə onun cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsas götürülüb. Məhkəmə həkimin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar verib. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

Comments