Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Əvəz Zeynallı - Hikmət Babaoğlu mübahisəsi: jurnalist tənqid edir, YAP deputatı cavab verir в хорошем качестве

Əvəz Zeynallı - Hikmət Babaoğlu mübahisəsi: jurnalist tənqid edir, YAP deputatı cavab verir 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Əvəz Zeynallı - Hikmət Babaoğlu mübahisəsi: jurnalist tənqid edir, YAP deputatı cavab verir

Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlıdebat, xəbər zamanı, təcilixəbər, yenixəbər, son xəbərlər. Əvəz Zeynallı: “Bu cərimələrə necə və niyə səs verirsiz? İnsanları sevin, hörmət edin də! ” Hikmət Babaoğlu: “Cərimə məqsəd deyil. Cərimə pandemiyanın qarşısını almaq üçün vasitələrdən biridir”. Bu gün TV Müsavatın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində Xural TV-nin rəhbəri Əvəz Zeynallı ilə deputat Hikmət Babaoğlu arasında cərimələrlə bağlı polemika yaşanıb. Ə.Zeynallı xarici siyasətdəki uğurlarımızı dəstəkləməklə yanaşı, daxildəki gərginliklərə toxunub. Polemikanı təqdim edirik: Ə.Zeynallı: Xarici siyasətimizdə müsbət irəliləyişlərimiz ola bilər. Brüssel səfərini çox yüksək qiymətləndirdim. O səfər qələbələrin hamısının zirvəsi idi. Amma daxildə gedən gərginliklər artır. Bahalaşmalar, hər gün məbləği artan cərimələr. Mən hər iki deputatdan soruşardım: siz o cür qanunlara necə imza atırsız? Maska cərimələrinə, siqaret cərimələrinə, parkinq cərimələrinə… Dünyanın hansı yerində görünüb ki, dayanacaqda maşın saxlayasan, 48 saat sonra 20 manat cərimələnsin? Dünən və bu gün polislər reydlər edir. Siqaret çəkənləri tutub cərimələyirlər. Siz təsəvvür edirsiz, nə baş verir? Bu rəvadırmı? Tut bir ucdan cərimələ. H.Babaoğlu: Bəs o siqaret çəkənin digər insanları zəhərləməyə haqqı varmı? Ə.Zeynallı: Sən o adama xəbərdarlıq edə bilərsən ki, sən bir də siqaret çəksən, səni cərimələyəcəyik. Bu qorxunc gedişi dayandırmaq lazımdır. İçəridə sanki bir əl qəsdən edir. 50 kiloluq unu 26 manatdan unu 38 manata qaldırdılar. Realda isə 55 manata qaldırıblar. Hər yerdə cərimə. Dövlətin adını dəyişib “Cərimə dövləti” qoyublar. O qərarlara niyə səs verirsiz? Parkovkaya, 400 manat cəriməyə? Nə əsasla vətəndaşı 400 manata cərimələyir? Orta aylıq əməkhaqqı nə qədərdir? H.Babaoğlu: Hansı pozuntu 400 manat cərimələnir? Ə.Zeynallı: Maska. H.Babaoğlu: O, fövqəladə halla bağlıdır. Ə.Zeynallı: Xəbərdarlıq edin. Dərhal cərimə olmaz. Bu insanları sevin, hörmət edin. Qadın var, zəng edib ağlayır ki, oğlum çörək almağa getdi, 200 manat maska cəriməsi edildi. Belə şey olar? H.Babaoğlu: Xəbərdarlıqlar dəfələrlə edilir, insanlarla da söhbətlər aparılır. Cərimə məqsəd deyil. Cərimə pandemiyanın qarşısını almaq üçün vasitələrdən biridir. Verilişdə oxucularımız və izləyicilərimiz də iştirak edə bilərlər. Bunun üçün aşağıdakı linklər vasitəsilə canlı yayına keçid edib efirə qoşulun.

Comments