Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Rusiya Ermənistanı Azərbaycana qarşı revanşa hazırlayır? в хорошем качестве

Rusiya Ermənistanı Azərbaycana qarşı revanşa hazırlayır? 6 часов назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Rusiya Ermənistanı Azərbaycana qarşı revanşa hazırlayır?

Mehriban düşmənlər. Rusiya ilə Ermənistanı deyirəm. Bir-birinin ətini yeyib, sümüyünü atmayan ikili. 1 ildən çoxdur ki, Rusiya ilə Ermənistan arasında yaşanan problemlərdən danışırıq. Ermənistan gah KTMT-dən uzaqlaşır, gah Kremli satqınlıqda ittiham edir. İki ölkənin rəsmiləri arasında atmacalar isə havada uçur. Alen Simonyan Zaxarovanı katibə adlandırır, Zaxarova Simonyana “nə danışdığını bilmir” deyir. Amma bu gərginlik nədənsə heç cür diplomatik əlaqələrin korlanması ilə nəticələnmir. İndi məlum olur ki, deyəsən hər şey sadəcə üzdə belə imiş axı. “Əl əli yuyar, əl də üzü” ifadəsini rahatlıqla Rusiya-Ermənistan münasibətlərinə şamil etmək olar. İki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb. Rusiya və Ermənistanın ticari əməkdaşlığını genişləndirməsi bəlkə də təəccüblü deyil. Amma Rusiyanın Ermənistanı hələ də silahlandırması, bax bu, sensasiya sayıla bilər. Bəlkə də yox. Bu həftə “Caliber” saytı Rusiyanın Ermənistana silah verməyi bərpa etdiyinə dair faktlar yayımladı. Məlum oldu ki, Moskva İrəvana “Smerç” reaktiv yaylım atəşi sistemi üçün raketlər göndərir. Bu həmin raketlərdir ki, 2020-ci ildə Ermənistan Gəncəni, Bərdəni məhz onlarla vurmuşdu. Qəribə həm də odur ki, İrəvana yeni yiyə duran Qərb bütün bunlara reaksiya vermir. Avropa İttifaqı yolunda irəliləyən Ermənistana heç Rusiya da nəsə demir. Necə deyərlər, Ermənistanın iki adaxlısı var. İkisi də bir-birindən razı, elə özlərindən də. Nə baş verir? Moskva Bakıya dost deyib İrəvanı ona qarşı revanşa hazırlayır? Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərov danışır. Bizi İzləyin: Whatsapp: https://whatsapp.com/channel/0029Va8Q... Facebook:   / ictimai.tv   Instagram:   / ictimaitv.official   Teleqram: https://t.me/tvictimai Sayt: https://itv.az/ Copyright © İCTİMAİ TV #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

Comments