Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Vüqar Əbdülov — Mən Qoca Deyiləm (Rəsmi Audio) в хорошем качестве

Vüqar Əbdülov — Mən Qoca Deyiləm (Rəsmi Audio) 4 дня назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Vüqar Əbdülov — Mən Qoca Deyiləm (Rəsmi Audio)

Vüqar Əbdülovun "Mən Qoca Deyiləm” mahnısı artıq onlayndır. Vüqar Əbdülova Youtube-da abunə ol: https://mikpro.az/vabdulovyt Musiqi: Hacı Nazim Söz: Vüqar Əbdülov Aranjiman: Hacı Nazim Vüqar Əbdülovu sosial şəbəkələrdə izlə: Facebook: https://mikpro.az/vabdulovfb Instagram: https://mikpro.az/vabdulovig Genius: https://mikpro.az/vabdulovgn Vüqar Əbdülovu rəqəmsal platformalarda dinlə: Keçid: https://mikpro.az/vabdulov.dinle Sözlər: [Bənd 1] Əllini yaşadım, əlli nədir ki? Əlli də gələcək, yüz olacaqdır Uşaqlıq, cavanlıq qəribədir ki Bilməzdim, bu qədər tez olacaqdır Bir zaman uşaqdım, əlli yaşında Əmiyə, dayıya qoca deyərdim İndi də özümə əmi deyirlər Bilmədim, bu yaşa mən necə gəldim [Nəqərat] Mən qoca deyiləm, müdrik çağımdır Həyatı mükəmməl bilən yaşımdır Ağlımla düşünüb, qəlbimlə duyub Sevilən vaxtımdır, sevən yaşımdır Mən qoca deyiləm, müdrik çağımdır Həyatı mükəmməl bilən yaşımdır Ağlımla düşünüb, qəlbimlə duyub Sevilən vaxtımdır, sevən yaşımdır [Bənd 2] Ən yaxın, sevdiyim dostlarım bilir Həyatda nə gözəl qismət payım var Narazı deyiləm öz taleyimdən İki qız, bir oğul nemət payım var Çox acı çəkmişəm, həsrət görmüşəm Gedənə çox heyif, gələnə şükür Hər zaman səbirlə şükür eyləmişəm Bu qəmi, sevinci verənə şükür [Nəqərat] Mən qoca deyiləm, müdrik çağımdır Həyatı mükəmməl bilən yaşımdır Ağlımla düşünüb, qəlbimlə duyub Sevilən vaxtımdır, sevən yaşımdır [Çıxış] Bu gündən arxadan qalan anların Səhvinə, düzünə baxan yaşımdır Abilik, qardaşlıq səddini keçib Babalıq taxtına çıxan yaşımdır Vüqar Əbdülov tərəfindən ifa olunan “Mən Qoca Deyiləm” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2024 Etiketlər: #VüqarƏbdülov #MənQocaDeyiləm #mikpro

Comments