У нас вы можете посмотреть бесплатно LDU-da yeni Aqrar və mühəndislik fakültəsi üzrə kadrların yetişdirilməsinə başlanılıb или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Bir neçə ildən sonra Cənub bölgəsində kənd təsərrüfatı üzrə kadrlara olan tələbat minimuma enəcək. Bu, 2016/2017-ci tədris ilindən Lənkəran Dövlət Universitetində yeni yaradılmış Aqrar və mühəndislik fakültəsi üzrə kadrların yetişdirilməsi sayəsində mümkün olacaq. Bu da öz növbəsində aqrar sahənin, istehsal və emal müəssisələrinin daha peşəkar mütəxəssilərlə təmin edilməsinə imkan verəcək. Universitetdə sözügedən fakültədə 4 ixtisas üzrə kadr hazırlığının planı verilib. Bu ixtisaslar - aqronomluq, torpaqşünaslıq və aqrokimya, baytarlıq və meşəçilikdir. İxtisasların hər birində nəzərdə tutulan qəbul planında 24 tələbə qəbul olub və tələbələrin hamısı dövlət sifarişi ilə təhsil alır. Universitetin həyətində kiçik təcrübə sahələri də yaradılıb ki, burada tələbələr nəzəri biliklərini sınaqdan keçirə biləcəklər. Aqrar və mühəndislik fakültəsinin dekanı Balayar Şahbazov: “Regionumuz canlı laboratoriyadır. Regionda kənd təsərrüfatının bütün sektorlarının inkişafı üçün zəmin, şərait var.” Aqrar mütəxəssislərin hazırlanması üçün geniş tədris-təcrübə təsərrüfatının yaradılmasına da ehtiyac vardır. Bununla əlaqədar universitetin rektorlıuğu tərəfindən Astara və Lənkəran İcra başçılarına tədris-təcrübə təsərrüfatının ayrılması üçün məktubla müraciət olunub. Bundan başqa universitetdə kadr potensialının hazırlığı üçün beynəlxalq əlaqələr də genişləndirilir. Lənkəran Dövlət Universitetinin dünyanın bir çox aqrar sahədə olan universitetləri ilə əlaqəsi əməkdaşlığı və təcrübə mübadiləsi var. Aqrar və mühəndislik fakültəsinin dekanı Balayar Şahbazov: “Bu da gələcəkdə bizə imkan verəcək ki, kadrlarımız müasir dövrün tələblərinə cavab verəcək kadrlar olsun. Bu sahədə biz ölkədə ekoloji-təmiz məhsulla təmin etymək üçün imkanlarımız genişlənəcək.” Həmçinin universitetin Baytarlıq ixtisası üzrə təhsil alan tələbələri üçün təcrübə keçmək imkanı da yaradılacaq. Bunun üçün rayonda fəaliyyət göstərən fermer təsərrüfatları ilə müqavilə bağlanıb. Yeni qəbul planında əlavə 3 ixtisasın da açılması nəzərdə tutulub ki, bunlar zootexnik, aqromühəndislik və balıqçılıq ixtisaslarıdır.