У нас вы можете посмотреть бесплатно Reyhan Mirzəzadə “Qafqazın poetik abidəsi” _ или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist Reyhan Mirzəzadənin “Qafqazın poetik abidəsi” kitabının təqdimatı olub. Kitab cəmi 13 illik yaradıcılıq fəaliyyəti dövründə dünya ədəbiyyatına böyük töhfələr verən dahi rus şairi Mixail Lermontovun anadan olmasının 210 illiyinə həsr olunub. AZƏRTAC xəbər verir ki, kitabda Lermontovun mübarizə ilə dolu həyat yolu, xalq və Qafqaz motivlərinin geniş yer aldığı zəngin yaradıcılığı əks olunub. Şairin Qafqaz və Azərbaycanla bağlı əsərlərinə xüsusi diqqət yetirilib. Kitabda, həmçinin Lermontovun nadir arxiv fotoşəkilləri də yer alıb. Lermontovun Tiflisdə görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadə ilə tarixi əhəmiyyətə malik görüşü şairin sonrakı yaradıcılıq fəaliyyətinə təsir edib və bu kitabda həmin mövzu da öz əksini tapıb. Lermontovun əsərləri XIX-XX əsrlərdə poeziya və ədəbiyyatın inkişafına təsir göstərib, mühüm ədəbi abidələrə çevrilib. Şairin yaradıcılığı müasir oxucular üçün də əhəmiyyətini itirməyib. Tədbirdə çıxış edən Reyhan Mirzəzadə kitabın ərsəyə gəlməsində özünün ilham mənbəyindən bəhs edib. O deyib: “Uşaqlıqdan rus ədəbiyyatını sevirəm və bu sevgi ömrümün sonuna qədər davam edəcək. Qardaşlığa, sülhə, bərabərliyə çağıran istənilən ədəbiyyat mənim üçün önəmlidir. Müxtəlif xalqların, o cümlədən ərəb və yəhudilərin ədəbiyyatı haqqında yazmışam, ancaq rus ədəbiyyatında həqiqiliyi, həyat eşqi və mübarizə ruhunu dərindən hiss etdim. Rus ədəbiyyatı xalq, ədalət, sülh uğrunda mübarizə aparmaq arzusunu xüsusilə qabarıq şəkildə ifadə edir. Bu dəyərləri gələcək nəsillərə yaradıcılığımla çatdırmağı özümə borc bildim”. Tədbir qonaqlar arasında fəal ədəbi müzakirələrlə davam edib. Onlar Reyhan Mirzəzadənin yaradıcılığına, onun ədəbiyyata verdiyi töhfələrə heyran olduqlarını bildiriblər. İştirakçılar, həmçinin Mixail Lermontovun yaradıcılığının əhəmiyyətindən danışıb, onun dünya ədəbiyyatının inkişafına təsirini, Qafqaza dərindən bağlı olduğunu qeyd ediblər.