Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Bu Şəxslərə NAR OLMAZ! - Yoxsa Bir Gündən sonra... в хорошем качестве

Bu Şəxslərə NAR OLMAZ! - Yoxsa Bir Gündən sonra... 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Bu Şəxslərə NAR OLMAZ! - Yoxsa Bir Gündən sonra...

#BirBax #Nar #Narın "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz: (+994) 55-554-58-83 Min bir dərmanı olan nar çox faydalı meyvə olsa da, həkimlər bəzi şəxslərə onu yeməməyi tövsiyyə edir. Çünki orqanizmdə ciddi fəsadlar yarada bilir. Bəs kimlərə nar yemək olmaz? Buyrun izləyək. Videoya başlamazdan əvvəl kiçik bir xatırlatma. Videonu izlədikdən sonra aşağıda yerləşən bəyən düyməsinə basıb, şərh bölməsində fikirlərinizi yazın. Bu meyvə qan damarlarının divarlarını gücləndirir, qan təzyiqini normallaşdırır, hemoqlobin və qırmızı qan hüceyrələrinin sintezini artırır. Buna görə də nar anemiya, hemoqlobin azlığı və halsızlıq zamanı tövsiyə edilir. Lakin bilmək lazımdır ki, nar şirəsi yüksək turşuluğu olanlar, xora və qastritdən əziyyət çəkən insanlar üçün birmənalı olaraq ziyanlıdır. Xroniki qəbizlik zamanı da nardan çəkinmək lazımdır. Çünki nar ciddi şəkildə qəbizlik yaradır. Nəinki dənələri, hətta sıxılmış suyu belə bu problemi yarada bilir. 1 yaşına qədər uşaqlara da nar şirəsi vermək olmaz. 4-7 yaş arası uşaqlara verilən nar şirəsinə su qatmaq lazımdır. Bundan başqa, turşularla zəngin olan nar şirəsi dişin emalına da zərər verə bilir. Ona görə də, nar suyunu ya su ilə qarışdırmaq, ya da borucuqla içmək məsləhət görülür. İçən kimi isə ağızı yaxalamaq lazımdır Bu meyvənin qabığının bir sıra faydalı xüsusiyyətlərinin olduğu bildirilsə də, o, özündə az miqdarda zəhərli maddələri ehtiva edir. Buna görə nar qabığından istifadə edərkən həkimlə məsləhətləşmək lazımdır. Yəni, internetdə yazılan hər məlumatı etmək, doğru deyil. Bəs zərərindən danışdığımız narın faydaları nələrdir? Nar şirəsi orqanizm üçün çox faydalıdır: Amin turşuları orqanizmin fəaliyyəti üçün çox önəmlidir. Nar şirəsinin tərkibində 15 növ amin turşusu var. 1.Mədə-bağırsaq sistemi üçün əvəzsizdir. Narın qabıqlarından çay dəmləyib içilərsə, ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır. 2. Hormonların aktivliyini artırır. Narın tumurcuqlarında olan yağlar orqanizmdə hormonal balansı bərpa edir. Buna görə də, nar dənəciklərini yeyərkən tumurcuqlarını atmayın, onları çeynəyib yemək baş ağrıları üçün əvəzsiz vasitədir. 3. Xərçəngə qarşı güclü vasitədir. Narın tərkibində xərçəngə qarşı müdafiə özəlliyinə sahib olan antioksidantlar var. Şirədəki adıçəkilən maddə qırmzı şərab, yaşıl çay, portağal şirəsindəki ilə müqayisədə 3 dəfə çoxdur. 4. İnsulin əvəzedicisidir Nar diabetik xəstələr üçün faydalıdır. Gündə 4 dəfə yeməkdən öncə 60 damla nar suyu qəbul edilərsə, qanda olan şəkərin miqdarı kifayət qədər azalacaq. 5. Diş ətinin iltihabı zamanı Diş çürümələrində narın suyundan istifadə etmək məsləhət görülür. Nar suyu ilə damağı qarqara edin. 6. Öskürək zamanı faydalıdır. Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir. Nar qabığını suda qaynadılaraq qarqara edilməsi angina, faringit, qinqivit, stomatitr zamanı məsləhət görülür. 7. Artıq çəkidən azad olmağa kömək edir. Hər gün nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur. 8. Göz ağrıları zamanı effektlidir. Gözdəki sarılığı aradan götürmək üçün meyvənin içindəki ətli qismi ilə narın suyu çıxarılır və bir miqdar bal ilə qarişdırılıb məlhəm olanadək bişirilir. Daha sonra bu məlhəmlə gözə sürmə kimi çəkilir. 9. Damarlarda yaranan tıxanıqlıqda 2 həftə ərzində gündə 50 ml nar suyunun təzyiqi 36 faiz azaltdığı bəlli olub. 10. Nar suyu orqanları gücləndirici xarakterə malikdir. Həmçinin qan yaradıcı, təzyiqsalıcı, enerji verici xassəyə də malikdir.Nar çəyirdəyinin faydası Bir çoxumuz nar yeyəndə onun çəyirdəklərini xoşlamırıq. Amma bu çəyirdəklər orqanizm üçün çox faydalıdır. Məsələn, baş ağrısını aradan götürür və yüksək təzyiqi aşağı salır. Eyni zamanda orqanizmin hormonal aktivliyi zamanı da faydalıdır. Nar çəyirdəyindən şirə və efir yağı alınır. Bu yağ kosmetologiyada istifadə edilir. Ећirəsi isə sidikqovucudur. Nar En Kolay Nasıl Ayıklanır? ✅ Nar ve yumurtayı birlikte deneyin.😱 Sonuca şaşıracaksınız tadına bayılacaksınız. 💯 Nar Kesme Yöntemi Kolay ve Pratik Evde Nar Ekşisini Bu Yöntemle Yapın! ÇOK PRATİK !ASLA YANIK KOKUSU OLMAYACAK!

Comments