Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Mezeli Sheki letifeleri Bomba Akifin teqdimatinda - 2020 | Yeni gulmeli 15 letife

Ən gülməli Şəki lətifələri - 2020 | Məzəli lətifələr toplusu Məzəli Şəki lətifələri "Bomba Akif"in təqdimatında - Yeni gülməli lətifələr Heç yerdə eşitmədiyiniz 2020-ci ilin lətifələri. İlk dəfə İlqar Yaşaroğlunun Youtube kanalında izləyə bilərsiniz. Şəki adı eşidən kimi hər kəsin üzündə xoş təbəssüm yaranır. Zarafatcıl və hazırcavab şəkilləri başqa heç bir bölgənin adamları ilə səhv salmaq mümkün deyil. Burada hamı lətifə danışır. Yumor diyarında hər kəs zarafata zarafatla cavab verməyə çalışır. Şəki lətifələrinin bir çoxunun müəllifinin öz hazırcavablığı ilə seçilən 1900-cu ildə Şəkidə doğulan Hacı Feyzi oğlu İlyas olduğu deyilir. Lakin mütəxəsislər Hacı adının Şəkinin simvoluna cevrilməsinin səbəbini Azərbaycanda ən cox hacının bu şəhərdə yaşaması ilə əlaqələndirirlər. Şəki lətifələrinin konkret hansı hacıya ünvanlandığını isə demək cox cətindir. Xalq arasında öz baməzəliyi ilə secilən Mirzə Abdulcabbar, Maşaq İsfəndiyar, Qəbirqazan Gülü, Xoruz oğlu, Bomba Akif, Fərrux, Qabardin oğlu, Şəkinin ağsaqqalı Məhərrəm dayı, Eşələn Nuru, Yeşil dayı, Dekan Tofiq, Baba oğlu Əhməd, Tufu Tahir, Molla Nəsrəddin adlı insanlar da belə lətifə yaradıcılarındandır. Bu şəxslər arasında Lütfəli Abdullayevi, Habil Əliyevi unutmaq olmaz, Bu lətifələr nəinki Şəkidə və ya ölkədə, dünyada tanınır, sevilə-sevilə dinlənilir. Şəki lüğətinin müəllifi Ağəli Mustafayev lətifələrin bu gün də yarandığını deyır. Lətifələr lakonik olmaqla yanaşı həm də xalqa duzu qaçırılmadan catdırmalıdır. Sözsüz ki burada Şəki ləhcəsi böyük rol oynayır. Lətifə - yumoristik məzmun daşıyan kiçik hadisə və ya tam fikri ifadə edən cümlə. Bəzəmələr də adlanan lətifələrdə dövrün eybəcərlikləri, ictimai həyatdakı yaramazlıqlar gülüşdoğurucu şəkildə tənqid edilir. Lətifələrdəki gülüş həm incə yumor, həm də acı istehza və kinayə şəklində olur. Azərbaycan lətifələrinin tarixi Molla Nəsrəddinin adlı tarixi-mifik şəxsin adı ilə bağlıdır. O, hazırcavablığı ilə diqqəti cəlb edir. Sən, zarafatcıl, bəzən də avam görünən Molla cəmiyyətdəki bir çox eybəcərlikləri və yaramaz əməlləri ifşa edir. Azərbaycan lətifələrinin bir hissəsi də Bəhlul Danəndə, Hacı dayı, Abdal Qasım, Ayrım Tağı və digərləri ilə bağlı yaranmışdır. Epik növün digər janrlarına nisbətən lətifələr həcmcə qısa olur və adətən, nəsr şəklində söylənilir. Lətifələrin əsas məğzi onun sonunda aydınlaşır. Bəzən bu sonluqlar xalq arasında məsəl kimi də işlənir. Məsələn, "Səhv yağ küpəsindədir", "Qırxını da birdən bilmirəm", "Dədə-bala çıxdılar", "Dava yorğan davası imiş", "Mindiyini saymırsan", "Yun əkəcəm" və s. 1 Aprelin gülüş günü kimi qeyd olunma tarixçəsi haqqında bir sıra fərziyyələr mövcuddur. İlk olaraq 1 aprel müxtəlif ölkələr tərəfindən yazın gəlişi mənasını ifadə edirdi və bununla əlaqədar keçirilirdi. Bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar burada əvəzedilməz rol oynayırdı. Aprelin ilk günü zarafat etmək qaydası birinci dəfə Fransada Yeni ilin gəlişi ilə əlaqədar keçirildi. XVI əsrin ikinci yarısına qədər Avropada yeni il həftəsi müddətində, yəni 25 martdan 1 aprelə qədər insanlar ürəkdən sevinirdilər. Bir - bbirlərinə qonaq gedirdilər, hədiyyələr bağışlayırdılar. 1 aprel Yeni ilin qədəm qoyduğu gün hesab olunurdu. 1582 - ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib, nəticədə 1 aprel 1 yanvarla əvəz edilib. Bütün bunlara baxmayaraq əksər fransızlar Yeni ili 1 apreldə qeyd etməyə davam edirdi. 1 apreldə keçirilən yeni ili unutmaq üçün bu ənənəni dəyişdirməyə məcbur oldular, məhz bu səbəbdən bayramı keçirənləri "1 aprel axmaqları" adlandırdılar. Bir çoxları isə bu bayramı Qədim Roma tarixi ilə bağlayır, hansı ki, 17 fevral "Səfehlər bayramı" kimi keçirilirdi. Bəzi tədqiqatçıların fikrinə görə bu ənənə Qədim Hindistanda meydana gəlmişdi, 31 mart onlarda "Gülüş günü" kimi keçirilir. Gülüş gününün geniş səviyyədə yayılması XVIII əsrdə baş verdi. Beləcə uzun əsrlərin keçməsindən sonra dünyanın bütün ölkələrində 1 aprel günündə öz dostlarına gülən insanlara rast gəlmək mümkündür. Azərbaycanda da 1 aprel bir əksər insanlar tərəfindən Gülüş günü kimi qəbul olunur. Son zamanlar insanların güldürülməsi üçün müxtəlif səpkidə serial, film və verlişlər təqdim edilir. Bunlar arasında Hacı dayının nəvələri, Gombullar, Manpası, Planet Parni iz Baku, Zarafat zarafata Komik janrı seçən sənətkarlar: Rəfael və Coşqun, Cabir İmanov, Fəqan Məmmədov, Atabəy, Kəmal Sunal, Elşən Orucov, Şəkili tamada və masabəyi Rəhman, operator Bomba Akif və s. Tüfü Tahirin lətifələri, Dufu Tahirin məzəli Şəki lətifələri, Hacı dayının lətifələri, ən gülməli Şəki lətifələri, Şəki lətifələri Tufu Tahirin təqdimatında, Tahir dayının lətifələri, COVİD 19-a aid ən yeni lətifələr, Koronavirusa aid gülməli prikollar, COVID 19-a aid məzəli lətifələr, Bomba Akifin məzəli lətifələri

Comments