Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Bu duanı namazdan sonra oxu görün nələr olacaq - Hacı Şahin - ALLAH YOLLAR AÇAR в хорошем качестве

Bu duanı namazdan sonra oxu görün nələr olacaq - Hacı Şahin - ALLAH YOLLAR AÇAR 3 часа назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Bu duanı namazdan sonra oxu görün nələr olacaq - Hacı Şahin - ALLAH YOLLAR AÇAR

Hörmətli izləyicilər, Allahın izni ilə bundan sonra da kanalımızın əsas fəaliyyətini İlahiyyatçı Hacı Şahin Həsənlinin yaradıcılığına həsr edəcəyik, illərdir danışdığı xütbələri bundan sonra da sizlərlə bölüşəcəyik və onun bizlərə əmanət qoyduğu dəyərli sərmayəni insanlara çatdırmaq üçün çalışacağıq. Hacı Şahinin vəfat etməsinə baxmayaraq hələ də ondan öyrənməli olduğumuz çox məsələlər var. Dəstəyiniz üçün təşəkkür edirik. Allah hər birimizə səbr və güc versin. Ailəmiz Tv #hacisahin#dualar#hacisahinhesenli xatirə Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi qaynamağa başlayır. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Hər hansı bir bəndə qırx gün bütün əməllərini Allah üçün xalis edərsə, hikmət çeşmələri onun qəlbindən dilinə axar.”[1] Əmirəl-möminin Əli əleyhissəlam buyurur: “Haradadır əməllərini Allah üçün xalis edənlər, qəlblərini Allahın diqqət mərkəzinə çevirmək istəyərək pak edənlər?!”[2] Fatimeyi-Zəhra (s.ə) buyurur: “Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər.”[3] Əmirəl-möminin Əli əleyhissəlam buyurur: “Bəndələrin pak qəlbləri Sübhan Allahın nəzər etdiyi yerlərdir. Hər kəs öz qəlbini paklaşdırsa, Allahın nəzər yetirdiyi yerə çevrilər.”[4] Peyğəmbəri-Əkrəm (s) Cəbrəildən, o da Mütəal Allahdan nəql edir: “İxlas Mənim sirlərimdən olan bir sirdir ki, sevdiyim bəndənin qəlbində əmanət qoyaram.”[5] İxlasın müəyyən mərtəbə və dərəcələri vardır. Onun ən aşağı dərəcəsi budur ki, insan bütün ibadətlərini şirkdən, riyadan, özünü göstərməkdən xalis etsin və onları yalnız Allah üçün yerinə yetirsin. İxlasın bu miqdarı ibadətin düzgün olması şərtidir və bu olmazsa, Allah dərgahına yaxınlıq hasil olmaz. Əməlin dəyəri niyyətin paklığına, şirk və riyadan xalis olmağına bağlıdır. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Allah sizin surət və əməllərinizə baxmır, O sizin qəlblərinizə baxır.”[6] İmam Cəfər Sadiq (ə) buyurur: «Mütəal Allah buyurur: “Mən ən yaxşı şərikəm. Hər kəs əməldə başqasını Mənə şərik qərar verərsə, hamısını şərikimə həvalə edərəm. Mən yalnız xalis əməli qəbul edərəm.”[7] O Həzrət (ə) yenə buyurur: “Allah–Təala qiyamətdə insanları niyyətləri əsasında məhşur edəcəkdir.”[8] Əmirəl-möminin Əli əleyhissəlam buyurur: “Xoş olsun o kəsin halına ki, ibadət və duasını yalnız Allah üçün yerinə yetirsin, qəlbini gözü sataşan şeylərlə məşğul etməsin, qulağına çatan şeylər vasitəsilə Allahın zikrini unutmasın, başqasına verilən şeylər səbəbi ilə qəmgin olmasın.”[9] Yenə buyurur: “Əməldə ixlas adət əlamətlərindəndir.”[10]

Comments