Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб “Qaçaq Nəbi”nin “Həcər”i qəzada necə öldü? в хорошем качестве

“Qaçaq Nəbi”nin “Həcər”i qəzada necə öldü? 5 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



“Qaçaq Nəbi”nin “Həcər”i qəzada necə öldü?

#həcər #hörümçək #horumchek “Qaçaq Nəbi”nin “Həcər”i qəzada necə öldü? #film #kino#aktrisa #film #kino#Gündəm #rol #teatr #retro #qacaqnəbi #MömünatQurbanovadan #aşiq “Qaçaq Nəbi”nin “Həcər”i qəzada necə öldü? – DETALLAR Tanınmış aktyora dəli kimi aşiq olur Əri onu filmə çəkilməyə qoymur Doğum günündə isə amansız qəzada dünyasını dəyişir Söhbət kinomuzun “Həcər”i Mömünat Qurbanovadan gedir Mömünat Qurbanova 8 dekabr 1958-ci ildə Buzovnada dünyaya gəlir Ailədə altı uşaq olublar, beş bacı, bir qardaş… Ailənin sonbeşiyi olduğundan Möminat hamıdan ərköyün və çılğın uşaq imiş… Məktəbi bitirdikdən sonra sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verir “7 oğul istərəm” filminə baxan gündən aktrisa olacağını qət edir Filmdə baş qəhrəmanlardan birini canlandıran “Cəlal”ın şəklini otağının divarından asır Obrazı canlandıran aktyor Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələri toplayır Mömunat xanım Ənvərin fotoşəkilləri bir qovluqa yığıb saxlayır 1977-ci ildə Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov “Dərviş Parisi partladır” filminə kino sınaqları keçirir Möminat eşidir ki, filmdə Şahbaz bəy roluna Ənvər Həsənov çəkiləcək Filmin sınaq çəkilişlərində iştirak etmək üçün kinostudiyaya gəlir Heç özü də bilmir ki, hansı rolun sınaq çəkilişində iştirak edəcək Sadəcə rejissorun gözünə görünmək istəyir Sınağa gələn tələbə qızlar arasında Möminat Qurbanova Kamil Rüstəmbəyovun nəzərini cəlb edir O, Ənvəri də çağırıb deyir ki, bax gör bundan sənə Şərəfnisə olar? Ənvər “elə olar”, - deyə yarızarafat cavab verir Sınaq çəkilişlərindən də Möminat qalib çıxır Beləliklə, Mömunat xanım Şərəfnisə roluna təsdiq olunur Onların münasibətləri elə bu filmlə də başlayır Filmin çəkilişləri başa çatan kimi cütlük nişanlanır Mömünat 1978-ci ildə institutu bitirib Ənvərlə ailə qurur, azad təyinat alır Onların Aytən adlı qızları dünyaya gəlir İkinci uşağın doğulması Mömünatın həyatı üçün təhlükəli olduğundan Ənvər Həsənov buna razı olmur Həyat yoldaşı Ənvər Həsənov onun aktrisa kimi fəaliyyət göstərməsinə etiraz edir O, xatirələrində deyir: SİTAT: “İstəyirdim işdən evə qayıdanda yuvamı isti, Mömünatı uşaqla, mətbəxlə məşğul olan görüm… “…Düzü bir az da qısqanırdım, o, mənim Şərəfnisəm olmuşdu…” “….Kiminsə Şərəfnisəsi, nə bilim Nigarı olmasını qəbul edə bilmirdim” Artıq aktrisa olmayacağı ilə barışan Mömünat daha bir filmə dəvət alır Şeyx Əbdül Mahmudbəyov aktrisanı Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində Həcər roluna dəvət edir Həsən Turabov və Şeyx Əbdül aktrisanın həyat yoldaşına deyirlər ki, əgər o, razı olmasa Mömünatı qaçırıb ondan gizlin filmə çəkəcəklər Aktyor əvvəl etiraz edir, azyaşlı uşaqlarının olduğunu söyləyir Ancaq ona deyirlər ki, lazım gəlsə, uşağa da baxa bilərlər, təki, Mömünat həmin filmə çəkilsin Razılaşmaqdan başqa çarəsi qalmayan aktyor da həmin filmdə Sirac roluna çəkilir Həsənağa Turabovun Həcərlə olan əksər “mehribançılıq səhnələri”ndə isə qrimlənərək özü çəkilir Filmin çəkilişi zamanı aktrisa həvəslənib ata minir At isə onu götürüb gedir Bütün çəkiliş heyəti qorxu keçirir Ənvər Həsənov bundan sonra Həcərin at çapmaq səhnələrini də Mömünatın təhlükəsizliyi üçün özü ifa edir Mömünat Qurbanova İncəsənət Muzeyində çalışır Şöbə müdiri kimi fəaliyyət göstərir Bütün həyatı boyu yalnız üç filmə çəkilir Hər üç filmdə də həyat yoldaşı ilə birgə işləyir Mömunat Qurbanova 2008-ci il dekabrın 8-də 50 yaşını qeyd etmək üçün ailəsi ilə birgə Nabrana gedir Onlar Nabrandan geri qayıdarkən qəzaya düşürlər Nəticədə Mömunat Qurbanova dünyasını dəyişir Ənvər Həsənov həmin günləri müsahibələrinin birində belə xatırlayır: SİTAT: “Bir gün əvvəl də yarmarkadan dublyonka almışdı… “…Evə gələndən sonra nədənsə xoşuna gəlmədi, dedi ki, səhər aparıb bunu dəyişəcəyəm” “…Gəldim ki, Möminat, dostlar aşağıda, maşında gözləyirlər, gedək” “…Söylədi ki, Ənvər, sən get, mənim həvəsim yoxdur” “…Dedim, ay qız, sənin yubileyindir, gedək…” “…Qayıtdı ki, üzrxahlıq edərsən, mən gedim bu dublyonkanı dəyişim, sonra gec olar, dəyişməzlər…” “…Razılaşdım və keçib o biri otaqdan ov tüfəngimi götürdüm ki, meşədi də, birdən ov düşər könlümüzə…” “…Mömünat əlimdə tüfəngi görən kimi qalxdı ki, mən də gedirəm… “…O, tüfəng atmaq həvəskarı idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən, mən də gedirəm, getdik…” “…Qayıdanda maşını dostumuz sürürdü…” “Birdən dedi ki, Ənvər, yuxu məni basır, gəl bir az da sən sür…” “…Oturdum sükanın arxasına, Möminat məndən arxada oturub, dostum qabaqda, onun xanımı da ondan arxada…” “…Çox yavaş sürürdüm, sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz da olsa maşın aşa bilməzdi…” Məlum olur ki, arxa təkərin altına daş düşüb ki, belə aşıb Qarşıdan bir it keçir Aktyor sükanı qəflətən döndərməli olur İdarəetməni itirir və avtomobil ağaca çırpılır #film #kino#aktrisa #rol #teatr #retro #MömünatQurbanova Gündəmin müxtəlif sahələrinə uyğun heç yerdə tapa bilmədiyiniz, bilinən ən maraqlı, sirli, mifik, ən orijinal faktlar, möcüzəvi bilgilər, arxivlərdən gün işığına çıxarılan videomateriallar izləyə bilərsiniz

Comments