У нас вы можете посмотреть бесплатно Həftədə Bir Dəfə Lazımdır - ÜRƏK 100 İL İŞLƏYƏCƏK или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
#BirBax #ürək #sağlamlıq "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz: (+994) 55-554-58-83 İnsanın həyat keyfiyyəti məhz ürək damarlarının xəstə olub-olmamasından asılıdır. Ürəyi möhkəmləndirmək, infarktdan və digər riskli xəstəliklərdən qaçmaq üçün, gərək, ürəyin qeydinə qalasınız. Məsələn, ürəyi fiziki cəhətdən yormayasınız, hədsiz narahatlıq keçirməyəsiniz, pis vərdişləri tərgidəsiniz, ən əsası isə, düzgün qidalanasınız. Düzgün qidalanma ürək-damar xəstəlikləri riskini aşağı salır. Bu gün bir bax kanalında ürək sağlamlığı üçün faydalı olan qidalardan danışacağıq. Diqqətiniz bizdə olsun. Videomuz başlayır. Ürəyinizin saat kimi işləməsini istəyirsinizsə, pis vərdişlərdən imtina edin və özünüzə gündəlik fiziki aktivlik qrafiki qurun. Amma unutmayın ki, ürəyə ən çox zərər vuran qeyri-düzgün qidalanmaqdır. Məsələn; çox yağlı yeməklər, qızardılmış ət və ya həddən artıq süd məmulatları pis xolesterolun səviyyəsini yüksəldir. Xolesterol isə ürək divarına ziyandır. Pis xolesterolun yüksələn səviyyəsi ürək-damar xəstəliklərinə stimul verir. “Qeyri-düzgün qidalanma” deyəndə bunlar nəzərdə tutulur: -meyvə və tərəvəzlərin çox az miqdarda qəbulu; -giləmeyvələrin lazımi qədər yeyilməməsi -duzlu və yağ turşuları ilə zəngin olan qidaların həddən ziyadə qəbulu; -qida balansının pozulması; -qida vərdişinin dəyişməməsi nəticəsində yığılan artıq çəki; Göründüyü kimi, monoton qida vərdişi heç də faydalı deyil. Yaxşı olar ki, qidalanmada müxtəlifliyə üstünlük verəsiniz. Ən əsası da, bəzi qidaları rasionunuzun bir hissəsinə çevirəsiniz. Yaşıl çay. Malik olduğu yüksək miqdardakı kalium ilə yaşıl çay damarların elastikliyini təmin edir. Damar və kapilyarları təmizləməklə yanaşı, möhkəmləndirir. Yaşıl çay hipertoniklərin də yaxın dostu olmalıdır. Bəli, mütəmadi olaraq, yaşıl çay içənlərin qan təzyiqi stabilləşir. Bu möcüzəvi içki infarkt və ürəyin işemik xəstəliyi riskini aşağı salır, digər damar xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Davamlı içilən yaşıl çay ürək damarlarını pis xolesteroldan təmizləyir. Gün ərzində 4 fincan, yaxud daha çox içilən yaşıl çay bütün ürək-damar xəstəliklərinə qarşı orqanizmdə müdafiə xətti yaradır. Çərəzlər. Ürəyə ən faydalı qidalar sırasında çərəzlərin öz yeri var. Badam, fıstıq, fındıq, qoz və əksər ləpəlilər çərəz kimi yeyilir. Onlar böyük miqdarda Omega-3 turşularına, E vitamininə, amin turşusuna malikdirlər. Mütəmadi olaraq, ləpə yeyən insanlarda trombların əmələ gəlmə riski digər insanlara nisbətən çox aşağı olur. Eyni zamanda, ləpəlilər arteriyaların divarlarını təmizləyir, pis xolesterinin səviyyəsini aşağı salır, ürək ritmini tənzimləyir. Amma diqqət etmək lazımdır ki, ləpə yeyərkən gündəlik norma keçilməsin. Bu norma isə mütəxəssislərin ümumi rəyinə əsasən, “bir ovuc” həcmindədir. Kartof soyutması. Ürəyin düzgün işləməsi üçün kalium lazımdır. Kartof isə kaliumla zəngin qidalar siyahısındadır. Kartof təzyiqi aşağı salır, qanı duruldur. Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara qida rasionlarına duzsuz, soyutma kartof əlavə etmələri məsləhət görülür. Təbii ki, burda da norma mövcuddur: bir dəfəyə ancaq yarım porsiya soyutma kartof yeyilməlidir. Burda “soyutma kartof” deyiləndə, kartofu suda “pambıq kimi yumşaq” olanadək qaynatmaq deyil, susuz, sobada bişirmək nəzərdə tutulur. Suda bişən kartof tərkibindəki kaliumun 50%-ni, sobada bişən kartof isə 40%-ni itirir. Ona görə də, sobada bişən soyutma kartof ürək-damar xəstəliklərinin profilaktikasında daha faydalı hesab olunur. Sarımsaq. Bu sehirli tərəvəzin tərkibində marqan, B vitamini kompleksi, C vitamini var. Bu elementlər birlikdə ürək-damar xəstəliklərinə qarşı mübarizə aparır. Mütəmadi olaraq, yeyilən sarımsaq hipertoniklərə də kömək edir. Bircə diş sarımsaq, yaxın 10 gün ərzində qan təzyiqinin stabilliyinə dəstək olur. Əgər sarımsaq dərman vasitəsi kimi müalicə kursuna daxil edilərsə, ən azı, 1 ay bu kurs davam etməlidir. Təbii ki, söhbət çiy sarımsaqdan gedir. Sarımsağın tərkibində allisin adlı təbii birləşmə var. O, damarların daxili divarlarını elastikləşdirir, spazmları aradan qaldırır, ürəyə güc düşməsinin qarşısını alır. Yulaf. Günə yulafla başlamaq faydalı vərdişdir. Yulaf pis xoleesterinin səviyyəsini aşağı salır. Obrazlı şəkildə desək, yulaf süngər kimidir; pis xolesterini özünə çəkir, sonra da orqanizmdən xaric olmasını təmin edir. Beləcə, damarlar təmizlənir. Mütəxəssislər məsləhət görür ki, yulaf çiy şəkildə yeyilsin. Ya da çox az miqdarda su qatılaraq əzməsi hazırlansın. Çünki yulaf sıyığı yeyənlər ona bolluca şəkər qatırlar ki, bu da orqanizmə zərərlidir. Sitrus meyvələri. Bildiyiniz kimi, sitrus meyvələri C vitamini ilə zəngindir. C vitamini ürək-damar xəstəlikləri riskini azaldır. Limonun tərkibində maqnezium, kalium, dəmir, fosfor, kalsium və sink var. Bundan əlavə, limon damarların təmizliyini təmin edən bəzi kimyəvi birləşmələrlə də zəngindir.