Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Öd kisəsi polipləri - ƏMƏLİYYAT MÜTLƏQDİR? в хорошем качестве

Öd kisəsi polipləri - ƏMƏLİYYAT MÜTLƏQDİR? 5 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Öd kisəsi polipləri - ƏMƏLİYYAT MÜTLƏQDİR?

Dr. Elşən Qədimov Facebook:   / dr.elshan83   İnstaqram: dr.elshan.qedimov Tel: 050 458 66 57 Öd kisəsinin funksiyası qaraciyər tərəfindən yaranan ödü depolamaqdır. Həzm zamanı öd kisəsi yığılaraq içərisindəki ödü on iki barmaq bağırsağa boşaldır. Öd kisəsinin mukozasından qaynaqlanan və içərisinə doğru qabaran törəmələrə öd kisəsi polipləri deyilir. 40 yaşdan yuxarı kişilərdə və qadınlarda daha sıx görünür. Uşaqlarda çox nadir hallarda rast gəlinir. Uşaqlarda öd kisədə polip aşkarlanarsa, daha geniş müayinə lazım ola bilər. Son illərdə USM-in geniş istifadəsi öd kisədə olan polipləri tez bir zamanda aşkarlamağa imkan verir. Elşən Qədimov Xəstələrin çoxu öd kisəsindəki poliplərdən yalnız təsadüfi müayinə zamanı xəbər tutur. Bəzi öd kisə polipləri çox zaman heç bir əlamətlə özünü büruzə vermir və uzun illər "səssiz" qalır. Çox nadir hallarda ürəkbulanma, qusma, sağ qabırğaaltında ağrı, sağ kürəkaltına vuran ağrı ilə özünü göstərə bilər. Elsen Qedimov Ümumi populyasiyada öd kisə poliplərinə 0.3-12% arasında rast gəlinir. Öd kisə polipləri çox zaman xərçəng riski olmayan xolesterol poliplər (~ 60%), adenomiomlar (25%) və iltihabi (10%) poliplərdir. Öd kisə polipləri xoşxassəli olmasına baxmayaraq, çox nadir olsa da bəzilərində xərçəngə (öd kisəsi karsinoması) çevrilmə riski vardır. Bu poliplər adenomlardır. Adenomlar ümumi öd kisə poliplərinin cəmi 4-5%-ni təşkil edir. Amma bu qrupdan olan poliplərin 12% xərçəngə çevrilmə riski olduğu üçün ciddi nəzarətdə saxlanılmalıdır. Bir sözlə, bütün öd kisə poliplərinin 1% xərçəngə çevrilmə riski vardır. Hər öd kisəsində polip olan insanı əməliyyat etsək, onda 99 %-i tam mənasız yerə əməliyyat olunmuş sayılacaq . Öd kisə poliplərinin diaqnostika və müşahidəsində ultrasonoqrafiya müayinəsinin böyük rolu var. Elşən Qədimov Öd kisədə daş yoxdursa, polipin USM vasitəsilə aşkarlanması 99% mümkündür.

Comments