Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб İnşiqaq surəsinin düzgün oxunuşu | Quran əzbərləyirik #33 | Bəxtiyar Turabov в хорошем качестве

İnşiqaq surəsinin düzgün oxunuşu | Quran əzbərləyirik #33 | Bəxtiyar Turabov 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



İnşiqaq surəsinin düzgün oxunuşu | Quran əzbərləyirik #33 | Bəxtiyar Turabov

Qur'anın 84-cü surəsi olan "Əl-İnşiqaq" "Yarılma" surəsi. 25 ayədir. Məkkədə nazil olmuşdur. Mərhəmətli və Rəhmli Allahın adı ilə ! 1. Göy yarılacağı 2. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman; 3. Yer dümdüz ediləcəyi, 4. içindəkiləri kənara atıb boşalacağı 5. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman; 6. Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan! 7. Kimin kitabı sağ əlinə veriləcəksə, 8. o, yüngül sorğu-suala tutulacaq 9. və sevincək öz ailəsinə qayıdacaqdır! 10. Kimin kitabı arxa tərəfindən veriləcəksə, 11. o özünə ölüm diləyəcək 12. və alovlu oda atılacaqdır! 13. Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi 14. və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır. 15. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü. 16. And içirəm şəfəqə, 17. gecəyə və onun ağuşuna aldıqlarına, 18. bədirlənmiş on dörd gecəlik aya! 19. Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz. 20. Onlara nə olub ki, iman gətirmirlər 21. və onlara Quran oxunduqda səcdə etmirlər? 22. Əksinə, küfr edənlər haqqı yalan sayırlar. 23. Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir! 24. Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ, 25. iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır. 🔴 Qeyd edək ki, transkripsiyadakı cüt saitlər, uzatma kimi oxunacaq (Məsələn: "fiihəə" kəlməsindəki cüt "ə" kimi) 🔴 🔘 İzəs-səməə'un-şəqqat. Və əzinət liRabbihəə və huqqat. Və izəl-ərdu muddət. Və əlqat məə fiihəə və təxallət. Və əzinət liRabbihəə və huqqat. Yəə əyyuhəl insəənu innəkə kəədihun iləə Rabbikə kədhən fəmuləəqiiiih. Fə'əmməə mən uutiyə kitəəbəhuu biyəmiinih. Fəsəvfə yuhəəsəbu hisəəbəy-yəsiiraa. Və yənqalibu iləə əhlihii məsruuraa. Və əmməə mən uutiyə kitəəbəhuu vəraa'ə zahrih. Fəsəvfə yəd'uu subuuraa. Və yəsləə sə'iira. İnnəhuu kəənə fii əhlihii məsruuraa. İnnəhuu zannə əlləəy yəhuur. Bələə innə Rabbəhuu kəənə bihii bəsiiraa. Fələə uqsimu biş-şəfəq. Vəl-ləyli və məə vəsəq. Vəl-qaməri izət-təsəq. Lətərkəbunnə tabəqan ən tabəq. Fə məə ləhum ləə yu'minuun. Və izəə quri'ə ələyhimul-Qur'əənə ləə yəscuduun. Bəlil- ləziinə kəfəruu yukəzzibuun. Vallaahu ə'°ləmu biməə yuu'uun. Fəbəşşirhum bi'əzəəbin əliim. İlləl- ləziinə əəmənuu və əmilus-saalihəəti ləhum əcrun ğayru məmnuun. "izəs", "əzinət" və "izəl" kəlmələrindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "huqqat", "kəədihun", "kədhən", "yuhəəsəbu" və "hisəəbəy" kəlməsindəki "h" hərfi, boğaz hərfidir. "zahrih" kəlməsindəki "z" hərfi, qalın "za" hərfidir. "yəd'uu" kəlməsindəki vurğulu qoşa " 'uu " hərfi, boğaz hərfi olan "ayn" hərfinin uzatmasıdır. "subuuraa" kəlməsindəki "s" hərfi, pəltək "sə" hərfidir. "Yəsləə" kəlməsindəki "s" hərfi, qalın "sad" hərfidir. "sə'iira" kəlməsindəki "s" hərfi, qalın "sad" hərfi, vurğulu qoşa " 'ii " hərfi isə, boğaz hərfi olan "ayn" hərfinin uzatmasıdır. "zannə" kəlməsindəki "z" hərfi, qalın "za" hərfidir. "yəhuur" kəlməsindəki "h" hərfi, boğaz hərfidir. "bəsiira" kəlməsindəki "s" hərfi, qalın "sad" hərfidir. "izət" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "tabəqan" və "tabəq" kəlmələrindəki "t" hərfi, qalın "ta" hərfidir. "ən" kəlməsindəki "ə" hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "izəə" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "ələyhimul" kəlməsindəki "ə" hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "ləziinə" və "yukəzzibuun" kəlmələrindəki "z" hərfləri, pəltək "zəl" hərfidir. " ə'°ləmu " kəlməsinin sonundakı bu işarə " '° " boğaz hərfi olan "ayn" hərfinin sukunlanmasıdır (üzərində dayanılmasıdır). "yuu'uun" kəlməsindəki vurğulu qoşa " 'uu " hərfi, boğaz hərfi olan "ayn" hərfinin uzatmasıdır. "bi'əzəəbin" kəlməsindəki vurğulu " 'ə " hərfi, boğaz hərfi olan "ayn" hərfi, "z" hərfi isə, pəltək "zəl" hərfidir. "əliim" kəlməsindəki "ə" hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "ləziinə" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "əmilus" kəlməsindəki "ə" hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "saalihəəti" kəlməsindəki "s" hərfi, qalın "sad" hərfi, "h" hərfi isə, boğaz hərfidir. QURAN ƏZBƏRLƏYİRİK:    • QURAN ƏZBƏRLƏYİRİK   http://quran-tv.com/ #BəxtiyarTurabov #QuranƏzbərləyirik

Comments