У нас вы можете посмотреть бесплатно Avtomobili yoxdur, amma texniki baxışa çağırırlar – APA TV или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
#APATV #avtomobil #texnikibaxış #sürücü #mobil #telefon #sms #bildiriş #mesaj #maşın #DövlətYolPolisi #ASANödəniş #ASANXidmət #SMSradar #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Avtomobili yoxdur, amma texniki baxışa çağırırlar – APA TV Texniki baxışdan keçmə hər bir avtomobil üçün zəruri prosesdir. Avtomobil yenidirsə, 4 ilin tamamında 5-ci ilində texniki baxışdan keçir. İstehsal ilinin 4 ili tamam olmuş avtomobillər üçün 2 ildən bir texniki baxışdan keçmə zəruridir. Bunu xatırlatmaq məqsədi ilə sürücülərin mobil telefonuna öncədən sms bildiriş də gəlir. Amma bəzən bu bildirişlər gəlməyə də bilir, bu halda sürücü ikiqat cərimələnir. Elə şəhərdə apardığımız sorğu zamanı da sürücülərin əksəriyyəti bu xəbərdarlıq sms-lərini almadıqlarını bildirdi. Hətta sorğu zamanı nəqliyyat vasitəsi olmaya-olmaya sms bildiriş alan vətəndaşa da rast gəldik: “İki gün bundan qabaq mənə sms bildiriş gəldi. Maşınım olmaya-olmaya msj gəldi ki avtomobilinizin texniki baxış müddəti fılan tarixdə bitir. Həmin sms-də göstərə bilərəm”. Nəqliyyat eksperti Yasin Mustafayev bildirir ki, texniki baxışla bağlı sms bildirişlər avtomatik olaraq ASAN Xidmət vasitəsi ilə göndərilir: “Bu sistem varsa, vətəndaşlara digər tətbiqlərdən qeydiyyatdan qeydiyyatdan keçmədən də xəbərdarlıq smslərini göndərmək mümkündür. Yaxşı olar ki, müvafiq qurumlar bu xidmətləri vətəndaşlara göstərsinlər. Çünki bəzi sürücülərimiz texniki imkanlardan istifadə edə bilmirlər. Bəziləri internetdən istifadə edə bilmir, bəziləri qeydiyyatdan keçə bilmir. Vaxtında bu xəbərdarlıq bildirişləri gəlsə, sürücülər də belə cərimələnməzlər”. Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-yə bildirildi ki, nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi ilə bağlı elektron talon avtomobili texniki baxışa təqdim edən şəxsin adına tərtib olunur. Elektron talonda şəxsin məlumatları və mobil telefon nömrəsi qeyd olunur ki, növbəti texniki baxışa təqdim etmə müddəti yaxınlaşdıqda SMS xəbərdarlıq alsın. Lakin həmin müddət ərzində nəqliyyat vasitəsi etibarnamə əsasında digər bir şəxsə satıldıqda SMS xəbərdarlıq sonuncu dəfə nəqliyyat vasitəsini texniki baxışa təqdim edən şəxsə göndərilir. Bəs sms bildirişlərin vaxtında ünvanına çatmamasına səbəb nədir? ASAN Xidmətdən isə sorğumuza cavab olaraq bildirildi ki, SMS məlumat DİN tərəfindən təqdim olunan fərdi identifikasiya nömrələrinə (FİN) uyğun olaraq vətəndaşın “ASAN ödəniş" sistemində şəxsi kabinetdə qeyd olunan mobil nömrəsinə göndərilir, əgər "ASAN ödəniş" sistemində həmin FİN-ə uyğun şəxsi kabinet yoxdursa, DİN tərəfindən təqdim olunan mobil nömrələrə göndərilir. Belə məlum oldu ki, texniki baxış müddətinin bitməsindən xəbərsiz olan sürücülər hələ çox cərimə olunacaqlar. Odur ki, mütəxəssislərin də dediyi kimi ən yaxşı üsul “SMS radar” kimi tətbiqləri telefona yükləyib qeydiyyatdan keçməkdir. Qeyd edək ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar 012-590-71-13 nömrəli xəttə zəng edərək daha dəqiq və operativ məlumat əldə etmək mümkündür. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]