Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgidən yaddaqalan anları təqdim edirik в хорошем качестве

“Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgidən yaddaqalan anları təqdim edirik 3 дня назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



“Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgidən yaddaqalan anları təqdim edirik

18 sentyabr Azərbaycanda peşəkar musiqi sənətinin banisi, musiqişünas-alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olduğu gün, həmçinin Milli Musiqi Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə cari ilin 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçirilir. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutan festivalın açılış konsertindən öncə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşəbbüsü və “Foto Xalça” MMC-nin tərəfdaşlığı ilə Milli Musiqi Gününə həsr olunmuş “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi izləyicilərə təqdim olunub. Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri sərgi ilə yaxından tanış olaraq xoş təəssüratlarını bölüşüblər. Tədbir mədəniyyətimizin təşviqi, mədəni irsimiz olan naxışların gənc nəsillərə ötürülməsi və təbliğinə bir töhfədir. Sərgidə müasir texnologiyalar vasitəsi ilə hazırlanmış Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev kimi görkəmli Azərbaycan bəstəkarlarının portretlərinin əks olunduğu xalçalar, milli musiqi alətlərinin, qədim Şuşa qalası və digər regionlarımızın özünə məxsus naxışlarının işləndiyi xalçalar və kəlağayılar, eləcə də milli naxışlı çantalar, rəsm əsərləri və digər əl işləri nümayiş olunub. #memim #memim2024 #Mədəniyyətimiznaxışlarıniziilə #ÜzeyirHacıbəyovfestivalı#AzərbaycanDövlətfilarmoniyası #MədəniyyətNazirliyi

Comments