У нас вы можете посмотреть бесплатно Bu Şəxslərə Qarpız YEMƏK OLMAZ - Qarpızın BİLİNMƏYƏN 6 Zərəri или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
#qarpız #qarpızınfaydaları #sağlamlıq Qarpızın faydaları ilə yanaşı zərərləri də olduğunu bilirdinizmi? Bəs kimlərə qarpız yemək olmaz? Yerin Qulağı Youtube kanalı yayın sevilən giləmeyvəsi olan qarpızın zərərlərini təqdim edir: Qarpızın faydaları hamıya məlumdur. Sağlamlığa faydaları saymaqla bitmir. Bir boşqabı 50-60 kalori olan qarpız həm sərinlik verir, həm də şirin ehtiyacını qarşılayır. Ancaq qarpızın qəbulu adamın cinsiyyətinə, hərəkətinə, sağlamlıq vəziyyətinə, boy və kilosuna görə dəyişməlidir. Lakin bəzi pozulmalar zamanı bu giləmeyvə nəinki fayda vermir, hətta insana ziyan vura bilər. Bu pozulmalar hansılardır? 1. 80%-i sudan ibarət olan qarpız güclü sidikqovucudur. Bu səbəbdən də qarpızın çoxlu miqdarda qəbulu böyrəkləri yükləyir. Böyrəklərində ciddi problemləri olanlar, böyrək daşı xəstəliyindən əziyyət çəkənlər qarpız yeməməlidir. 2. 1-ci tip şəkərli diabet də qarpızın istehlakı üçün əks-göstəriş sayılır. 3. Mədə pozulmaları, ishal, bağırsaq iltihabı zamanı qarpız yemək olmaz. 4. Mədəaltı vəzi xəstəlikləri zamanı (kəskin dövrdə) qarpız ziyan vura bilər. 5. İstənilən mədə-bağırsaq xəstəliklərinin kəskin dövründə qarpız xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. 6. Uşaq və hamilə qadınlar xüsusilə diqqətli olmalıdır. Qarpız tez-tez zəhərlənməyə səbəb olur və həmçinin onun tərkibində nitratlar ola bilər. Bundan əlavə qarpızı yeməkdən dərhal sonra, acqarına və axşam saatlarında yemək olmaz. Mütəxəssislər qarpızı günorta yeməyindən 1 saat sonra yeməyi tövsiyə edirlər. Qarpızı hər hansı digər məhsulla birlikdə (çörək, pendir və s.) yeməyi tövsiyə edilmir.