У нас вы можете посмотреть бесплатно Sonsuzluqa nəticələnən infeksiyalar или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Bu dəfəki mövzum "Sonsuzluq yaradan infeksiyalar" haqqındadır. İzləməyi və suallarınızı qeyd etməyi unutmayın. Aşağıdakı linklərə daxil olaraq məni digər sosial şəbəkələrdən də izləyə bilərsiniz. Facebook: / drsevincmehtiyeva İnstagram: / drsevincmehtiyeva Mən sizə sonsuzluq və ona gətirib çıxardan bəzi infeksiyalar haqqında məlumat vermək istəyirəm. Alimlər öyrəniblər ki, 5-6 cütlükdən biri ya hamilə qalmır, ya hamilə qalırsa, hamiləliyi başa çatdıra bilmir və buna səbəb 50% hallarda müxtəlif infeksiyalardır. İnfeksiyaların bəziləri özünü tez biruzə verir. Məsələn, qonoreya, göbələklər. Bəziləri isə çox gec özünü biruzə verir və o vaxt özünü biruzə verir ki, özünün fəsadı ilə birlikdə. Məsələn, ureaplazma. Borularda keçməməzlik verir. Amma onu təyin edənə qədər bilinmirdi ki, bu qadında ureaplazma var. Bundan başqa, infeksiyalar həm ümumi bədənə mənfi təsir göstərən infeksiyalar şəklində özünü biruzə verə bilər. Həm də ki, lokal şəkildə özünü biruzə verir. Ümumi bədəni haldan salan infeksiyalara vərəm, sifilis, malyariya, müxtəlif hepatitlər səbəb ola bilər. Adam fikirləşər ki, o xəstəliklər reproduktiv sferaya necə təsir göstərə bilər? Amma çox mənfi təsir göstərir. Onlar bədəni ümumi olaraq haldan salır, immun sistemə mənfi təsir göstərir və hormonal fonu pozurlar. Ona görə də bu xəstəliyi olan qadınlar həmişə deyirlər ki,1 il gözləmək lazımdır, sonra həkimə müraciət etmək lazımdır. Onlar 1 ili gərək gözləməsinlər. Onlar ailə quran kimi həkimə müraciət etməlidirlər. Çünki nə qədər tez müraciət edərlərsə, müalicənin nəticəsi də bir o qədər yaxşı olur. Lokal təsir göstərən infeksiyalar da bədənə başqa cür təsir göstərir. Onlar lokal olaraq cinsiyyət üzvlərində yerləşirlər və əlamətləri də ağrı, qaşınma, göynəmə, əlaqə vaxtı kəskin ağrılar, sidik ifrazı zamanı göynəmənin , yanğının olması, ifrazatın qoxulu olması, tünd rəngdə olması, hətta yaşıl rəngə qədər gətirib çıxması. Belə bir şikayəti olan qadınlar varsa, onlar dərhal həkimə müraciət etməlidirlər. Çünki bu xəstəliklər vaxtında Cinsiyyət üzvünün aşağı traktında olan xəstəliklər vaxtında müalicə olunmazsa, onlar yuxarı traktda, yuxarı qalxan yolla yuxarı çıxa bilərlər və uşaqlığa, borulara və yumurtalıqlara pis təsir göstərə bilərlər, iltihabına gətirib çıxarır. Belə halda müalicə gecikmiş sayılır və əlbəttə ki, çətin olur. Bundan başqa, lokal təsir göstərən xəstəliklərdən cinsi yolla keçən xəstəlikləri misal gətirmək istəyirəm. Cinsi yolla keçən xəstəliklər daha kəskin biruzə verir özünü. Bu vaxt müalicə həm kişiyə, həm də qadına aparılmalıdır, ikisinə də eyni zamanda. Bu xəstəliklər özləri də 2 cür olur. Bir az kəskin özünü göstərən xəstəliklər qonoreya, göbələk, herpes - bunlar qadını o saat narahat edirlər və bəziləri isə, onlar da simptomsuz keçirlər. Yəni ureaplazma, mikoplazma və xlamidiya kimi. Bundan başqa, bəzi xəstəliklər var ki, bunlara, məsələn, papilloma virusunu misal göstərmək istəyirəm. Bunlar, adətən, kişilərdə simptomsuz keçir. Kişilər onların daşıyıcısı olurlar və qadınlara, əlaqədə olduqları qadınlara keçirdirlər. Qadında isə heç bir simptom olmur, simptomsuz keçir. Qadınlar həkimə o vaxt müraciət edirlər ki, artıq gecdir. Uşaqlıq boynunda displaziyaya qədər, uşaqlıq boynu epitelinin xərçəngönü xəstəliyinə qədər gətirib çıxarır. Bu vaxt nəinki hamiləlik və yaxud da ki, sonsuzluqdan söhbət gedə bilər. Hətta qadının öz həyatına çox böyük təhlükə ola bilər. Bəzi xəstəliklər var ki, infeksion xəstəliklər, əlbəttə, onlar hamiləliyə mane olmurlar. Lakin qadın hamilə qaldıqdan sonra düşüklərə gətirib çıxarırlar və nəticədə qadın yenə də uşaqsız qalır. Ona görə hamiləliyi planlaşdırmamışdan qabaq o infeksiyaları mütləq yoxlamaq lazımdır. Həkimlər ona TORCH infeksiyaları deyirlər, amma qadınlara onu elə başa sala bilərəm ki, məsələn, toksoplazma, bruselyoz, bunlar uşaqsalan infeksiyalardır. Onlar mütləq yoxlanılmalıdır və Hamiləlikdən əvvəl yoxlanılmalıdır ki, hamiləlik yaxşı nəticələnsin, doğuşla nəticələnsin, sağlam uşaq dünyaya gəlsin. Ona görə mənim qadınlara məsləhətim, tövsiyəm odur ki, onlar heç olmasa, ildə bir dəfə həkimə müraciət etsinlər. Onlarda gizli infeksiya varsa, o təyin olunsun. Əgər onlarda xroniki infeksiya varsa, əlbəttə, özlərinin də xəbəri yoxdur. Çünki xroniki infeksiya sönük keçir. Onu təyin etsinlər. Kəskin infeksiya varsa da, o, xronikiyə keçməsin. Yəni qadınlar mütəmadi olaraq həkim müayinəsi altında olarlarsa, onların sonsuzluğunun qabağı alınmış olur.