Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб @Laçın qəbirstanlığında məzarlar tanınır. в хорошем качестве

@Laçın qəbirstanlığında məzarlar tanınır. 3 недели назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



@Laçın qəbirstanlığında məzarlar tanınır.

Allah rəhmət eləsin, ruhu şad olsun! Həqiqətən də Vəliyev Fərzalı rayonumuzun ən ləyaqətli kişilərindən idi. Həmçinin də övladları yurda çox bağlı idilər. Mənim lap gənclikdən dostum olan Yusif hər ay Laçına gələrdi. Fərzalı əminin böyük oğlu Akif laçınlılar məcburi köçkün düşəndə xeyriyyəçilik tədbirlərində öndə olardı, neçə ailələri mənzillə təmin etmişdi. Allah dünyasını dəyişən Vəliyevlərə rəhmət eləsin! İndi bizim dilimiz dualıdır: - qəhrəman şəhidlərimizi və qazilərimizi Allahın rəhməti və mərhəməti ilə yad edir və qiymətləndiririk! Məcburi köçkünlük həyatımıza son qoyaraq, ölkəmizin ərazi bütövlüyünü təmin etməklə dövlətimizi şərəfləndirdiyinə görə qətiyyətli prezidentimiz İlham Əliyevə rəğbət və ehtiramımız sonsuzdur. Laçın qəbirstanlığında ağ mərmərdən olan məzarları Bakı Abadlıq Xidməti öz vəsaiti ilə bərpa etmişdir. Qədrbilən laçınlılar bu yaxşılığı unutmazlar. Əminəm ki, müəyyən səbəblərə görə qəbirstanlıqda yarımçıq işlər davam etdiriləcək. Allah dövlətimizi əbədi və güclü etsin!🇦🇿

Comments