Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Xudu Məmmədov в хорошем качестве

Xudu Məmmədov 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Xudu Məmmədov

Mən Xudunu 30 ildən artıq bir müddətdir ki, tanıyırdım. Lakin əsl dostluğumuz 1965-ci ildən başlandı. 1965-ci ildən ta ölümünə qədər elə həftə olmazdı ki, Nurəddin, mən və Xudu bir neçə dəfə görüşməyək. Bu, görüş xatirinə görüş deyildi. Bu görüşlər zərurət idi. Bəs bu zərurət nədən doğurdu? Fikirdən, əqidədən, milli dərdimizdən. Xudu geoloq idi, mən şair, Nurəddin isə həkim. Demək bizi ixstisasımız birləşdirə bilməzdi. Bizi fikir ümumiliyi birləşdirirdi. Mən Xudunu ruhu və mənəviyyatı ilə bütövlükdə dərk edənə qədər, Vətənə və millətə özüm kimi aludə olan, onun yolunda hər cür cəfaya sinə gərə bilən ikinci bir adamın olduğuna inanmırdım. Xudunu dərindən başa düşəndən, onun bütün hisslərinə, duyğu və fikirlərinə bələd olandan sonra, dedim - mənə şükür! Xudu məndən beşbetərmiş! Bundan sonra bir az rahat nəfəs aldım və inandım ki, bu bədbəxt millətin halına məndən də artıq yanan varmış. Bu mənim üçün bir təskinlik idi. Ona görə ki, mən bəzən Vətən və millət sevgimdə ifrata vardığımı düşünür, hisslərimi cilovlamağa çalışırdım və fikirləşirdim ki, yəni bu boyda ölkədə məndən ağıllısı yoxdur? Yəni bu Vətən dərdlərini yalnız mən görürəm? Məndən başqa görən yoxdur? Xudu ilə tanışlığımdan sonra mən öz hisslərimə inanmağa başladım. Çünki o, məni təsdiqlədi. Buna görə də bizim tez-tez üçlükdə görüşməyə, dərdlərimizi bölüşməyə ehtiyacımız var idi. Ona görə ki, biz bir-birimizi tamamlayırdıq, bizim görüşlərimiz hər üçümüzün təbii ehtiyacı idi. Bəxtiyar Vahabzadə Xudu Məmmədov haqqında, “Xəzər” dərgisi.

Comments