Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб VAY VAY!!! Marketdə satılan bu yağlar Qaraciyərin evini yıxır. Ən Zərərlisi hansıdır? в хорошем качестве

VAY VAY!!! Marketdə satılan bu yağlar Qaraciyərin evini yıxır. Ən Zərərlisi hansıdır? 17 часов назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



VAY VAY!!! Marketdə satılan bu yağlar Qaraciyərin evini yıxır. Ən Zərərlisi hansıdır?

Ən zərərli qida Bu gün qaraciyəriniz üçün olduqca zərərli bir qidadan danışacağam. İpucu olaraq deyim; nə şəkərdir, nə də karbohidrat. Yüksək fruktozalı qarğıdalı siropu da deyil. Bəli, qaraciyərin evini yıxan daha zərərli bir qida var! Qaraciyərlə bağlı ən böyük problemlərdən biri onun vəziyyətinin pisləşməsinə dair əlamətlərin bariz olmamasıdır. Çiyinlərdə, kürəkdə ağrılar belə, bəzən qaraciyərin “həyəcan siqnalı” ola bilir. Xüsusən, öd suyu istehsal edilən kiçik nahiyədə nəsə narahatlıq varsa, kürək ağrıları illərlə uzanır. Bir məsələ də var ki, qaraciyər problemi yaşayan insanlar ömürlərinin sonunadək qorxu içində olurlar. Elə bilirlər, nə vaxtsa yaşadıqları o problem yenidən baş qaldıracaq. Lakin unudulmamalıdır ki, qaraciyər tamamilə yenilənə bilən tək orqanımızdır. Başqa bir səhv mif də qaraciyərin toksinlərlə dolu olduğudur. Qaraciyər zəhərləri detoksifikasiya edir, onları özündə depolamır. Zəhərləri depolayan yağ hüceyrələridir. Qaraciyər toxumaları yaralandığında, sirrozun başlanğıcında vəziyyət təhlükəlidir-xərçəng riski yüksəlir. Bu kimi vəziyyətlərdə tibbin təklif etdiyi müalicə üsulları ideal deyil. Eyni zamanda, sizə qaraciyər verəcək donor tapılsa belə, sağlam qaraciyər tapılma şansı çox az olur. Bu dəqiqə dünyada nə qədər adam qaraciyər əməliyyatı üçün növbə gözləyir. Onların yeganə umacağı budur: donor tapılana qədər birtəhər sağ qalmaq… Qaraciyər nəqlindən sonra da pəhriz, diqqətli həyat və dərman qəbulu kimi prosedurlara riayət edilməlidir. Qaraciyərin orqanizm tərəfindən qəbul edilməsinə kömək olan dərmanların əksəriyyəti əks təsirə malikdir. Ən yaxşısı, qaraciyərin qayğısına qalmaq, onun problemlərini böyümədən həll etməkdir. İndi sizə siçanlar üzərində aparılmış bir tədqiqatdan bəhs edəcəyəm. Siçanları 3 qrupa ayırmışdılar. I qrupa donuz yağı və alkoqol verdilər. II qrupdakı siçanların payına inəyin iç yağı və alkoqol düşdü. III qrupdakılar isə qarğıdalı yağı və alkoqol içdilər. Ən minimal xəsarət I qrupdakı siçanların qaraciyərində idi. Onlar donuz yağı və alkoqol qəbul etmişdilər. Xəsarət isə yağdan deyil, alkoqoldan qaynaqlanmışdı. İnəyin iç yağı ilə alkoqol içən siçanların qaraciyərində, demək olar ki, xəsarət yox idi. Bu o deməkdir ki, inəyin iç yağı qaraciyəri qoruyur-hətta, alkoqolun mənfi təsirlərindən belə… Maraqlıdır! Və sehirlidir! Qarğıdalı yağı və alkoqol verilən siçanların qaraciyəri isə, sadəcə, sıradan çıxmışdı. Yəqin anladınız artıq-qaraciyər üçün ən zərərli qida toxum yağlarıdır. Orqanizmdə iltihab əmələ gətirən bu yağları zərərli edən emal prosesləridir. Toxum yağlarına bitki yağı demək də insanları bir növ aldatmaqdır. Düzdür, zamanla bu yağların Omega-6 olduğu açıqlandı. Yenə də, bitki yağları haqqında insanlar yetərincə məlumatlı deyil. Qarğıdalı, yaxud soya yağı qəbul etdikcə orqanizmdə Omega-6 çoxalır. Son illərdə aparılan bir araşdırmada deyilir: “ABŞ-də bir insanın aldığı kalorilərin 25-30%-ni linolein turşusu təşkil edir”. Bəzi heyvan mənşəli yağlarda da, təqribən, 2,5% Omega-6 var. İnəyin iç yağında isə linolein turşusunun miqdarı 0,7%-dir. Qarğıdalı yağında bu göstərici 56,6%-dir. Toxum yağlarının emal prosesində istiliyə məruz qalan linolein turşusu oksidləşir, sərbəst radikala çevrilir. Hüceyrələrimizdə, xüsusən, qaraciyərimizdə və sinir sistemimizdə dəmirin paslanmasına bənzər bir vəziyyət yaradır. Təsəvvür edin, rasionumuzun 30-40%-ni məhz toxum yağları təşkil edir. Yəni orqanizmimizi iltihablanmaya doğru itələyirik. Ayrıca, hüceyrələrimizin və sinir sistemimizin ətrafında toplanan yağ hüceyrələri 2-3 il ərzində oradaca qala bilir. Onları enerji əvəzinə də istifadə etmək mümkünsüzdür. Onlar yalnız hüceyrələrin xarici təbəqələri və hormon kimi işə yarayır; o da qismən. Qorunmaq üçün marketlərdən aldığımız məhsulların tərkibini oxumalıyıq, restoranlarda soruşmalıyıq: “Bu yeməyi hansı yağla bişirmisiniz?” Fast-food restoranlarında əlüstü qızardılmış yeməklərdən bacardıqca uzaq durun. Qeyri-sağlam yağların qəbulunu bu gün dayandırsanız belə, orqanizminizin təmizlənməsi 2-3 il çəkəcək. Zərərli yağları sağlam yağla dəyişdirdiyiniz günün ertəsindən başlayaraq özünüzü necə yaxşı hiss etdiyinizin fərqinə varacaqsınız. Orqanizmdə Omega-6 azalacaq, Omega-3 tədricən artacaq. Ən gözəl Omega-3 qaynağı zeytun yağı və balıq yağıdır. Omega-3 iltihablanma əleyhinədir. Fast-food restoranlarında eyni yağ ardıcıl olaraq dəfələrlə isidilir, qaynadılır, nəticədə, həmin yağlar ölümcül vasitəyə çevrilir. Qaraciyəri qorumağı sinifləndirək: 1. Rasionunuzdan toxum yağlarını çıxarın; 2. Daha çox Omega-3 qəbul etməyə çalışın; 3. Sənaye məhsulu olan toyuq, hindquşu və inək ətindən uzaq durun. Hamısının təbiiliyindən əmin olun, sonra yeyin; 4. Omega-3 ilə zəngin yumurtalar tapın; Rasiondan Omega-6 yağ turşularını çıxarmağa tələsin; bunları təbii şəraitdə yetişdirilən qoyun, keçi, inək ətiylə əvəz edin. Kələm və turp daim süfrənizdə olsun. Bunlar qaraciyər üçün olduqca faydalıdır.

Comments