У нас вы можете посмотреть бесплатно QEYSƏRİYYƏ (Kesar kəsiyi əməliyyatı) caesarea & sectio или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Qeysəriyyə əməliyyatı cərrahi operasiya olub, uşağın ana qarnından çıxarılma üsulu ilə dünyaya gəlməsi üsuludur. Bu üsulun ancaq o halda elmi əsası var - nə zaman ki, ana özü təbii doğuş yolları ilə uşağı azad edə bilmir. Kesar cərrahi əməliyyat olsa da, bəzi hallarda doğuşun təbii yolla getməsindən üstün hesab edilir. Amma heç zaman unutmayın, ümumilikdə götürdükdə, təbii doğuş həm ana, həm də uşaq üçün ən təhlükəsiz üsul olaraq qalır. Hətta ana əvvəl bir və ya bir neçə Kesar əməliyyatı keçiribsə də. İlk baxışdan Kesar əməliyyatı uşaq azad olmasının tez və asan üsuludur. Digər cərrahi əməliyyatlarla müqayisədə o, daha təhlükəsizdir. Kesar üsulu ilə doğuş təbii doğuşdan bir qədər asan, tez və dəqiq proqnozludur. Operasiya narkoz altında aparıldığından ağrısızdır. Həmçinin həkim doğuşu bu üsulla həyata keçirəndə daha çox əmək haqqı alır. Bütün bunlar Kesar əməliyyatını daha cəlbedici edir, həm qadınlar, həm də həkimlər (akuşer-ginekoloqlar) üçün. Daha dəqiq və qərəzsiz elmi araşdırma Kesar əməliyyatlarının bir çox böyük çatışmazlıqlarını aşkara çıxarır. Ona görə də bu operasiya o zaman məsləhət görülür ki, təbii doğuş təhlükəli və ya bəzi tibbi göstərişlər baxımından mümkün deyil. Kesar əməliyyatı anesteziya (narkoz), infeksion və qanaxma (qanitirmə) kimi ciddi problemlər riskini yüksəldir. Uzunmüddətli hospitalizasiyaya ehtiyac yaranır. Əməliyyatdan təxminən bir həftə sonra ağrılar hiss olunur, halsızlıq meydana çıxır. Bütün bunlar isə uşağa qulluğu çətinləşirdirir, daha çox antibiotik, ağrikəsici tələb olunur. Qanköçürmə ehtimalı yarana bilər. Düzdür, yuxaridakı mənfi hallar təbii doğuş zamanı da mümkündür, ancaq Kesar operasiyası zamanı daha tez-tez müşahidə olunur. İşə çıxmaq və ev işlərini görə bilmək daha uzun müddətə mümkün olur. Kesar əməliyyatı ilə doğulan uşaqlarda tənəffüs və bədən hərarətinin tənzimlənməsi ilə bağlı tez-tez problemlərə rast gəlinir. Bu problemlər sancılar başlamamış Kesar olunan qadınların uşaqlarında xüsusilə çox müşahidə olunur. Bu risklər hətta çətin və daha uzunmüddətli doğuş prosesinə məruz qalan uşaqlarda Kesarla doğulanlardan az olur. Qərar qəbul edərkən siz və həkiminiz bütün çatışmazlıqları və üstünlükləri müqayisə etməli, yüz ölçüb bir biçməlisiniz. Tibbdə Kesar əməliyyatına konkret göstərişlər və əks göstərişlər var. Onlar daha çox spesifik, ginekoloqlar üçün olduğundan, onları sadalamağı lüzum bilmirik. Kesar əməliyyatına göstəriş riskləri o vaxt üstələyir ki, doğuş təbii yollarla mümkün deyil və ya ana və doğulacaq uşağın həyatı üçün təhlükəlidir!