Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Prokurorla eşq yaşadı, kəbinsiz övlad dünyaya gətirdi, müəmmalı şəkildə öldürdülər -Dəhşətli faktlar в хорошем качестве

Prokurorla eşq yaşadı, kəbinsiz övlad dünyaya gətirdi, müəmmalı şəkildə öldürdülər -Dəhşətli faktlar 4 месяца назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Prokurorla eşq yaşadı, kəbinsiz övlad dünyaya gətirdi, müəmmalı şəkildə öldürdülər -Dəhşətli faktlar

Cəmi 36 il yaşadı. Ölümündən 43 il keçməsinə baxmayaraq, unudulmur, səsi də, gözəlliyi də ölməz olub, yaddaşlarda yaşayır. Səhnələrə gündə bir müğənni çıxır. Çoxu özünün reklamına, gündəmdə qalmasına külli miqdarda xərc çəkir, sifarişli yazılar yazdırır, lakin 3 gün keçmədən unudulur, yeni gələn axının tozunda görünməz olur. Amma nə sirdirsə, Nəzakət Məmmədova düz 43 ildir yaddaşlardan silinmir, ona olan sevgi ölmür, qəribədir ki, yaşamasa belə yenə haqqında dedi - qodular, şayiələr gəzir. Hamı sirr pərdəsinin arxasında nələrinsə olduğunu güman edir. Bu gün səsi, özü gözəl, bəxti qara xanımın doğum gündür. 1944-cü il fevralın 28-də Gəncə şəhərində doğulmuşdu. Ailədəki üç qızın ən kiçiyi o idi. Ata sevgisi görmədən böyümüşdü. Orta məktəbi bitirib, anasının arzusu ilə müəllimlik peşəsini seçdi. Xarici Dillər İnstitutuna daxil oldu. Amma özünü səhnədə görmək istəyirdi. Buna görə, təhsilini yarımçıq qoyub 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Texnikumda oxuyarkən Ceyran Haşımovanın rəhbərlik etdiyi "Lalə" qızlar ansamblına daxil olur və səhnəyə ilk addımlarını bu ansamblla atır. "Lalə" qızlar ansamblının rəhbəri Ceyran Haşımovanın Lent.az-a danışdıqlarına əsasən, həmin ərəfədə yeni evlənmiş olan Nəzakət çox kasıb vəziyyətdə yaşayırmış. "Onun səhnəyə geydiyi paltarları da mən almışdım. Oğlu Ceyhun doğulanda uşağın beşiyini, yatağını, geyimini biz təmin etdik. Onun Opera teatrının səhnəsinə çıxmasına da mən səbəb oldum. Lakin sonralar Nəzakət bizi atıb getdi, Eldar Baxış radio proqramlarından birində Nəzakəti özü kəşf etmiş kimi təqdim elədi, bu mənim xətrimə dəydi. Ölənə qədər danışmadım onunla", deyə Ceyran xanım bildirib. "Lalə" qızlar ansamblından ayrılan Nəzakət ömrü boyu bu ansamblın üzvlərinin qısqanc münasibəti ilə qarşılaşır. Təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə Leyli obrazı ilə hamını heyran edir. "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır. Bu gözəl qadının ailə həyatı heç uğurlu alınmamışdı. Uşaqlıqdan tanıdığı Qüdrət adlı gənc mühəndislə nişansız, toysuz ailə qurur, bu evlilikdən oğlu Ceyhun doğulur. Öncələr bir - birlərini çox sevsələr də, Qüdrət tezliklə dəyişir, əsəbi, qısqanc, şiddətə meyilli kişiyə çevrilir. Tez-tez Nəzakəti döyür. Günlərin birində yaşadıqları gecəqondu evdə Nəzakəti o qədər möhkəm döyür ki, təsadüfən onlara gələn anası ilə bacısı müğənnini ərinin əlindən çətinliklə alırlar. Elə həmin gün onların münasibətlərinə son qoyulur, ailə dağılır. Nəzakət oğlunu tək böyütməyə qərar verir. Çoxlu elçiləri, sevənləri olsa da kimsəyə ürək qızdıra bilmir. İllər sonra ailəsi olan bir prokurorla tanış olur. Çox sevir, sevilir. Sonralar bu sevgi dillərdə qalır, amma xoş mənada deyil. Bu barədə TV11-in "Bu adam" verilişində...

Comments