У нас вы можете посмотреть бесплатно Odlu silah almaq istəyənlər! – QANUNİ YOLLARI AÇIQLAYIRIQ или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
#APATV #silah #odlusilah #sosialşəbəkə #Azərbaycan #DaxiliİşlərNazirliyi #DİN #ov #ovçu #tüfəng #avtomat #Winchester #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Son vaxtlar sosial şəbəkələrin Azərbaycan seqmentində silah alqı-satqısı ilə məşğul olan qruplara tez-tez rast gəlirik. Növbənöv silahların satıldığı bu qruplarda alıcıların çoxluğu da təəccüb yaradır. İnsanlar bu silhahları hansı məqsədlərlə alırlar? Ümumiyyətlə, ölkəmizdə bu cür silah satışı nə qədər qanunidir? Alqı-satqı prosesinə hansısa dövlət qurumu nəzarət edirmi? Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyir ki, silah almaq istəyən şəxs əvvəlcə bəzi prosedurlardan keçməlidir: “Təbii ki, həmin vətəndaş yaşadığı ərazi üzrə polis orqanına bu barədə məlumat verməlidir. Yaxud da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidir. Və istənilən sənədlər odur ki, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında tibbi arayış təqdim olunmalıdır. Həmçinin vətəndaşın məhkumluq həyatının olub-olmaması ilə bağlı araşdırma aparılır. Təbii ki, bu sənədlər təqdim ediləndən sonra, araşdırmanın nəticəsindən asılı olaraq vətəndaşa mülki silahın verilib verilməməsinə dair məlumat veriləcək”. Nurlan Əliyev ona da söylədi ki, vətəndaşın silahdan istifadəsinə müəyyən qaydalar əsasında icazə verilir. Bu qaydalara silahı xüsusi qablaşdırmada, uşaqların əlinin çatmayacağı yerdə saxlamaq və ova gedilmədiyi təqdirdə evdən çıxarmamaq daxildir. Elə, ovçu Mirəziz Mirəlioğlu da bu qaydaların hər birinə riayət edən vətəndaşlardandır. Deyir, hətta ov ediləcək əraziyə çatana qədər silah sökülmüş vəziyyətdə olmalıdır: “Silahın çamadanı olmalıdır. Açıq şəkildə saxlaya bilməzsən. Sökülmüş halda olur. Onunla bazara girmək, metroya getmək və s. hallar qadağandır. Şəxsi maşında sökülmüş halda olmalıdır. Ov yerinə çatmayınca silahı açmaq olmaz. Ov yerinə, təsərrüfat ərazisinə çatanda açıb istifadə edə bilərsən”. Ancaq burada da söhbət yivli silahlardan gedir. Əks halda, həmin odlu silahdan istifadə qanunsuzdur. Bəs yivli və yivsiz silahları necə ayırd etməli? Deməli, yivlər silahın lüləsinin daxilində spiralvari halqalara verilən addır. Ballistikada bu halqalar arasındakı məsafə kalibr adlanır. Yivlər atəş zamanı mərminin fırlanmasına səbəb olur. Fırlanan mərmi isə daha cox məsafə qət edə bilir. Daha dəqiq olur və sürətli hərəkət edir. Yivlər sayına görə 4-dən 8-ə qədər, sağ və sol istiqamətli olurlar. Yivsiz odlu silaha misal olaraq ov tüfənglərini göstərmək olar. Digər bütün döyüş silahları yivlidir. Lakin qanuni silah alqı-satqısı təkcə həmin silahın yivli, ya da yivsiz olması ilə ölçülmür. Hüquqşünas Şamil Paşayev deyir ki, silah alış-verişindən öncə hər iki tərəf Daxili İşlər Nazirliyinə məlumat verməlidir: “Silahı aldıqdan sonra siz DİN-dən vəsiqə almalısınız. Daxili İşlər Nazirliyində sizi yoxlayırlar. Əgər siz silahın qanuni sahibisinizsə, onu rahatlıqla sata bilərsiniz. Ancaq satarkən də DİN-ə xəbər verməlisiniz. Məsələn, sən Xətai rayonu ərazisində qalırsansa, silah bu rayonun hesabından çıxarılır və məsələn, Binəqədi rayonunun sakininə satırsansa, bu rayonun hesabına keçirilir”. Bəs silahın seriya nömrəsi mövcud deyilsə? Hüquqşünas deyir ki, silah alqı-satqısında bu kimi hallara tez-tez rast gəlinir. Daxili işlər orqanları həmin silahı qeydiyyata alırsa, alış-verişə davam etmək qanunidir. Ümumi açıqlamalardan belə nəticə hasil olur ki, qanuni silah istifadəsi təkcə silah alqı-satqısı ilə məhdudlaşmır. Ölkəmizdə mülki silahdan istifadənin yalnız bir növü – ovçuluq üçün icazə mövcuddur. O da yalnız ovlayacağımız heyvanla üzbəsurət dayandıqda qüvvəyə minir. Qanuni silah alqı-satqı prosesi, bax, bu cür reallaşır. Hər şey qanunvericiliyə uyğundur. Vətəndaş lazımi yoxlanışlardan keçir. Psixoloji sabitliyindən görmə dərəcəsinə qədər, məhbusluq həyatından yaxın çevrəsinə qədər bütün məlumatlar incələnir və niyyətinə uyğun cavab verilir. Çünki qanun qarşısında isə hər kəs bərabərdir. Silahının növündən asılı olmayaraq, hər kəs. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TEKLİFİ ÜÇÜN (Contact) [email protected]