Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Gizli Tarix - Kürsəngi dağı... в хорошем качестве

Gizli Tarix - Kürsəngi dağı... 7 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Gizli Tarix - Kürsəngi dağı...

Kürsəngi sözünün etimologiyasi haqqında bir neçə versiya var; I versiya; Birinci versiya ənənəvi olaraq mifoloji versiyadır. Həmin mifoloji mətndə deyilir ki, qədimlərdə Kür adlı oğlan səhənglə çaydan su götürərkən boğulur. Oğlan boğulub öləndən sonra çay tutduğu işdən peşiman olur. Peşiman olandan sonra çay Kür adlı bu oğlanı və onun səhəngini sahilə atır. Kürlə səhəngin olduğu yeri qum və torpaqla örtür. Sonralar onların üzərində təpə ucalır. İllər keçdikcə təpə böyüyür və dağa çevrilir. Adına Kürsəngi dağı deyirlər. Əlbəttə, bu, olduqca zəif versiyadır və gerçəkliyə qətiyyən uyğun deyil. II versiya İkinci versiya da ənənəvi olaraq, qədim yaşayış yerlərimizin adını heç zaman burada yaşamayan fars və ərəbin dilində axtaranların və onları kor-koranə təqlid edənlərin versiyasıdır. Bu versiyaya görə Kürsəngi sözü yaxınlıqdan keçən Kür çayının və farsca səng sözünün (səng farca daş deməkdir) birləşməsindən yaranıb. Bu da olduqca zəif versiyadır. Əvvəla, ona görə ki, bu ərazilərdə heç vaxt fars olmayıb. İkincisi palçıq vulkanından yaranan yüksəkliyə niyə daş desinlər ki? Anadolular demişkən; “Nə əlaqəsi ya”? III versiya Bu versiyaya görə bir zamanlar Kür çayı (və ya Kür çayının qolu) buradan keçirmiş. Kür çayı bu ərazidən keçəndə səngiyirmiş. Bu səbəbdən bu yerə “Kürün səngidiyi yer” deyiblər. Əslində bu da yerin adının mifoloji izahının digər variantıdır. Nədən ki, Kür çayı heç vaxt bu yüksəkliyin yanından və ya yaxınlığından keçməyib. Bizim versiyamız; Kürsəngi sözü iki komponentdən ibarətdir; Kür və səng. Deməli, bu komponentlərin hər birinin etimologiyası ayrı-ayrılıqda araşdırılmalıdı. Nədən ki, yazının əvvəlində qeyd edildiyi kimi, bu yerin tarixi məhz bu yerin adında gizlənib. Tarixdən bilirik ki, 8 min il öncə İkiçayarasında bir sivilizasiya meydana gəldi. Bu, Şumer sivilizasiyası idi (bəzi araşdırmaçıların fikrincə Şumer sivilizasiyasının tarixi daha qədimlərə - günümüzdən 12-14 min il əvvələ gedib çıxır). Sonralar çox geniş əraziləri əhatə edən Şumer sivilizasiyasının izləri Asiyanın və Şərqi Avropanın bir çox yerlərində indi də qalmaqdadır. Şumerlər dağa, yüksəkliyə “Kur” deyirdilər. Bu söz sonralar “qar”, “kar”, “qor” və digər formalarda şumerlərdən dünyanın bir çox dillərinə keçdi. "Divani -lüğət-it-Türk"ə görə “Kır” sözü "basıq dağ", Monqol dilində, “Kira” (xira, xara) – dağ yalı, gürcü dilində “Karkar” – hündür qaya, sıldırım, yunan dilində “Kar” – zirvə, albanca “Guri” (qori) dağ deməkdir. Və yaxud, ruslar dağa “qora”, belaruslar “qara” deyir. Sloveniya və polyak dilində də “qora” dağ deməkdir. Əfqanıstanda da (puştu dilində) daşa, qayaya “kar” deyilir. Şumerlərin “Kur” sözü sonralar Akkadlara “Kurra” şəklində keçdi. Dağ zirvələrində, yüksəkliklərdə yaşayan qartal quşunun da adının ilk kompanenti “dağ”, “yüksəklik” sözündən yaranıb. Misalların sayını istənilən qədər artırmaq olar. Bu və bu kimi misallar Kürsəngi sözündəki “Kür”ün kəsinliklə əski Şumer dilində dağ, yüksəklik mənasını verən Kur sözündən meydana çıxdığını göstərir. “Kürsəngi dağı”na yaxın ərazilərdə yerləşən Kürovdağ yüksəkliyinin və Qoramıt dağının da etimologiyasını adından da göründüyü kimi əski Şumer dilindəki Kur sözündə axtarmaq lazımdı. Keçək, sözün ikinci komponentinə, yəni səng və ya səngi sözünə. Bu sözün də anlamını əski Şumerlərin dilində aramaq lazımdı. Az-çox tarixlə maraqlanan hər kəs bilir ki, Şumerlər özlərinə “Sag” və ya “Sang” deyirdilər. Tam olaraq isə özlərini belə adlandırırdılar; “Un Sang Giga”. Bu sözün əski Şumer dilində anlamı “Soylular yurdu” və ya “Zadəganlar ölkəsi” demək idi. Beləliklə, Kürsəngi sözünün etimologiyası tam açılmış oldu; Kürsəngi – “Sang Kuru”, yəni “Şumer dağı”, “Şumer yüksəkliyi” deməkdir. Dağ əski zamanlarda həm də qutsallığı (müqəddəsliyi) simvolizə edirdi. Qədim insanların düşüncəsinə görə tanrılar dağlarda yaşayırdı. Məsələn, yunanlarda Olimp dağı, Buddizmdə Everest zirvəsi, Çində Nefrit dağı, yəhudilərdə Sion dağı və sair tanrıların məskəni idi. Çox böyük ehtimalla Şumer dövlətinin mövcud olduğu zamanlarda da Kürsəngi dağı, yəni “Şumer yüksəkliyi” bütünlüklə qutsal yer sayılırdı və ziyarət olunurdu. Yazının əvvəlində qeyd etdiyim kimi, burada el arasında "Kürsəngi piri" adlanan qədim inanc yeri - pir var. Bu pirdə Günəşi simvolizə edən daş müntəzəm ziyarət olunur və min illərdi ki, qorunub saxlanır. Bu isə adı çəkilən inanc yerinin ən azı 5 min il yaşı olmasından və hələ prototürklər dönəmində mövcud olan Günəş kultunun yadigarı olmasından xəbər verir. Eramızdan min illər öncə insanlar Yaradanın sonsuz qüdrətinin simvolu olaraq qayalara, daşlara Günəşin rəsmini çəkdilər. Bütün canlıların enerji qaynağı olan Günəşi qutsal saydılar. Günümüzdə belə uyğur türkləri Yaradana səslənərkən “Ey Günəşə qaynarlıq verən, Tanrı” ifadəsini işlədirlər

Comments