Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Hacı Ramil - Allahın Lənəti olsun o kişlərə ki - Həyat yoldaşına Əl qaldırır в хорошем качестве

Hacı Ramil - Allahın Lənəti olsun o kişlərə ki - Həyat yoldaşına Əl qaldırır 5 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Hacı Ramil - Allahın Lənəti olsun o kişlərə ki - Həyat yoldaşına Əl qaldırır

➤Kanalıma abun' olmaq üçün; http://wedia.link/VmCbc ➤Facebook’dan izləmək üçün; http://wedia.link/hzbtk Əziz dəyərli izləycilərmiz bu kanalı açmaqda bizim məqsədimiz Dini islami dəyərləri Azərbaycan və müsəlman ailəsinə təqdim etməkdir - Hər birnizi İlahi təqvayə Riaət etməyə dəvət edirik Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" © Video'nun başqa youtube kanallarinda yayımlanması qadağandır !!! #TeqvaTv ## HƏYAT YOLDAŞINA EHTİRAM BARƏDƏ HƏDİSLƏR Həzrət Əmirəl-möminin (ə) buyurur: “Həyat yoldaşınla həmişə sülh içində ol və onunla yaxşı rəftar et ki, həyatın səfa içində olsun”. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin ən yaxşı insanı odur ki, ailəsinə qarşı kobud və təkəbbürlü olmasın. Onlara rəhim və nəvaziş edin. Onlara əziyyət verməyin”. Rəsuli-Əkrəm (s) başqa bir yerdə buyurur: “O kəs ki, arvadına sillə vurar, Allah cəhənnəmin od yandıranlarına əmr edər ki, cəhənnəm atəşində onun üzünə yetmiş sillə vursunlar”. Həzrət Peyğəmbər (s) buyurur: “Qadının əri üzərindəki haqqı odur ki, onu gəzdirsin, onu geyindirsin və arvadına namazı, orucu öyrətsin və əgər arvadının malında zəkat vardırsa, ona zəkatı da öyrətsin. Qadın da bu məsələdə onunla müxalifətlik etməsin”. Peyğəmbər-Əkrəm (s) buyurur: “O kəs ki, bazara gedər və ailəsi üçün hədiyyə alar və onlara aparar, (savabı) o kəs kimidir ki, yoxsullara sədəqə aparar. (O zaman ki, hədiyyəni evə aparar) oğlanlardan əvvəl qızlara versin. Çünki o kəs ki, qızını sevindirər, sanki İsmayıl övladlarından bir qulu azad etmişdir. O kəs ki, oğlunu sevindirər (hədiyyə verərək), sanki Allah qorxusundan ağlamışdır. O kəs ki, Allah qorxusundan ağlayar, Allah onu behişt nemətlərinə daxil edər”. İmam Səccad (ə) buyurur: “Mənim üçün, bazara gedib, ətə ehtiyacı olan ailəmə bir dirhəmlik ət almaq qul azad etməkdən daha sevimlidir”. İmam Sadiq (ə) buyurur: “O zaman ki, sizlərdən biri səfərə gedər və sonra səfərdən gələr, ailəsi üçün imkanı çatan qədər hədiyyə gətirməlidir”. İmam Baqir (ə) buyurur: “Kişilər həyat yoldaşlarını zinət içində və bəzənmiş halda görməyi xoşladıqları kimi, qadınlar da kişilərini bəzənmiş halda görməyi xoşlayırlar”. Hədisi nəql edən yazır ki, İmam Sadiqə (ə) sual verdim ki, qadının əri üzərindəki haqqı nədir? Həzrət buyurdu: “Bütün insanların yediyi meyvələri ailəsinə də yedizdirməlidir. Bayram günlərində yeyəcəkləri artırmalıdır. Həmin günü onlara elə şeylər verməlidir ki, başqa günlərdə vermir”. İmam Sadiq (ə) buyurur: “Arvadlarınıza töhmət vurmayın. Çünki bu işdə (sizin üçün) uzun peşmanlıq və ağıq cəza vardır”. Peyğəmbər (s) buyurur: “Kişinin mərdliyindən deyildir ki, ailəsi olan şəhərdə olsun, ancaq öz evindən başqa yerdə yatsın”. İmam Sadiq (ə) buyurur: “O zaman ki, kişi ailəsinə gələr, salam versin. Gələn zaman ayaqqabısının səsi ilə və öskürərək, ailəsini gəlməyindən xəbərdar etsin ki, xoşuna gəlməyən şey görməsin”. Peyğəmbər (s) buyurur: “Kişinin ailəsinin yanında əyləşməsi, mənim məscidmdə etikafda əyləşməsindən daha sevimlidir”. Peyğəmbər (s) buyurur: “Kişi arvadının ağzına qoyduğu hər tikəyə görə savab qazanar”. Peyğəmbər (s) həyat yoldaşlarından birinə qadının əri üzərindəki haqqı haqda demişdir: “Sənin ərin üzərindəki haqqın odur ki, özü yediyindən sənə də versin. Özü geyindiyindən səni də geyindirsin, sənə sillə vurmasın və sənə qışqırmasın”. #HaciSahin #HaciRamil #HaciSurxay #Hacı# #Şahin# #Hacı# #Ramil#2020##yeni#

Comments