Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Mioma Necə Müalicə edilir? - Qadınlar İzləsin

#Ginekoloq #Xəyalə #Hamiləlik Tibb üzrə fəlsəfə doktoru, Mama-ginekoloq Xəyalə Təhməzi Tel: 055 882 38 34, 077 312 38 34 İnstaqram: https://www.instagram.com/ginekoloq.x... Facebook: https://www.facebook.com/Tibb-%C3%9Cz... MAMALIQ VƏ GİNEKOLOGİYA İXTİSASINDA TİBB ELMLƏRİ ÜZRƏ Fəlsəfə Doktoru Təbii (ağrısız) və Cərrahi (keysəriyyə) doğuşlar.Laporaskopik və açıq ginekoloji əməliyyatlar,histereskopiya,ginekoloji plastik əməliyyatlar,USM diaqnosika, Sonsuzluğun müalicəsi,süni mayalanma, EKO Universitet Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi 1993-1999 Azərbaycan Aspirantura Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Mamalıq və Ginekologiya 2000-2003 Azərbaycan Uzmanlık Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Tibb elmlər üzrə fəlsəfə doktoru 2000-2007 Azərbaycan Mamalıq və Ginekologiya ixtisası üzrə Dosent 2019-cu il Azərbaycan Mioma nədir? Mioma uşaqlığın düz əzələ toxumasından əmələ gələn xoş xassəli şişdir. Miomanın xərçəngə çevrilmə riski 1% təşkil edir. Mioma çox rastlanan ginekoloji xəstəliklər içərisində xüsusi yer tutur. Miomanın daha gənc yaşlarda rast gəlmə tezliyi çox nadir hallarda olur. Mioma əsasən 30-40 yaş qruplarında olan qadınlarda rastlanır. Miomalara menopauza dövründə yəni menstruasiya bitdiyi dövrdə də rast gəlinir, ancaq bu dövrdə qadın hormonu olan esterogenin azalması ilə əlaqədar olaraq miomaların ölçüsündə kiçilmələr baş verir, hətta tamamilə yox ola bilər. Lakin bəzən əksi olaraq miomalar menopauza dövründə böyümə baş verə bilər ki, bu vəziyyətdə ciddi kontrol tələb edir. Çünki bu dövrdə sürətlə böyüyən miomalar bədxassəli ola bilər. Miomanın yaranma səbəbi nədir? Miomanın yaranma səbəbi tam bəlli olmasa da, hormonal asılı bir xəstəlik olması qeyd olunur. Buna sübut menapauza dövründə miomaların geriyə sorulmasını göstərmək olar. Bundan başqa digər risk faktorlar kimi genetik faktor da qeyd edilir (ana, qız və.s.). Bunlardan başqa hamiləlik zamanı da esterogen sintezi çoxluğuna bağlı olaraq bu dövrdə miomalar böyüyür, doğuşdan sonra isə kiçilir. Bütün bu hallar miomanın esterogen hormonuna bağlı olaraq yaranmasını düşündürür. Miomanın növləri hansılardır? Miomalar yerləşməsinə görə üç qrupa ayrılır. Ən çox miomaların intramural formasına, yəni uşaqlığın düz əzələ qatının içərisində yerləşən formasına rast gəlinir. Daha sonra rastgəlmə tezliyinə görə uşaqlığın xaricinə doğru böyüyən subseroz formasına rast gəlirik. 3-cü yerdə uşaqlıq boşluğuna doğru böyüyən submukoz formaya rast gəlirik. Bundan başqa uşaqlıqdan kənarda bağlar arası sahədə – intraligamentar miomaya da rast gəlirik. Miomaların əlamətləri nədir? Miomalar adətən kliniki əlamətlər vermirlər, ginekoloji müayinə zamanı təsadüfən aşkarlanırlar. Miomaların əlamətləri onların yerləşmə sahəsinə, ölçüsünə və sayına uyğun olur. Məsələn, uşaqlıq boşluğuna doğru inkişaf edən ən kiçik bir mioma qanaxma, menstrual qanamalar verə bilər. Bundan başqa uşaqlıq boşluğunda inkişaf edən submukoz miomalar hamiləlik zamanı düşüklərə də səbəb ola bilər. İnturamural miomalar isə menstrual qanamalar uzun olmasına səbəb olur,adətən subseroz miomalar kiçik ölçülərdə heç bir klinik əlamət vermirlər. Böyük ölçüdə olduqda isə qonşu orqanları sıxaraq xarakter əlamətlər verirlər. Məsələn əgər önə doğru inkişaf edərsə, sidik kisəsini sıxar və tez-tez sidiyə getmə kimi şikayət verər. Arxaya doğru inkişaf edəndə yoğun bağırsağı sıxaraq qəbizlik şikayəti verə bilər. Uşaqlıq borularını sıxdıqda nadir hallarda hamilə qalmaq şansını azaldır. Mioma xərçəngə çevrilə bilərmi? Miomanın xərçəngə çevrilməsi çox nadir hallarda rast gəlinir. Mioma toxumasından inkişaf edən sarkoma adlı xərçəng isə aqressiv bir formadır. Miomanın diaqnozu necə qoyulur? Miomaya diaqnoz qoymaq üçün sadə ultrasəs müayinəsi kifayətdir. Bəzi hallarda MRT müayinəsi də aparıla bilər. Miomanın müalicəsi Əgər pasiyentdə kiçik ölçüdə mioma aşkarlanırsa və heç bir klinik əlamət vermirsə, müalicəyə ehtiyac yoxdur. Qadının həyat keyfiyyətinə təsir edən əlamətlərlə özünü biruzə verən miomalar, bədləşmə şübhəsi olan miomaların müalicəsində cərrahi üsul məsləhət görülür. Menapauzadan sonra yaranan, sürətlə böyüyən, böyük ölçülü şişlər də cərrahi yolla çıxarılır. Miomların götürülməsi həm açıq yolla, həm də qapalı yolla (laparoskopik) aparıla bilər. Miomada uşaqlıq çıxarılırmı? Sayından, ölçüsündən, yerləşməsindən asılı olmayaraq miomaları götürülüb uşaqlığı saxlamaq mümkündür. Xüsusilə də qadının ana olmaq istəyi varsa, mioma çıxarılıb uşaqlıq saxlanılır. Əgər qadının ana olmaq istəyi yoxdursa, çoxsaylı düyünlər varsa, uşaqlıqla birlikdə miomaların götürülməsinə üstünlük verilir.

Comments