Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



4 ölkəyə qarmon satan usta GÖRÜN NƏLƏR DANIŞDI - APA TV

#APATV #işindəpərgar #qarmon #qarmonustası #TelmanQurbanov #Aftandilİsrafilov #Şirvan #Azərbaycan #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi 4 ölkəyə qarmon satan usta GÖRÜN NƏLƏR DANIŞDI - APA TV Qarmon XIX əsrin sonlarından etibarən Azərbaycan xalqının məişətinə daxil olub və milli musiqi mədəniyyətinin bir hissəsinə çevrilib. APA TV xəbər verir ki, onu sırf Azərbaycan alətinə uyğunlaşdıran onlarla ustalardan biri də Şirvan şəhərində yaşayan qarmon ustası Telman Qurbanovdur. İşində pərgar olan Telman Qurbanov artıq 30 ildən çoxdur ki, qarmon alətini yığıb ərsəyə gətirir. Paritet sayılan nadir qarmon alətlərini belə təmir edib, onlara yeni nəfəs verir. Qoz və fıstıq kimi ağac materiallarından, Filippin sədəfindən istifadə etdiyi qarmonu Telman usta 6 aya düzəldib. Onun düzəltdiyi eksklüziv qarmonlar Yunanıstan, Türkiyə, İran və başqa bir çox ölkəyə gedib çıxıb. Telman usta 100 yaşı olan məşhur Karpuşkin qarmonunu da təmir edib: “Gördüyünüz bu alət sırf Asiya alətidir və bizim xalqa məxsus olan qarmondur. Əvvəl bu qarmonlarda yarımpərdələr olmayıb. 1942-ci ya 1943-cü illərdə Üzeyir Hacıbəyovun orkestrində Əhəd Əliyev ifa edib. Orkestrdə rahat ifa etmək üçün Karpuşkini Bakıya gətizdiriblər və qarmona yarımpərdələr qoyulub. Mən deyərdim k, bu qarmon sırf bizim xalqa məxsusdur. Əvvəllər Rusiyanın Tula şəhərində yığılsa da bu şəkildə bu səslənmədə bizə məxsus Azərbaycan xalqına məxsus qarmondur. Düzəltdiyim qarmonlardan birini Aftandil İsrafilov da götürüb... Düzəltdiyim qarmonlar İran, Türkiyə, Yunanıstan və Almaniyaya qədər gedib çıxıb. Pandemiya dövründə Yunanıstandan bir sifariş oldu, onlar üçün düzəltdim”. “Bəs bu qarmon necə hazırlanır” sualının cavabına gəlincə isə Telman usta deyir ki, bir qarmon hazırlamaq 3-5 aya başa gəlir: “Şagirdlərim də var. Qarmonun gövdə hissəsi fıstıq, qoz, cökə, dəri, sədəf və digər materiallardan istifadə edilir. Əvvəllər balıq tutanda çaylardan yığırdıq. İndi isə Filippin və Yaponiyadan gətirilmiş sədəflərdən istifadə edilir....”. Öz şəxsi emalatxanasında 100-dən artıq qarmon yığan Telman usta həm də 40 ildir ki, Şirvan musiqi məktəbinin müəllimidir. Qarmon alətində ifaçılıq sənətini şagirdlərə öyrətməklə bu istiqamətdə də musiqi mədəniyyətimizə öz töhfəsini verir. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

Comments