Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Qlobal istiləşmə в хорошем качестве

Qlobal istiləşmə 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Qlobal istiləşmə

Qlobal istiləşmə planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir. İstixana qazları özlüyündə (su buxarı, karbon dioksid, metan) Yerdəki həyat üçün çox vacibdir. Onlar Günəşdən Yer səthinə düşən enerjinin tam səpilməsinin qarşısını alır, planetin səthində həyat üçün zəruri temperatur intervalını təmin edir. Bu qazlar olmasaydı yer səthinin temperaturu indikindən təxminən 330 C aşağı olardı. Lakin bu qazların miqdarı yüksəldikcə temperatur həddən çox artaraq təhlükəli həddə yaxınlaşır. Bu, "istixana" effekti adlanır. İstixana qazları, daha dəqiq "istixana effekti yaradan birləşmələr" deyərkən, adətən CO2 (karbon qazı), CH4 (təbii qaz kimi tanıdığımız metan qazı), N2O (azot oksidi), halogenli qazlar olan xlorflorkarbon, xlorflorkarbohidrogen, perflorkarbon, SF6 (kükürd heksaflor), O3 (ozon) və su buxarı nəzərdə tutulur. Yer səthində “istixana qazları”nın konsentrasiyasının artması Yerdəki artıq infraqırmızı şüalanmanın geriyə – kosmosa səpilməsinin qarşısını alan “qaz örtüyü”nə çevrilir. Nəticədə Yer səthi nazik təbəqə ilə örtülmüş istixanaya bənzəyir. Sonda Günəşdən gələn enerjinin böyük hissəsi Yerə yaxın qatlarda toplanaraq onun səthinin və atmosfer havasının qızmasına səbəb olur. Bu isə temperaturun artmasına, buzlaqların əriməsinə, sellərə, iqlim dəyişmələrinə səbəb olur. ============================================ Facebook: facebook.com/savad.siz Instagram: instagram.com/savad_siz/ Youtube:    / savadsiz​  

Comments