Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Bulaq Verlisi, Semender Rzayev в хорошем качестве

Bulaq Verlisi, Semender Rzayev 6 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Bulaq Verlisi, Semender Rzayev

Rzayev Səməndər Mənsim oğlu (2 yanvar 1945, Ağsu — 27 mart 1986, Bakı) — Azərbaycan teatr və kino aktyoru,[1] Əməkdar artist.[2] Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda dünyaya gəlib. O, dünyaya gələndə ölkədə Böyük Vətən Müharibəsi gedirdi. 1945-ci ilin yanvarı, böyük qələbəyə beş ay vardı. Çoxuşaqlı ailənin sonbeşiyi olan bu uşaq müharibənin qan-qadasından uzaq Ağsu rayonunda doğulsa da müharibə onun da taleyinə təsirsiz ötüşmədi. İncəsənət İnstitutunda Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.[3] Ömrünün son gününə kimi bu teatrda fəaliyyət göstərdi. Biri digərinə bənzəməyən obrazlar qalereyası yaratdı. Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova AMDT-də Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona ("Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş" və "1905-ci ildə", Cəfər Cabbarlı), Süd ("Göy quş", Moris Meterlink), Qiasinta ("Skapenin kələkləri", Jan Batist Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Hərəmxana qarısı, Fitnə, Mehriban ("Vaqif", "Fərhad və Şirin" və "Xanlar", Səməd Vurğun), Qalçixa və Anuşka ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Zəhra ("Şeyx Sənan", Hüseyn Cavid), Paulina ("Qış nağılı", Vilyam Şekspir), Sofiya ("Vanya dayı", Anton Çexov), Missis Daycen ("Şeytanın şagirdi", Bernard Şou), Nata xanım ("Nazirin xanımı", Branislav Nuşiç), Pəri xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Dolores ("Qadın faciəsi", Federiko Qarsiya Lorka), Güllü xala ("Yalan", Sabit Rəhman), Zabitə ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Ana ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Sofiya ("Daş qartal", Pavel Malyarevski), Klavdiya Vasilyevna ("Şadlıq sorağında", Viktor Rozov) rollarını ifa edib. Məhluqə Sadıqova 21 iyul 1949-cu ildə Azərbaycan SSR əməkdar artisti və 10 yanvar 1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adlarına layiq görülüb. Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

Comments