У нас вы можете посмотреть бесплатно Reflü nədir? - SƏBƏBLƏRİ və MÜALİCƏSİ или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
+994502357455 Reflüks xəstəliyi - yaranma səbəbləri, müayinə və müalicəsi Mədə möhtəviyyatının qida borusuna geri atılması və onu zədələməsi reflüks xəstəliyi adlandırılır. Reflüks xəstəliyi tez-tez rast gəlinən xəstəliklərdən sayılır. Reflüks zamanı mədədəki maddələr qida borusuna atılır, bu isə normal deyil, belə ki, qida borusu, qidanın geriyə deyil, mədəyə daxil etmək funksiyasını daşıyan orqandır. Özü-özlüyündə qastroezofageal reflüks patoloji proses deyil. Sağlam adamda reflüks gün ərzində bir neçə dəfə rast gəlinə bilər (məsələn, yağlı yeməkdən sonra). Yəni, günə bir-iki reflüks normal sayılır. Lakin reflüks müntəzəm olaraq özünü göstərirsə və bu, mədədəki maddələrin çoxlu miqdarda xaric olunması ilə müşayiət olunursa, artıq söhbət ciddi patologiyadan gedir. Belə əlamətlər qida borusu iltihabına və bir sıra başqa simptomlara gətirib çıxara bilər. Reflüks daha çox yaşlı insanlara aid xəstəlikdir, kişilərdə qadınlara nisbətən 2 dəfə çox rast gəlinir. Reflüks xəstəliyi - risk faktorları Reflüks xəstəliyinin yaranmasına bir sıra faktorlar səbəb ola bilər. Buraya aiddir: Mədənin xora xəstəliyi və ya qastrit; Diafraqmanın qida borusu hissəsinin yırtığı; Aşağı qida borusu sfinkterinin tonusunu aşağı salan preparatların qəbulu. Bundan başqa, aşağıdakıların yan təsirləri də reflüks xəstəliyinə təkan verə bilər: Tütün istifadəsi; Hamiləlik; İnfeksion xəstəliklər; Mədə şişləri; Xroniki pankreatit və ya xolesistit; Spirtli içkilər və s. Patologiyanı necə ayırd etməli Reflüks xəstəliyinin əsas əlaməti qıcqırmadır. Bu, pasiyentlərin təqribən 80%-də rast gəlinir. Xəstəlik tez-tez gəyirmə (bəzən turş və ya acı tamlı), bəzən isə sinədə ağrı ilə (əsasən də qida qəbulundan sonra), gecələr çox miqdarda tüpürcək ifrazı ilə özünü göstərir.